Məhkəmə qərarları › İş №e-2(021)-1228/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-1228/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-1228/2023 27.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X5 iclas kаtibliyi ilə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işin materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 5023,50 manat əsas, 115,80 manat faiz borcu olmaqla cəmi 5139,30 manat borcun və 71,40 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 nümayəndəsi məhkəməyə teleqram göndərərək məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan baxılaraq mülki işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri bаrədə məlumаt verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən alınmış məlumatdan görünür ki, X1 fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, 40008113 nömrəli VÖEN-ə malikdir. Tərəflər arasında bağlanmış 15 avqust 2019-cu il tarixli, **********0403 nömrəli kredit (restrukturizasiya) müqaviləsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1.1.-ci bəndinə əsasən kredit verənin kredit alanın mühasibat sənədləri və fəaliyyət predmeti barədə məlumat almaq hüququ vardır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilədə “əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar” dedikdə kredit alanın işsiz qalması, onun sahibkarlıq fəaliyyətində əvvəlki göstəricələrə nisbətən gerilmənin müşahidə edilməsi, üçüncü şəxslərdən onun əmlak vəziyyətinə mütanasib olçayan kredit və borcların götürülməsi, nəzərdə tutulan girov predmetinin itirilməsi, sıradan çıxması, dəyərinin azalması habelə gələcəkdə təminst kimi çıxış edə biləcək daşınar və daşınmaz əmlakın digər kreditorların tələb predmetinə çevrilməsi, bu müqavilənin 6.2-ci və 7.8-ci bəndlərinə əmək edilməməsi, bu müqavilənin 7.4-cü maddəsində müəyyən edilən təmantların pozulması, kredit alana qarşı istənilən əmlak iddiasının irəli sürülməsi, kredit alanın cinayət məsuliyyətinə cəlb edilməsi, kreditin ödəniş cədvəlinə uyğun icra edilməməsi və kreditin və faizlərin vaxtında və tam şəkildə qaytarılmaması gümanını yaradan istənilən digər halın mövcud olması başa düşülür. Həmin müqavilənin 2.3.3-cü bəndinə əsasən müqavilənin 2.4-cü bəndində göstərilənlər və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar istisna olmaqlza, iş prosesində əldə etdiyi və kredit alanın biznes fəaliyyətinə aid olan kommersiya sirrini yaymamaq vəzifəsi vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəlaiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən bu Sərəncamın 1-3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan hazırki mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş baxışı iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 35, 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar