Məhkəmə qərarları › İş №e-2(021)-1241/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1241/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1241/2023 23.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı QSC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən və evdən çıxarılma, əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 184.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən X1 çıxarılması, əmlakın boaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, 100 manat dövlət rüsumunun cavabddehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğli ilə AcessBank QSC arasında 11 dekabr 2019-cu il tarixdə AN ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən AcessBank QSC-nin mülkiyətində olan Bərdə şəhəri Cəlil Məmmdquluzadə küçəsində 0,03 hektar torpaq sahəsi və üzərində yerləşən 148,8 kvm ümumi sahədən ibarət fərdi yaşayış evinin alıcı Cavabdeh 24000 manat qiymətinə satılmasına razılaşmışdır. Müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 1500 manat məbləği AccessBank QSC-yə notariusun bankda açılan depozit hesabi vasitəsilə ödəyir. Cavabdeh qalan 22500 manat məbləği 12 oktyabr 2022-ci il tartixədək notariusun bankda açılan hesabi vasitəsilə ödəməyi öhdəsinə götürür lakin məbləğ ödənilməmişdir. İddiaçı QSC–nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxmaqla iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş 11 dekabr 2019-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı QSC Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 184.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini Cavabdeh satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh xx xxxxxxx 1978-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş ******* nömrəli Dövlər reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 184.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyyətində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 28 oktyabr 2022-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş MEGA POST SERVİCE MMC tərəfindən verilmiş 12 noyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı QSC tərəfindən ünvan 2 ünvanına Cavabdeh adına məktub göndərilmiş, lakin qeyd olunan şəxs ərazidə taılmadığına görə məktub İddiaçı QSCyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəlləsinin 421.2 -ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. [383] Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh üzərinə götürmüş olduğu ğhdəliyi icra etməmiş və bu səbəbdən də iddia tələbi haqlı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 184.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılsın. Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 184.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi boşaldılsın və İddiaçı QSC-yə təhvil verilsin. İddiaçı QSC tərəfindən dövlət rüsumu hesabına ödənilmiş 100 manat Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar