Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-1113/2022 28.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı QSC bank olmayan kredit təşkilatının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC bank olmayan kredit təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC bank olmayan kredit təşkilatı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3881,0 manat əsas borc, 29,77 manat faiz borcu olmaqla cəmi 3910,77 manat məbləğin və ödənilmiş 59,1 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı eyni tələblə və eyni şəxslərə qarşı əvvəllər iddia qaldırmış, Bərdə Rayon Məhkəməsinin 2(021)-2325/2018 saylı 05 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya şöbəsinin 90371/11 saylı 21 aprel 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2325/2018 nömrəli, 05.03.2018-ci il tarixli icra sənədi 23.04.2018-ci il tarixdə Bərdə rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə müvafiq qaydada icraata başlanılmış və tələbin təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Məhkəmə qərarı üzrə tələbi borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə borclunun adına əmlakların axtarılması ilə bağlı sorğular verilmiş, lakin tələbin yönəldiləsi əmlaklar aşkar edilməmişdir. İcra sənədi üzrə tələbin tam təmin edilməsi istiqamətində icra tədbirləri davam etdirilir. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC bank olmayan kredit təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(021)-1113/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-1113/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver