Məhkəmə qərarları › İş №e-2(021)-1236/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-1236/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-1236/2025 29.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul“ tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 22 May 2024-cü il tarixli, YSLMB-11269 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3637,14 manat, faiz borcuna görə 399,31 manat,cərimə borcuna görə 0 manat,cəmi 4036,45 manat pul və dövlət rüsumu kimi ödənilmiş 61 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, Sırğa - 1 ədəd,çəkisi- 5,2; əyarı– 750; Üzük - 1 ədəd,çəkisi- 5,6; əyarı– 750; Qolbaq - 1 ədəd,çəkisi- 6,4; əyarı– 750; Qolbaq - 1 ədəd,çəkisi- 6,2; əyarı– 585; Sırğa - 1 ədəd,çəkisi- 4,9; əyarı– 585; Üzük - 4 ədəd,çəkisi- 17,5; əyarı– 585; Klon - 1 ədəd,çəkisi- 23,7; əyarı–585; cəmi: 69,5 qr. 3. Bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 22 May 2024-cü il tarixli, YSLMB- 11269 saylı kredit müqaviləsi üzrə cəmi 4036,45 manat pul və dövlət rüsumu kimi ödənilmiş 61 manat məbləğində pulun ödənilməsi; Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 22 May 2024-cü il tarixli, YSLMB-11269 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa,Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(021)-1236/2025 saylı qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə verərək, hazırda cavabdehin borcu tam ödədiyini göstərək mülki işin baxılmamış saxlanmasını və sənədlərin özünə qaytarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxılması barədə hər hansı tələb daxil olmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul“ tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 61 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın (Mədaxil qəbzi №: **********; büdcə təsnifat kodu: 142211). Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar