Məhkəmə qərarları › İş №e-2(021)-109/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-109/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-109/2023 27.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi X11 iclas katibliyi, Cavabdeh2 iştirakı lə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, X2 və X5 qarşı «kredit müqaviləsi üzrə borc tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1, X2 və X5 qarşı iddia qaldıraraq cəmi 10572 (on min beş yüz yetmiş iki manat) manat - bundan 10442,69 (on min dörd yüz qırx iki manat altmış doqquz qəpik) manat əsas, 129,31 (bir yüz iyirmi doqquz manat otuz bir qəpik) manat faiz borcunun və ödənilmiş 152,11 (bir yüz əlli iki manat on bir qəpik) manat dövlət rüsumunun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən 1 "B"-li fərdi yaşayış evi və 0.29 ha torpaq sahəsinə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1, X6 və X3 həmin evdən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Vahid oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 115.LN.1676.251219.00003 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 Vahid oğluna 60 (altmış ay) ay müddətinə illik 1.00 (bir) faiz ödənilmək şərti ilə 10442,69 (on min dörd yüz qırx iki manat altmış doqquz qəpik) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 1-779/YF saylr X8 əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, **********19-10301 saylı yüklü edilən əmlakın reyestr və ********** qeydiyyat nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən 1 "B"-li fərdi yaşayış evi 0.29 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmuşdur. Bank tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********889 saylı xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh2 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh2 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 10572 (on min beş yüz yetmiş iki manat) manat təşkil edir. Bundan 10442,69 (on min dörd yüz qırx iki manat altmış doqquz qəpik) manat əsas, 129,31 (bir yüz iyirmi doqquz manat otuz bir qəpik) manat faiz, 0 (sıfır) manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 0 (sıfır) manat faiz borcu təşkil edir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X9 məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini və onun iştirakı olmadan işə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, səhhəti ilə əlaqədar ödəniş edə bilməmişdir. Bunda sonra borcundan ödəyəcəkdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh1, X2 və X5 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli 115.LN.1676.251219.00003 saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixinədək illik 1% olmaqla 10442,69 manat məbəğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli İ-779/YF saylı ipoteka müqaviləsi və və bu müqaviləyə edilmiş və ediləcək əlavələr, həmçinin Sonraki İpoteka müqaviləsi ilə təmin olunmuşdur. Mülki işə əlavə edilmiş İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli İ-779/YF saylı X4 görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 115.LN.1676.251219.00003 saylı saylı Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin yerinə yetirilməsi məqsədilə Cavabdeh1 mülkiyyətindəki Bərdə şəhəri Koroğlu küçəsi 12-ci döngədə istifadəsində olan 0.029 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 64.6 kv.m yaşayış, 42.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekanın predmeti 25000 (iyirmi beş min) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş **********19-10301 Reyestr nömrəli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu Koroğlu küçəsində yerləşən ümumi sahəsi 107.2 kv.m olan 1 “B” saylı fərdi yaşayış evi yerləşdiyi 0.29 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC- nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş X1 xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, əri Cavabdeh1 məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sonrakı ipotekaya qoyulmasına razılıq vediyini və yuxarıda qeyd olunan ipoteka perdmetinə ipoteka tutma (ödəniş ) yönəldikdə həmin fərdi yaşayış evini mənzili) dərhal, qeyd-şərtsiz tərk etməyi qəbul etdiyini, bu ərizəsinin yuxarıda göstərilən fərdi yaşayış evini( mənzili) girovu ilə təmin olunan əsas öhdəliyin mahiyyəti ölçüsü və ya icra müddəti gələcəkdə dəyişdiyi hallarda da həmçinin gələcəkdə yaranacaq digər öhdəliklərin icrasının təmin olunması üçün onun həmin fərdi yaşayış evini( mənzili )girovuna dair razılığının ifadə etdiyini qeyd etmişdir. Mülki işə əlavə edilmiş X3 xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh1 məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sonrakı ipotekaya qoyulmasına razılıq vediyini və yuxarıda qeyd olunan ipoteka perdmetinə ipoteka tutma (ödəniş ) yönəldikdə həmin fərdi yaşayış evini mənzili) dərhal, qeyd-şərtsiz tərk etməyi qəbul etdiyini, bu ərizəsinin yuxarıda göstərilən fərdi yaşayış evini( mənzili) girovu ilə təmin olunan əsas öhdəliyin mahiyyəti ölçüsü və ya icra müddəti gələcəkdə dəyişdiyi hallarda da həmçinin gələcəkdə yaranacaq digər öhdəliklərin icrasının təmin olunması üçün onun həmin fərdi yaşayış evini( mənzili )girovuna dair razılığının ifadə etdiyini qeyd etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2021-cı il tarixli Ərizədən görünür ki, İddiaçı ASC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu Koroğlu küçəsi 1 “B” saylı fərdi yaşayış evinə 0.29 ha torpaq sahəsi ilə birlikdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 115.LN.1676.251219.00003 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixə kimi 10442,69 manat əsas borc, 129,31 manat faiz borcu olmaqla, ümumilikdə 10572 manat borcu vardır. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə 02-123/23 saylı xx.xx.2023-cü il tarixli Rəydən görünür ki, **********119-10301 saylı çıxarışa əsasən Cavabdeh1 tam mülkiyyətində olan Bərdə şəhəri Koroğlu küçəsində yerləşən 1B nömrəli 64.6 kv.m yaşayış, 42.6 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin yerləşdiyi 0.029 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2023-cü il tarixinə: bazar dəyəri 35000 (otuz beş min) manat dəyərində, likvid dəyəri isə 30500 (otuz min beş yüz) manat dəyərində qiymətləndirilmişdir. Qiymətləndirmə xərci 250 manat təşkil edir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/5446 saylı ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli, 115.LN.1676.251219.00003 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Vahid oğlunun 28 oktyabr 2021-ci il tarixinə "xxxx" ASC-nə olan borcu əsas borc üzrə 10402,55 manat, faiz borcu üzrə 181,76 manat məbləğində müəyyən edilmişdir. (Ekspertiza xərci 100 AZN) Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli 115.LN.1676.251219.00003 saylı Kredit Müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixinədək illik 1% olmaqla 10442,69 manat məbəğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli İ-779/YF saylı ipoteka müqaviləsi və bu müqaviləyə edilmiş və ediləcək əlavələr, həmçinin Sonraki İpoteka müqaviləsi ilə təmin olunmuşdur. İş üzrə İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Göründüyü kimi, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 115.LN.1676.251219.00003 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh2 risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, Ekspert rəyi əsasında Cavabdeh2 banka olan faiz borc məbləğinin tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılmadığından iddia tələbinin faiz borc məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Məhkmə əsas borca münasibətdə qeyd edir ki, Kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas borc 10442,69 manat olmuş, lakin ekspert rəyində əsas borc məbləğ 10402,55 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ekspert rəyi əsasında Cavabdeh2 banka olan kredit müqaviləsi üzrə əsas borc məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi əsas borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli İ-779/YF saylı X8 əsasən Cavabdeh2 ilə kreditor İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 115.LN.1676.251219.00003 saylı kredit (borc) müqaviləsi üzrə: borc öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 mülkiyyətindəki Bərdə şəhəri Koroğlu küçəsi 12-ci döngədə istifadəsində olan 0.029 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 64.6 kv.m yaşayış, 42.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin Cavabdeh1 mülkiyyətindəki Bərdə şəhəri Koroğlu küçəsi 12-ci döngədə istifadəsində olan 0.029 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 64.6 kv.m yaşayış, 42.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.2-ci maddəsinə əsasən, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətindəki Bərdə şəhəri Koroğlu küçəsi 12-ci döngədə istifadəsində olan 0.029 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 64.6 kv.m yaşayış, 42.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətindəki Bərdə şəhəri Koroğlu küçəsi 12-ci döngədə istifadəsində olan 0.029 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 64.6 kv.m yaşayış, 42.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın likvid qiyməti 30500 (otuz min beş yüz) manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yülki edilmiş Bərdə şəhəri Koroğlu küçəsi 12-ci döngədə istifadəsində olan 0.029 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 64.6 kv.m yaşayış, 42.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin likvid bazar dəyəri 30500 manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti mütəxəsis rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bərdə şəhəri Koroğlu küçəsi 12-ci döngədə 0.029 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 64.6 kv.m yaşayış, 42.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlərin çıxarılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmeti olan Bərdə şəhəri Koroğlu küçəsi 12-ci döngədə 0.029 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 64.6 kv.m yaşayış, 42.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan sonra həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması hissəsində iddia tələbi təmin olunmalıdır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İş materiallarından görünür ki, X7 və X10 notarial qaydada təsdiqlənmiş ərizələrinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulmasına razılıq vermişlər və ipoteka predmetinə tutma (ödəniş) yönəldildikdə yaşayış evini dərhal tərk etmələri barədə öhdəlik götürmüşlər. Odur ki, Bərdə şəhəri Koroğlu küçəsi 12-ci döngədə 0.029 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 64.6 kv.m yaşayış, 42.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra evdə yaşayan Cavabdeh1, X7 və X10 çıxarılmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunmuş vəsait kifayət etmədiyi təqdirdə qalan borcun Cavabdeh2 tutulması tələbi təmin oluna bilməz. Çünki, həmin tələb iddia icraatı qaydasında yox, “İcra haqqında “qanuna əsasən tənzimləndiyindən icra zaman həll olunan məsələdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 10402,55 manat əsas, 129,31 manat faiz borcu borcu olmaqla, cəmi 10531,86 manat "xxxx" ASCnin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh1 mülkiyyətindəki Bərdə şəhəri Koroğlu küçəsi 12-ci döngədə 0.029 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 64.6 kv.m yaşayış, 42.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 30500 (otuz min beş yüz) manat müəyyən olunmalı, mənzil açıq hərracdan satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçisinə qaytarılmalı, fərdi yaşayış evi satıldıqdan sonra Cavabdeh1, X7 və X10 həmin evdən çıxarılmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 250 manat Cavabdeh2 tutularaq "xxxx" MMC -yə ödənilməlidir. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının cəmi dəyəri 100 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 10402,55 manat əsas, 129,31 manat faiz borcu olmaqla, cəmi 10531,86 manat (on min beş yüz otuz bir manat səksən altı qəpik) manat alınaraq Ləğv prosesində olan İddiaçı ASC -yə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətindəki Bərdə şəhəri Koroğlu küçəsi 12-ci döngədə 0.029 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 64.6 kv.m yaşayış, 42.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin- Bərdə şəhəri Koroğlu küçəsi 12-ci döngədə 0.029 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 64.6 kv.m yaşayış, 42.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 30500 (otuz min beş yüz) manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçilərə qaytarılsın. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra Cavabdeh1, X7 və X10 həmin fərdi yaşayış evindən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 30,00 manat dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı ASC-yə ödənilsin. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 250 manat Cavabdeh2 tutularaq "xxxx" MMC -yə ödənilsin. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının cəmi dəyəri 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar