Məhkəmə qərarları › İş №e-2(021)-120/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-120/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-120/2025 23.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər X1, X2 və Cavabdeh1 qıızına qarşı “kreditin, kredit faizlərinin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə 23 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh2 iddaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 01DM/18 saylı kredit müqaviləsinə əsasən kredit borcu üzrə 16588.11 AZN məbləğində kredit borcu və idiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 140.17 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 51 AZN mələğində pul tutulması, Tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri, Füzuli küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi 0.04 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2018-ci il tairxli, 01DM/18 saylı kredit müqaviləsi üzrə 16588.11 manat məbləğində borcun və idiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 140.17 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 51 AZN mələğində pulun tutuluaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Bərdə şəhəri, Füzuli küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 38000 manat məbləğində müəyyən edilməsi, İpoteka predmeti olan Bərdə şəhəri, Füzuli küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi 0.04 ha torpaq sahəsinə tutma yönəldildikdə və satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər X1, X2 və Cavabdeh1 qıızına qarşı “kreditin, kredit faizlərinin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" KB ASC tərəfindən ödənilmiş 139,77 (bir yüz otuz doqquz manat 77 əqpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar