Məhkəmə qərarları › İş №e-2(021)-1109/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1109/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1109/2023 20.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “barışıq sazişi üzrə borc və əldən çıxmış fayda” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli Barışıq Sazişi üzrə əsas borcu 113000 (bir yüz on üç min) manat, illik 5% dərəcəsi ilə dəymiş zərər və əldən çixmiş fayda qismində 1883 (min səkkiz yüz səksən üç) manat (əsas borcun 5%-i 5650 AZN:12ay=470 AZN; 470 AZN x4 ay=1883 AZN), ümumilikdə 114883 (bir yüz on dörd min səkkiz yüz səksən üç) manat məbləğidə borcun və ödənilmiş 404 mant dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində Barışıq Sazişi bağlanmışdır. Sazişin 3-cü bəndinə əsasən, Cavabdeh "A-Trans-Motors” MMC-nin 107798 (yüz yeddi min yeddi yüz doxsan səkkiz manat əvəzində 150000 (bir yüz əlli min) manat pul məbləğini 3 (üç) il müddətinə hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Sazişin 4-cü bəndinə əsasən, İddiaçı MMC dövlət qeydiyyat nişanı **-JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **-JN-***, 90 JN-208, **- JN-***, **-JN-***, **-JN-***, **-JM-***, **-JN-*** olan "SHACMAN” markalı özüboşaldan və dövlət qeydiyyat nişanı 90 JN-213 olan “FAW” markalı Çən yanacaq məqliyyat vasitəsini (cəmi 13 ədəd) Cavabdeh mülkiyyətinə rəsmiləşdiməyi öhdəsinə götürmüşdür. Sazişin 6-ci bəndinə əsasən, Cavabdeh apardığı hissə-hissə ödənişlərə dair müvafiq kassa mədaxil qəbzi verilir və tam məbləğ bağlandığı gün bu razılaşmada göstərilən öhdəliklər yerinə yetirilmiş hesab ediləcəkdir. Lakin, Cavabdeh tərəfindən Barışıq Sazişinə əsasən üzərinə götürdüyü öhdəliyi müəyyən olunmuş müddətdə yerinə yetirməmiş, bununla əlaqədar 113000 (bir yüz on üç min) manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X4mun barışıq sazişi üzrə xx.xx.2022-ci il tarixinə “A-Trans-Motors" MMC-yə ümumilikdə borcu 114883 (bir yüz on dörd min səkkiz yüz səksən üç) manat (əsas borcu 113000 (bir yüz on üç min) manat, illik 5% dərəcəsi ilə dəymiş zərər və əldən çıxmış fayda qismində 1883 (min səkkiz yüz səksən üç) manat (əsas borcun 5%-1 5650 AZN:12ay=470AZN; 470 AZN x 4ay=1883 AZN)) təşkil edir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh və onun vəkili Vəkil2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Əvvəlki məkhkəmə iclasında cavabdehin vəkili Vəkil2 “Covid” xəstəliyinə tutulduğundan işin təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1978-ci il tarixdə anadan olmaqla Bərdə rayon Gərənə kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixili Barışıq Sazişindən görünür olunur ki, bir tərəfdən Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmiş Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X1 digər tərəfdən Bərdə rayonu, Gərənə kəndində qeydiyyatda olan Cavabdeh Vaqif oğlu aşağıdakı şərtlərlə razılaşmanı imzalamışdırlar:

1. Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(103) 2430/2018 saylı mülki iş üzrə qətnaməsinə əsasən "xxxx" MMC "SHACMAN” markalı dövlət qeydiyyat nişanı ** JR ***, ** JR ***, ** JR ***, ** JR ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JM ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN *** və "FAW" markalı dövlət qeydiyyat nişanı ** JN *** olan 17 (on yeddi) ədəd yük avtomaşınlarını Cavabdeh Vaqif oğlunun mülkiyyətinə rəsmiləşdirməyi və öz növbəsində Cavabdeh Vaqif oğlu "xxxx" MMC-nin xeyrinə 107798.00 (bir yüz yeddi min yeddi yüz doxsan səkkiz) manat ödəməlidir.

2. Cavabdeh Vaqif oğlu "xxxx" MMC-nin xeyrinə 107798.00 (bir yüz yeddi min yeddi yüz doxsan səkkiz) manat pulu birdəfəlik ödəmə imkanının olmadığını nəzərə alaraq tərəflər həmin ödənişi aşağıdakı şəkildə razılaşdırırlar.

3. Cavabdeh Vaqif oğlu "xxxx" MMC-nin xeyrinə 107798 (yüz yeddi min yeddi yüz doxsan səkkiz) manat əvəzində 150000 (bir yüz əlli min ) manat pul məbləğinin 3(üç) il müddətinə hissə hissə ödəməlidir.

4. "xxxx" MMC isə "SHACMAN" markalı dövlət qeydiyyat nişanı ** JR ***, ** JR ***, ** JR ***, ** JR ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JM ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN *** və "FAW" markalı markalı dövlat qeydiyyat nişani ** JN *** olan 17 (on yeddi) ədəd yuk avtomaşınlarından dövlət qeydiyyat nişanı ** JR ***, ** JR ***, ** JR ***, ** JR ***, ** JN ***, ** JN ***, ** JN ***, 90 JN 210, ** JN ***, ** JN ***, ** JM ***, ** JN *** olan "SHACMAN" markalı və dövlət qeydiyyat nişanı ** JN *** olan "FAW" markalı avtomaşını cəmi 13 ədəd avtomaşın) Cavabdeh oğlunun mülkiyyətinə rəsmiləşdirməyi öhdəsinə götürür.

5. "SHACMAN" markalı dövlət qeydiyyat nişanı ** JN ***, ** JN ***, ** JN ***, ** JN *** olan avtomaşınlar (cəmi 4 ədəd avtomaşın) "xxxx" MMC-nin mülkiyyətində qalu Cavabdeh Vaqif oğlunun həmin avtomaşınlara dair hər hansı bir talab gələcəkdə də olmayacaqdır.

6. Cavabdeh Vaqif oğlunun apardığı hissə hissə ödənişlərə dair müvafiq kassa qəbzi verilir və tam mabləğ bağlandığı gün bu razılaşmada gostərilən öhdəliklər yerinə yetirilmiş hesab edilir.

7. Bu razılaşmadan irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilir bu mümkün olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə əsasen həll edilir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin əsas borcu 113000 (bir yüz on üç min) manat, illik 5% dərəcəsi ilə dəymiş zərər və əldən çıxmış fayda qismində 1883 (min səkkiz yüz səksən üç) manat (əsas borcun 5%-i 5650 AZN:12ay=470 AZN; 470 AZN x4 ay=1883 AZN), ümumilikdə 114883 (bir yüz on dörd min səkkiz yüz səksən üç) manat təşkil edir. İş materiallarına əlavə olunmuş Baki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh oglu i1ə 'A-Trans- Motors" MMC arasında "SHACMAN" markalı ** JR ***, ** JR ***, 90 JR379, ** JR ***, ** JN ***, 90 JN207, ** JN ***,** JN ***,** JN ***,** JN ***,** JN ***,** JM ***,** JN ***, ** JN ***, ** JN ***, ** JN *** və "FAW" markalı ** JN *** dövlət qeydiyyat niaşan1ı 17 ədəd yük avtomaşınlara dair bağ1anmış 24 aprel 2015-ci il tarixli 13 nömroli alqı-satqi milqaviləsietibarsiz hesab edilməsi, "SHACMAN" markalı ** JN *** vo ** JN *** dövlət qeydiyyat nianh yük avtomobilləri "xxxx" MMC-dən alınaraq Cavabdeh ogluna verilməsi, 22 oktyabr 2010cu ii tarixli 171 saylı, 08 noyabr 2010-cu il tarixli 182 saylı və 12 noyabr 2011-ci il tarixli 276 saylı alqı-satqı müqavilələrinin şərtlərinə uygun otaraq "SHACMAN" markalı ** JR ***, ** JR ***, ** JR ***, ** JR ***, 90 JNO ** İN ***, ** JN ***, ** JN ***,.** JN ***, ** JN ***, ** JN ***, ** JM ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***və 'FAW" markalı , 90JN 213 idövlət qeydiyyat nişanlı 17 (on yeddi) ədəd yük avtomabilləri Təhmozov Qa1ib Valeh oğlunun mülkiyyətinə vermək vəzifəsi 'A-Trans-Motors" MMC-nə həvalə edilməsi, 24 aprel 2015-ci ii tarixti 13 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar restitusiya qaydasında 'A-Trans-Motors" MMC –dən Cavabdeh xeyrinə tutulalı olan 20 000 (iyirmi min ) manat Cavabdeh oglundan həmin MMC-nin xeyrin tutulmalı olan pul məbləğinin müvafiq hissədə əvəzləşdirilməsi vo X6 o1undan 107 798 (yüz yeddi min yeddi yüz doxsan səkkiz) manat alınaraq 'A-Trans-Motors" MMC-yə ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarından görünür ki, nəqliyyat vasitələri özgəninkilləşdirildiyindən icra sənədi geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, İddiaçı MMC- borcun ödənilməsi üzrə bağlı cavabdehə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 104.26 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflə arasında məhkəmə mübahisəsi olmuş, Bakı apellyasiya Məhkəməsinin MK-nın qətnaməsinə əsasən "xxxx" MMC "SHACMAN” markalı dövlət qeydiyyat nişanı ** JR ***, ** JR ***, ** JR ***, ** JR ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JM ***, ** JN ***, ** JN ***, ** JN ***, ** JN *** və "FAW" markalı dövlət qeydiyyat nişanı ** JN *** olan 17 (on yeddi) ədəd yük avtomaşınlarını Cavabdeh Vaqif oğlunun mülkiyyətinə rəsmiləşdirməyi və öz növbəsində Cavabdeh Vaqif oğlu "xxxx" MMC-nin xeyrinə 107798.00 (bir yüz yeddi min yeddi yüz doxsan səkkiz) manat ödəməlidir. Tərəflər arasında qətnamə qüvvəyə mindikdən sonra xx.xx.2019-cü il tarixli Barşıq sazişi bağlanmış, şazisin şərtlərinə əsasən, Cavabdeh Vaqif oğlu "xxxx" MMC-nin xeyrinə 107798.00 (bir yüz yeddi min yeddi yüz doxsan səkkiz) manat pulu birdəfəlik ödəmə imkanının olmadığını nəzərə alaraq 107798 (yüz yeddi min yeddi yüz doxsan səkkiz) manat əvəzində 150000 (bir yüz əlli min ) manat pul məbləğinin 3(üç) il müddətinə hissə hissə ödəməsini öhdəsinə götürmüşdür. Həmin məbləğdən müəyyən ödənişlər edilmiş, lakin cavabdehin 113000 (bir yüz on üç min) manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh Barışıq Sazişi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə işin hallarını, nəzərə alaraq hesab edir ki, iddia tələbinin əldən çıxmış fayda hissədə təmin olunmalıdır. Belə ki, MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 113000 (bir yüz on üç min) manat, illik 5% dərəcəsi ilə əldən çıxmış fayda qismində 1883 (min səkkiz yüz səksən üç) manat (əsas borcun 5%-i 5650 AZN:12ay=470 AZN; 470 AZN x4 ay=1883 AZN), ümumilikdə 114883 (bir yüz on dörd min səkkiz yüz səksən üç) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 404 manat məbləğində rüsumu Cavabdeh iddiaçı “İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi təmin edilsin. Cavabdeh 113000 (bir yüz on üç min) manat və əldən çıxmış fayda qismində 1883 (min səkkiz yüz səksən üç) manat , ümumilikdə 114883 (bir yüz on dörd min səkkiz yüz səksən üç) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 404 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar