Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-121/2025 11.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X4 iclas kаtibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Maraqlı şəxs və X7 qarşı “avto qəza nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh avtomobilinə dəymiş maddi ziyanın əvəzi olaraq 9295 (doqquz min iki yüz doxsan beş) manat məbləğdə pulun, ödənilmiş 113 manat dövlət rüsumunun və avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi üçün ödənilmiş 100 manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Hyundai Accent” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və onun mülkiyyətindədir. O, həmin avtomobili 10 noyabr 2023-cü il tarixli “qarşılıqlı razılaşma” müqaviləsi əsasında Maraqlı şəxs 3-cü şəxlərin icarəsinə, istifadəsinə verməsi üçün vermişdir. Maraqlı şəxs ilə aralarında olan müqavilənin 3.1-ci maddəsinin tələbinə görə “ikinci tərəf” “birinci tərəfin” verdiyi nəqliyyat vasitəsini istifadə etməyə 3-cü şəxslərə verdiyi halda əldə edilə biləcək gəlirin ½ hissəyə bölünməsi qeyd edilmişdir. Eyni zamanda da Maraqlı şəxs ilə Cavabdeh arasında olan 23 noyabr 2023-cü il tarixli “tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən ona məxsus “Hyundai Accent” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh istifadəsinə vermişdir. Həmin müqavilənin 3.1.5 və 3.2.7-ci maddəsinin tələbinə görə nəqliyyat vasitəsinə istifadəçi tərəfindən hər hansı zərər vurulduqda və ya nəqliyyat vasitəsi “istifadəçi”nin istifadəsində olarkən avto-qəza halları baş verərsə, istifadəçi yəni hazırki iş üzrə Cavabdeh tam məsuliyyət daşıdığı və nəqliyyat vasitəsinə dəymiş bütün zərəri onun tərəfindən ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində ona məxsus “Hyundai Accent” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili Bərdə-Tərtər yolunun Bərdə rayonu Zümürxan kəndi ərazisindən keçən 5-ci kilometrliyində Bərdə şəhəri istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozaraq avtomobili sağa doğru istiqamətləndirərək avtomobili yolun sağ hərəkət hissəsindən kənarda olan dəmir qaz borusuna vurub yolun sağ hərəkət zolağının kənarından sağa doğru 8 metr məsafədə avtomobili aşırdaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə maddi ziyan dəymiş və avtomobili yararsız hala düşmüşdür. Bununla bağlı Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadiəsinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq Cavabdeh barəsində 18 dekabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və ona dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah olunmuşdur. Bu səbəbdəndə məhkəməyə müraciət etməli olmuşdur. Hüquq və vəzifələrinə, maraq və mənafelərinə toxunduğundan “Hyundai Accent” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2(021)-1243/2024 saylı qərardadı ilə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Maraqlı şəxs və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və 3cü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikasının MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını və nümayəndəsini (vəkilini) dinləyib iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 07 avqust 1983-cü ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli, 47 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri H.Əliyev prospekti 6/35 ünvanında yaşayır. İş materiallarında olan nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki,”Hyundai Accent minik” markalı, 11BH311 dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətindədir. 10 noyabr 2023-cü il tarixli qarşılıqlı razılaşma müqaviləsindən görünür ki, birinci tərəf İddiaçı mülkiyyətində, sahibliyində, istifadəsində, icarəsində, etibarnamə üzrə sahiblik və istifədəsində olan nəqliyyat vasitəsini ikinci tərəf Maraqlı şəxs verdiyi nəqliyyat vasitəsini istifadə etməyə üçüncü şəxslərin icarəsinə, istifadəsinə verməsinə razılıq vermişdir. İkinci tərəf Maraqlı şəxs İddiaçı verdiyi nəqliyyat vasitələrini istifadə etməyə üçüncü şəxslərə verdiyi halda əldə edilə biləcək gəlirləri ½ hissəyə bölmək barədə razılaşmışlar. Tərəflər arasında razılaşma 23 noyabr 2023-cü il tarixdən 25 may 2024-cü il tarixədək bağlanmışdır. AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxx 1977-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri Şəhriyar küçəsi ev 8 mənzil 4-də qeydiyyatdadır. İş materaillarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 dekabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə, 22:00 radələrində Tərtər-Bərdə avtomobil yolunun Bərdə rayonu Zümürxan kəndi ərazisindən keçən 5-ci kilometrliyində sürücü xx.xx.1977- ci il təvəllüdlü Bərdə şəhəri Şəhriyar küçəsi ev 8 mənzil 4-də yaşayan Cavabdeh oİu idarə etdiyi “Hyundai Accent minik" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh xəsarət alaraq Bərdə rayon Diaqnostika Mərkəzinə müraciət etmişdir. Həmin məlumat Azərbaycan Respublikası DİN-in DYPİ-nin Cinayətlər və Hadisələr barədə Məlumatların Qeydiyyat kitabında 1401 saylı nömərə qeydiyyata alınmışdır.Qərarın təsviri hissəsindəkilərə əsasən Azərbaycan Respublikasl CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilməsi, sürücü Cavabdeh barəsində Azərbaycan Respublikaslı İXM- nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surətinin BDYPİ-nin YPX Alayına göndərilməsi, İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində özünə məxsus olan “Hyundai-Accent minik” markalı, 11BH-317 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla əlaqədar sürücü Cavabdeh ilə aralarında yaranmış mülki xarakterli mübahisəni həll etmək məqsədi ilə məhkəmədə iddia qaldırmaq hüququnun izah edilməsi qərara alınmışdır. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış X1 görünür ki, X8 mülkiyyətində olan Hyundai-Accent minik” markalı, 11BH-317 dövlət qeydiyyat nişanlı avtomobili X9 etibarnamə əsasında verilmiş X12 tərəfindən İddiaçı etibarnamə əsasında verilmişdir. İş materiallarında olan X6 tərəfindən tərtib edilmiş ilkin qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus “Hyundai Accent” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 9295 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx"Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 15 may 2024-cü il tarixli AS-24/409 nömrəli məktubdan görünür ki, “Hyundai Accent”markalı , 11 BH317 dövlət qeydiyyat nişanlı avtomobilin Cəmiyyətində sığortalanmış olduğu müddətdə hər hansı sığorta hadisəsi qeydə alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli, 9-5668 nömrəli ekspertiza rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materiallarında olan 28 yanvar 2024-cü il tarixli qüsur aktına əsasən 2006-cı il buraxılışlı Hundai Accent” markalı, **-BH-*** dövlət qeydiyyat nuşanlı avtomobilin təmirbərpa xərci təxminən 8775.00 manat müəyyən edilmiş o cümlədən dəyişilməli hissələrin qiyməti 6295.00 manat, təmir-bərpa işlərinin qiyməti 2480.00 manat təşkil etmişdir. Ekspertiza rəyində əlavə olaraq qeyd edilmişdir ki, nəqsliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 nömrəli məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan 2006-cı il buraxılışlı “Hundai Accent” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiç hissələrin(dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(021) 1243/2024 nömrəli mülki iş materiallarında olan qüsur aktı əsasında hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiаçı İddiaçı Cavabdeh Qaslib oğluna və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh avtomobilimə dəymiş maddi ziyanın əvəzi olaraq 9295 (doqquz min iki yüz doxsan beş) manat məbləğdə pulun, ödənilmiş 113 manat dövlət rüsumunun və avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi üçün ödənilmiş 100 manat məbləğdə pulun alınıb mənə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən avtonəqliyyat hadisəsi törədilmiş, nəticədə İddiaçı qanuni sahibliyində olan “Hyundai Accent” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmuşdur. Məhkəmə zərərin qismən tutulmalı olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli, 9- 5668 nömrəli ekspertiza rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materiallarında olan 28 yanvar 2024-cü il tarixli qüsur aktına əsasən 2006-cı il buraxılışlı “Hyundai Accent” markalı, **-BH-*** dövlət qeydiyyat nuşanlı avtomobilin təmir-bərpa xərci təxminən 8775.00 manat müəyyən edilmiş o cümlədən dəyişilməli hissələrin qiyməti 6295.00 manat, təmir-bərpa işlərinin qiyməti 2480.00 manat təşkil etdiyi qeyd edilmişdir. Beləliklə məhkəmə 8775 manat məbləğində zərərin cavabdehdən tutulmalı olması qənaətinə gəlir. Çünki, iddia tələbində qeyd edilən 9295 manat məbləğlə bağlı kifayət qədər sübutlar yoxdur. Həmçinin, iş materiallarına əlavə edilmiş notariat sistemindən çıxarışda avtomobillə bağlı sürücülük hüququ ilə bağlı etibarnamənin etibarlılıq müddətinin xx.xx.2024-cü il tarixədək olmasına baxmayaraq avtoqəza hadisəsi avtomobil iddiaçıya verilən notarial etibarnamənin qüvvədə olduğu dövrdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 113 manat məbləğində dövlət rüsumunun 110 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalı, geri qalan 3 manatlıq hissə iddiaçıya aid edilməli, həmçinin iş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının qiymətləndirmə aparılması üçün ödədiyi və qarşı tərəfdən tələb etdiyi 100 manat xərc də iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 8775.00 manat məbləğində pul vəsaiti və ödənilmiş 110 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 3 manatlıq hissəsi iddiaçıya aid edilsin. Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-121/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-121/2025
11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver