Məhkəmə qərarları › İş №e-2(021)-1372/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1372/2024

13.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1372/2024 13.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavadeh Cavabdeh və nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.600 manat məbləğində pulun və 135 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ondan 06 avqust 2023cü il tarixdə şəxsi ehtiyacları üçün 14600 manat məbləğində borc almışdır. Buna dair cavabdehin əl yazma qəbzi mövcuddur. Həm də whatsap danışığı zamanı borcunun olmasını etiraf etmişdir. Dəfələrlə borcun qaytarılmasını tələb etsə də, cavabdeh borcu ödəməkdən imtina etmişdir. Ona görə də məhkəmədən Cavabdeh 14.600 manat məbləğində pulun və 135 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ifadə verərək bildirdi ki, iddia tələbi əsaslıdır. İş materiallarında cavabdehin borc almasına dair əlyazma qəbz mövcuddur. İddiaçı borc pul verdiyi zaman Cavabdeh borc pul məbləğini mart ayına kimi qaytaracağını bildirmişdir. Aralarında olan danışıq səsləri və materiallar DVD formatlı diskə əlavə edilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında cavadeh Cavabdeh vəkili X2 ifadə verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, cavabdeh İddiaçı tanımır. İddiaçı oğlu Kənan ilə Cavabdeh bir yerdə MAXE işləmişlər. 2023-cü il tarixdə Cavabdeh pul lazım olduğunu Mətanətin oğluna bildirmiş, o anası Mətanətdən 8000 manat pul almış, 200 manatını öz cibinə qoymuş, 7800 manatını Cəfərə 15 faizlə sələmə vermişdir. Cəfər hər ay 300 manat pul ödəmişdir. Daha sonra Cəfərə yenə 1600 pul lazım olmuş, Kənan isə qızıl-zinyət əşyaları və ya sənədlərin girov qoymasını bildirir. Cəfər 7800 manat dəyərində qızıl əşyalarını, şəxsiyyət vəsiqəsini Kənana girov qoyub və 1600 manatı götürüb. Hər ay 1600 manatın sələminə faiz ödəyib. 2200 manatı Kənanın dostunun yanında “Bazarstore” mağazasının yanında ödəyib. 25 fevral 2024-cü il tarixdə 1600 manat pulu faizini tam ödəyib bitirib. 28 fevral 2024-cü il tarixdə Kənan Cəfərə zəng edib “Səadət” sarayının yanında çayxanaya çağırıb. Həmin vaxt Kənanın yanında dostu və kirvəsi də olub. Onu aparıb döyüblər və bu barədə Cəfər prokurorluğa şikayət edib. Barələrində cinayət işi başlanmışdır. Hazırda iş məhkəmə baxışındadır. Cəfər Kənandan qızılları tələb etdikdə bildirir ki, 1600 manatı ödəsə də 8000 manatı ödəyib bitirməyib. Halbu ki, bütün borc ödənilib. Cavabdeh məhkəməyə etiraz ərizəsi verərək, bidirmişdir ki, o, N saylı hərbi hissədə MAXE kimi sürücü işləyir. Bərdə şəhər sakini X4 əvvəllər onunla eyni hərbi hissədə MAXE kimi xidmət ediblər. O, hal-hazırda N saylı hərbi hissədə xidmət edir. 2023-cü ilin iyun ayında onun pula ehtiyacı var idi. O, Kənan Məhərrəmovun sələmə pul verdiyini bilmişdir. Belə ki, bundan əvvəl bir neçə dəfə ondan az miqdarda sələmə pul götürüb sonra qaytarmışdır. O, sələmi 15 faizlə verirdi. Ona yaxılaşıb bildirmişdir ki, ona 8000 manat pul lazımdır. Elə həmin gün axşam tərəfi Bərdə şəhərinə gəlmişlər. Onunla Bərdə rayonunun Divanlı kəndinin ərazisinə gəlmişlər. O, gözləmiş və Kənan gedib az sonra gəlmiş və demişdir ki, 7800 manat pul düzəldə bilib. Bu pula görə hər ay 15 faiz sələm ödəyəcəyini demişdir. O, razılaşıb pulu götürmüşdür. 2 həftədən sonra Bərdə şəhərində "Bazarstore" topdan satış mağazasının qarşısında Kənanın dostu Üzeyrin yanında pulun 2200 manatını Kənana qaytarmışdır. Hər həftə Kənana faiz kimi 300 manat pul vermiş, bu ərəfədə Kənandan yenə faizə pul istəmişdir. O, bildirmişdir ki, bunun üçün qızıl və sənədlərini girov qoymalıdır. O razılaşmışdır. Ona 7500 manat dəyərində birliyant qaşlı 4 qızıl sırğa, 2 ədəd bilərzik, 1 qızıl sep və 2 ədəd qızıl üzük girov qoymuşdur. Eyni zamanda hərbi vəsiqəsini, sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini, sığorta kartını və veteran pulu kartımı girov vermişdir. Buna görə ondan daha 1600 manat pul sələmə almışdır. Bu pulu Kənanın qardaşı Sənandan almışdır. Qızıl əşyalarını da Sənana vermişdir. Sənədlərini isə Kənana vermişdir. Sonradan ona 1800 manat pul qaytarmışdır. O, hər ay 1600 manat pulun faizini verib. 25 fevral 2024-cü il tarixdə o, 1600 manatı tam şəkildə Kənana qaytarmışdır. Lakin o, qızıl əşyalarını və sənədləri qaytarmamışdır. O, Kənandan qızıl əşyalarını və sənədlərini tələb etdikdə demişdir ki, “digər borcunu ödəməsən qaytarmayacağam”. 28 fevral 2024-cü il tarixdə Kənan onu Bərdə şəhərindəki “Səadət” sarayının yanındakı çayxanaya çağırmışdır. Kənan dostu Üzeyir və kirvəsi Yusifl orada olmuşlar. Onlar onu " Mersedes markalı avtomobilinə oturub küçənin baş tərəfinə aparmışlar. Orada qızıl əşyalarını və sənədləri istəyərkən Kənanla kirvəsi Yusif onu döyüb hədələmişlər. O, elə həmin gün X6 şikayət etmişdir. Sonradan materialı Ağdam hərbi prokurorluğuna göndərdilər. Hal-hazırda orada araşdırma aparılır. O, Kənan Məhərrovdan ümulikdə 9400 manat pul almışdır. Bu puldan cəmi 5600 mana pul qaytarmışdır. Ona 3800 mat pul qaytarmalı olduğu halda onun 7500 manat dəyrində qızıl-zinət əşyalarım onda qalmışdır. Buna baxmayaraq onun anası İddiaçı ona qarşı idddia ərizsəi qaldıraraq guya ona 14.600 manat pul borclu qaldığımı göstərmişdir. Halbu ki, onun pulla bağlı onunla heç bir söhbəti olmamışdır. Məhkəmə iclasında cavadeh Cavabdeh ifadə verərək etirazında göstərdiklərini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında İddiaçı tərəfindən təqdim edilən CD diskində olan 14600 manat pulu sonuncudan qəbul etməsi və bu qədər borcunun olması barədə səsləndirilən səs yazısının ona məxsus olduğunu bildirdi. Bundan başqa Cavabdeh məhkəmə iclasında xx.xx.2023-cü il tarixdə İddiaçı 14600 manat pul alması barədə qəbzdə olan yazının ona məxus olduğunu bildirdi. İşdə iştirak edən şəxslərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 601 saylı daimi buraxılış vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixədək N saylı hərbi hissədə işləyib. Mülki işə əlavə olunmuş əlyazma qəbzdən görünür ki, Cavabdeh ehtiyacı olduğu üçün İddiaçı Səccat qızından 14600 manat məbləğində pul aldığını qeyd etmişdir. Cavabdeh tərəfindən etiraza əlavə edilən diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Cavabdeh borcundan 1600 manat pulu İddiaçı geri qaytarmışdır. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 135 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı 14600 manat məbləğində borcu almış və buna dair qəbz yazmışdır. Lakin cavabdeh aldığı puldan bu günə kimi yalnız 1600 manat pulu geri qaytarmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmin Məcəllənin 742.1-cü maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 13000 manat tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən ödənilmiş 135 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13.000 (on üç min) manat alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar