Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-970/2024 03.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı ASC-nin X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5267,51 manat əsas kredit borcu, 493,15 manat kreditdən istifadəyə görə faiz borcu və 40,40 manat cərimə borcu olmaqla, cəmi 5801,06 manat və iddianın verilməsi üçün ödənilmiş 78,02 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 46160***-*******01L saylı xx.xx.2023-cü il tarixli əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2033-cü il tarixədək 50000.00 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 46FİZAM197360701 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 46160***-*******01L saylı xx.xx.2023cü il tarixli əsas kredit limiti razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 həmin əsas kredit limiti razılaşması çərçivəsində bankdan 36 ay müddətinə və illik 16 % ödəmək şərti ilə xx.xx.2023-cü il tarixdə aldığı 5500 manat krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 11-dək ayda 193,73 manat ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan borcun məbləğia) əsas borc üzrə 5267,51 manat, faizlər üzrə 493,15 manat, cərimə üzrə 40,4 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehə poçt vasitəsilə pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc ondan məhkəmə qaydasında tutulmalıdır. İddia tələbinin əsaslığını təsdiq edən sənədlər əsas kredit limiti razılaşmasından zaminlik müqaviləsindən, SMS çıxarışdan, hesabdan çıxarışdan, maliyyə arayışından, pretenziya məktubu və həmin məktubun çatdırılmasını təsdiq edən poçt qaiməsindən ibarətdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. M əhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1nın və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 16 fevral 2023-cü il tarixli, 46160***-*******01L “Əsas kredit limiti” Razılaşmasından görünür ki, Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 120 ay müddətinə illik minimum 10 %-dən –maximum 29 %-dək 50 000(əlli min) manat məbləğində kredit limiti açılmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, kredit limitinin müddəti ərzində borcalan ona kredit verilməsi barədə Kreditverənə müraciət (Kreditverənin mobil tətbiqetməsi və ya www.bankrespublika.az internet səhifəsi vasitəsilə, həmçinin Kreditverənin 9144 qısa nömrəsinə və ya +**********44 mobil nömrəsinə “şəxsiyyət vəsiqəsinin FİN kodu”nu yazaraq göndərmək) etmək hüququna malikdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 16 fevral 2023-cü il tarixli 46FİZAM197360701 №-li zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 16 fevral 2023-cü il tarixli, 46160***-*******01L saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. 07 iyul 2023-cü il tarixli SMS bildirişdən görünür ki, Cavabdeh1 36 ay müddətinə hər ay 193,73 manat olmaqla, illik 16 faiz dərəcəsi ilə 55 manat komissiya ilə 5500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin 01 may 2024-cü il tarixli Arayışından görünür ki, Cavabdeh1 5267,51 manat məbləğində əsas borc, 493,15 manat məbləğində faiz borcu və 40,4 manat məbləğində cərimə olmaqla, cəmi borcu 5801,06 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka olan borcun məbləği 5267,51 manat, faizlər üzrə 336,6 manat, cərimə üzrə 14,25 manat olmaqla, cəmi 5618,36 manat təşkil edir. Öhdəlikləri pozduqları üçün kredit müqaviləsini birtərəfli qaydada ləğv edilməsi borcluların nəzərinə çatdıraraq və 3 gün müddətində göstərilən məbləğdə borcu Banka ödəməyi təklif etmişlər. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına 78,02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Digər Cavabdeh2 isə bankla bağladığı 16 fevral 2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüş və bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 ilə yanaşı digər Cavabdeh2 da kredit borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müştərək qaydada 5267,51 manat məbləğində əsas borcun tutulması hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə iddia tələbinin faiz və cərimə hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdə, yəni 493,15 manat məbləğində faiz borcunun və 40,40 manat məbləğində cərimənin tutulması əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu (bildiriş) göndərərək cavabdehdən müqavilə üzrə bütün borcları tələb etmişdir. Bununla da, iddiaçı cəmiyyət tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Həmin tarixdən sonra hesablanan faiz borcu və cərimə cavabdeh tərəfindən öhdəlik kimi qəbul edilə və tutula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Həmin qərara əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli bildirişlə müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərdiyindən, bununla da iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və iddiaçının həmin tarixədək yaranmış olan öhdəliklərin cavabdehdən icrasını tələb etmək hüququ tanınmalıdır. Beləliklə də məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5267,51 manat əsas, 336,6 manat faiz borcu və 14,25 manat cərimə borcu olmaqla, cəmi 5618,36 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC- yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 78,02 manat dövlət rüsumunun 76,18 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5267,51 (beş min iki yüz altmış yeddi manat 51 qəpik) manat məbləğində əsas borc, 336,6 (üç yüz otuz altı manat 60 qəpik) manat məbləğində faiz borcu və 14,25 (on dörd manat 25 qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5618,36 (beş min altı yüz on səkkiz manat 36 qəpik) manat məbləğində borc və 76,18 (yetmiş altı manat 18 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-970/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-970/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver