Məhkəmə qərarları › İş №e-2(021)-1289/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1289/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1289/2023 17.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas kаtibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cəmi borcu 4998,57 AZN (dörd min doqquz yüz doxsan səkkiz manat, əlli yeddi qəpik) məbləğindən 1397,98 (bir min üç yüz doxsan yeddi manat, doxsan səkkiz qəpik) AZN əsas, 829,06 (səkkiz yüz iyirmi doqquz manat, altı qəpik) AZN faiz, 2578,49 (iki min beş yüz yetmiş səkkiz manat, qırx doqquz qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 193,04 (bir yüz doxsan üç manat, 04 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 69,99 (altmış doqquz manat 99 qəpik) dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prossesində olan "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Şəxsi İstehlak məqsədi ilə cavabdehə 24 ay müddətinə illik 28% faiz dərəcəsi ilə 7640 (yeddi min altı yüz qırx) ABŞ Dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzininin ödənilməsi də daxil olmaqla zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı restrukturizasiya edilmiş kredit məbləğinin qalığı konvertasiya edilməklə 3527,78 (üç min beş yüz iyirmi yeddi manat, yetmiş səkkiz qəpik) məbləği təşkil edir. Kreditin müddəti xx.xx.2020-ci il tarixidək təyin edilmişdir. Borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına habelə **********291saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 150 (bir yüz əlli manat) məbləğində ödəniş etmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 4998,57 (dörd min doqquz yüz doxsan səkkiz manat, əlli yeddi qəpik) manat məbləğində təşkil edir. Bundan 1397,98 (bir min üç yüz doxsan yeddi manat, doxsan səkkiz qəpik) AZN əsas, 829,06 (səkkiz yüz iyirmi doqquz manat, altı qəpik) AZN faiz, 2578,49 (iki min beş yüz yetmiş səkkiz manat, qırx doqquz qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 193,04 (bir yüz doxsan üç manat, dörd qəpik) AZN faiz borcu təşkil edir. Cavabdeh1 məhkəməyə iddia tələbinə etiraz daxil olmuşdur. Etirazda cavabdeh tələblə razı olmadığını, onun kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşməsini, lakin buna baxmayaraq bankın ona qanunsuz borc hesabladığını qeyd etmişdir. Etirazla bağlı məhkəmənin 2(021)-1289/2023 saylı mülki iş üzrə 27 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçı ləğv prosesində olan iddiaçı "xxxx" ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Hikmət Həsənli məhkəməyə ərizə göndərərək məhkəmə proseslərinin çoxluğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında kredit üzrə borcunun ölkə başçısının kreditlərin restrukturizasiyasına dair fərmanına uyğun olaraq 1339 manat borcun qaldığını, 2700 manat pulun qaytarıldığını və beləliklə də borcunun sıfırlanaraq onun artıq Banka borcunun qalmadığını bildirmişdir və bununla bağlı məhkəmə elektron sistemdən çıxarış təqdim etmişdir. Bundan başqa cavabdeh hazırki iş üzrə müqavilədən əmələ gələn tələblər üzrə 3 illik iddia müddətinin ötürülməsini əsas götürərək məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdi. Həmçinin cavabdeh öz izahatında məhkəməyə bildirdi ki, iş üzrə zamin olan digər Cavabdeh2 artıq vəfat etmişdir və bununla bağlı ölüm haqqında şəhadətnamənin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1991-ci ildə Bərdə rayonu, Cicimli kəndində anadan olmuşdur. Yaşayış yeri Bərdə rayonu, Cicimli kəndidir. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Bərdə rayonu, Cicimli kəndində yaşayır və qeydiyyatdadır. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuşdur, Bakı şəhəri, Balandin 42 ünvanında yaşayır. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Balandin 42-də yaşayır və xx.xx.2019-cu ildə ölümlə bağlı qeydiyyatdan çıxmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan "xxxx" ASC məhkəmədə iddia qaldırılması üçün 69,99 AZN dövlət rüsumunu və 0,40 AZN xidmət haqqını ödəmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" ASC tərəfindən 24 ay müddətinə, illik 28% olmaqla 7640 (yeddi min altı yüz qırx) USD məbləğində kredit verilmişdir. 05 fevral 2015-ci il tarixli 2/2/79440970 nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-nin Sabunçu filialından kredit üzrə 7.640 ABŞ dolları məbləğində vəsaiti almışdır. xx.xx.2015-ci il tarixli, ********* nömrəli ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh1 aldığı 7640 USD borc üçün aylıq 419,46 AZN, son ayda isə 419,34 AZN pul ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 170008093/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin qismində borcalan Cavabdeh1 ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor olan bank qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2017-ci il tarixli kredit müqaviləsi və zaminlik müqaviləsinə edilən əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı 2351,85 (iki min üç yüz əlli bir ABŞ dolları, səksən beş sent) USD dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) konvertasiya edilməklə bu sazişin qüvvəyə mindiyi tarixə 3527,78 AZN təşkil edir. İş materiallarına əlavə edilmiş hesab üzrə əməliyyatlar cədvəli və hesabdan çıxarışdan borcalan Cavabdeh1 banka olan ödənişlərinin və hesabdan vəsait çıxarılmasının tarixləri və məbləğləri əks edilmişdir. xx.xx.2022-ci il tarixli, **********945 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" ASCnin müştərisi olan Cavabdeh1 kredit müqaviləsi üzrə 1397,98 AZN əsas, 829,06 AZN faiz, 2578,49 AZN cərimə, cəmi 4998,57 (dörd min doqquz yüz doxsan səkkiz manat, əlli yeddi qəpik) AZN borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Qərar dərhal icraya yönəldilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Bildirişə əlavə edilmiş poçt göndərişlərinin çatdırılması barədə xəbərnamələrin surətindən görünür ki, həmin bildiriş borcluya verilmişdir. Cavabdeh1 ilə bağlı verilmiş izahlı cəmi hesablanmış kompensasiya üzrə məlumatdan görünür ki, ona kreditin restrukturizasiyası üzrə cəmi hesablanmış kompensasiya məbləği 2719,88 manatdır hansı bu məbləğ vətəndaşa çatan hissədir. Güzəştə görə kompensasiya məbləğinin azadılan hissəsi 1339,18 manatdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 fevral 2019-cu il tarixli AZ İ 987539 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində Ağ ciyər vərəmindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 24 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC cəmi borc olan 4998,57 (dörd min doqquz yüz doxsan səkkiz manat, əlli yeddi qəpik) AZN məbləğindən 1397,98 (bir min üç yüz doxsan yeddi manat, doxsan səkkiz qəpik) AZN əsas, 829,06 (səkkiz yüz iyirmi doqquz manat, altı qəpik) AZN faiz, 2578,49 (iki min beş yüz yetmiş səkkiz manat, qırx doqquz qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 193,04 (bir yüz doxsan üç manat, 04 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 69,99 (altmış doqquz manat 99 qəpik) dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASCyə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Zamin isə borclunun kreditor qarşısında öhdəliyinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsas borclu olan Cavabdeh1 münasibətdə rədd edilməlidir. Belə ki, əsas borclu olan iş üzrə Cavabdeh1 kreditin restrukturizasiya edildikdən sonra onun iş üzrə iddiaçı olan banka borcu qalmaması ilə bağlı onu qeyd edir ki, iş materiallarına əsasən məhkəmə hesab edir ki, kredit məbləği restrukturizasiya edildikdən sonra Cavabdeh1 banka borcu qalmamışdır. Bundan başqa cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir və məhkəmə iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmənin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı qənaətə gəlməyə əsas verən səbəb odur ki, iş üzrə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 24 ay müddətinə verilməklə bağlanmış və həmin müqavilənin icrasının bitmə tarixi xx.xx.2017-ci ildir. Tərəflər arası bağlanmış 03 fevral 2017-ci il tarixli 01 nömrəli əlavə sazişlə həmin kredit müqaviləsi üzrə kredit məbləğinin əsas borc qalığı restrukturizasiya prosesi üzrə konvertasiya edilməklə məbləğ dəyişdirilmiş və kredit müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Eyni müddətlərdə mərhum Cavabdeh2 ilə bank arasında borcalan Cavabdeh1 öhdəliyinin icrasının təminatı olaraq zaminlik müqaviləsi bağlanaraq əlavə sazişlə əsas öhdəliyin icrası müddətində uzadılmışdır. Sonuncu öhdəliyin icrası olan ödəniş tarixi isə iddia tələbində göstərildiyi üzrə xx.xx.2019-cu il tarixdir və həmin tarixdə Cavabdeh1 tərəfindən 150 AZN məbləğində ödəniş edilmişdir. Kredit müqaviləsi və maliyyə arayışına əsasən müqavilənin müddəti 03 fevral 2020-ci il tarixdə bitmişdir. Həmin tarixdən isə qətnamə qəbul edilən tarixə 3 illik müddət keçdiyindən, bundan başqa öhdəliyin sonuncu icra tarixi olan xx.xx.2019-cu il tarixdən də 3 illik iddia müddəti ötdüyündən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi digər cavabdeh olan mərhum Cavabdeh2 da münasibətdə rədd edilməlidir. Belə ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən zaminin ölümü ilə bağlı onun zaminlik müqaviləsi üzrə öhdəliyinə xitam verilir. Buna görə iddia tələbi Cavabdeh2 münasibətdə də rədd edilməlidir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. İşdən də müəyyən edilir ki, hazırki müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik çıxış edir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 69,99 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar