Məhkəmə qərarları › İş №e-2(021)-148/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-148/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-148/2023 03.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabehlər Cavabdeh1 Nurədin oğluna və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cǝmi borcu 31 957.07 (otuz bir min doqquz yüz əlli yeddi dollar doxsan beş sent) ABŞ dolları - bundan 8469.95 ABŞ dolları əsas, 11788.91 ABŞ dolları faiz, 10447.41 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1250.80 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 252.98 manat dövlət rüsumunun cavabdehlǝr Cavabdeh1 Nurədin oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq, X3 "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "Dəmir Bank” Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehǝ 36 (otuz altı) ay müddətinə illik 26 % dərəcəsi ilə ödəmək şərtilə 12 700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 410002337ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dǝyǝn digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə 18 may 2015-ci il tarixli Əlavə Sazişə əsasən kredit öhdəliyinin qalığı 10 018.94 (on min on səkkiz dollar, 94 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır . Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizləri və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********256 saylı 10 mart 2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 31 957,07 (otuz bir min doqquz yüz əlli yeddi dollar, 07 sent) ABŞ dolları təşkil edir. Bundan 8469,95 (səkkiz min dörd yüz altmış doqquz dollar, 95 sent) ABŞ dolları əsas, 11 788,91 (on bir min yeddi yüz səksən səkkiz dollar, 91 sent) ABŞ dolları faiz, 10 447,41 (on min dörd yüz qırx yeddi dollar, 41 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azrbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qorarına əsasən hesablanmış 1250,80 (bir min iki yüz əlli dollar, 80 sent) ABŞ dolları faiz borcu təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən ərizənin təmin edilməsi xahiş olunmuşdur. İddiaçı X3 İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh1 Nurədin oğluna və Cavabdeh2 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 Nurədin oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №410002337 saylı Kredit Müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 Nurədin oğluna 36 ay müddətinə, illik 26% olmaq şərti ilə 12700 (on iki min yeddi yüz) USD məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC, Cavabdeh1 Nurədin oğlu və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №410002337/ZM saylı Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh1 Nurədin oğlu xx.xx.2014-cü il tarixli, №410002337 saylı Kredit Müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi halda zamin Cavabdeh2 bank qarşısında borclu ilə birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 Nurədin oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №410002337 saylı Kredit Müqaviləsinə xx.xx.2014-cü il tarixli №410002337 Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli, №410002337 saylı Kredit Müqaviləsinə əsasən kredit öhdəliyinin qalığı 10 018.94 (on min on səkkiz dollar, doxsan dörd sent) ABŞ dolları hesablanmış və kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC, Cavabdeh1 Nurədin oğlu və Cavabdeh2 arasında bağlanmış №410002337/ZM saylı xx.xx.2014-cü il tarixli Zaminlik Müqaviləsinə xx.xx.2014-cü il tarixli №410002337 Əlavə Sazişdən görünür ki, tərəflər müqaviləyə dəyişikliklər edilməsi barədə razılığa gələrək, Kredit Müqaviləsinə əsasən kredit öhdəliyinin qalığı 10 018.94 (on min on səkkiz dollar, doxsan dörd sent) ABŞ dolları hesablanmış və kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Maliyyə arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 Nurədin oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №410002337 saylı kredit müqaviləsi üzrə sonuncunun 8469.95 ABŞ dolları əsas, 11788.91 ABŞ dolları faiz, 10447.41 ABŞ dolları cərimə, 1250.80 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği borcu olmaqla, cəmi 31957.07 ABŞ dolları kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 252.98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9\4841 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 Nurədin oğlunun xx.xx.2014-cü il tarixli, №410002337 saylı saylı kredit müqaviləsi üzrə müqavilə bitən tarixinə -xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 8469.35 ABŞ dolları əsas, faiz borcu üzrə 7548.43 ABŞ dolları, müqavilə bitən tarixdən sonra illik 5%-lə xx.xx.2022-ci il tarixinədək gecikdirilmiş vaxt üçün hesablanmış faiz 1248.05 ABŞ dolları borc təşkil etdiyi göstərilmişdir. (aparılmış tədqiqatın dəyəri 100 manat) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9\649 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 Nurədin oğlunun xx.xx.2014-cü il tarixli, №410002337 saylı saylı kredit müqaviləsi üzrə müqavilə bitən tarixə xx.xx.2019-cu il müddətinə 8469.35 ABŞ dolları əsas, 7548.43 ABŞ dolları faiz borcu, 707.46 ABŞ dolları cərimə borcu, müqavilə bitən tarixdən sonra xx.xx.2022-ci il tarixinə illik 5%-lə borcu üzrə 1248.05 ABŞ dolları borcu təşkil etdiyi göstərilmişdir. (aparılmış tədqiqatın dəyəri 100 manat) Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 Nurədin oğlu arasında xx.xx.2014-cü il tarixli, №410002337 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 26% olmaq şərti ilə 12700 (on iki min yeddi yüz) USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli, №410002337 saylı Kredit Müqaviləsinə xx.xx.2014-cü il tarixli №410002337 Əlavə Sazişinə əsasən, xx.xx.2014-cü il tarixli, №410002337 saylı Kredit Müqaviləsinə əsasən kredit öhdəliyinin qalığı 10 018.94 (on min on səkkiz dollar, doxsan dörd sent) ABŞ dolları hesablanmış və kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. İş üzrə İddiaçı ASC həmin məbləğdə pulu Cavabdeh1 Nurədin oğluna verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin, cavabdehlər bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşlar. Cаvаbdehlərin bаnkа bоrclu оlduğu kredit bоrcunu ödəmədiyi üçün iddiаçının məhkəmə müdаfiəsindən istifаdə hüququ yаrаnmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində ekspert rəylərini nəzərə alaraq iddia tələbi həmin hissələrdə qismən təmin olunmalıdır. Belə ki, kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas borc 8469.95 ABŞ dolları, faiz borcu 11788.91 ABŞ dolları olmuş, lakin ekspert rəyində əsas borc məbləğ 8469.35 ABŞ dolları, faiz borcu 7548.43 ABŞ dolları müəyyən olunmuşdur. Ekspert rəyi əsasında Cavabdeh1 Nurədin oğlunun banka olan kredit müqaviləsi üzrə əsas və faiz borc məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi əsas və faiz borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış cərimə borcunu nəzərdən keçirib hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, ekspert rəyində cərimə borcu 707, 46 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, kreditə görə hesablanan faizləri nəzərə alır və İddiaçı ASC-nin iddiasının 10447.41 ABŞ dolları dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış cərimə azaldılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, dəbbə pulunun ekspert tərəfindən məbləği müəyyən olunmuş və 707, 46 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. Odur ki, həmin məbləğ azaldılmalı cavabdehdən dəbbə pulu 50 ABŞ dolları pulun tutulması ədalətlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1250.80 ABŞ dolları faiz borc məbləğinə münasibətdə təmin olunmalıdır. Məhkəmə həminin zaminə münasibətdə aşağdakıları qeyd edir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ASC, Cavabdeh1 Nurədin oğlu və Cavabdeh2 arasında bağlanmış №410002337/ZM saylı xx.xx.2014-cü il tarixli Zaminlik Müqaviləsinə xx.xx.2014-cü il tarixli №410002337 Əlavə Sazişdən görünür ki, tərəflər müqaviləyə dəyişikliklər edilməsi barədə razılığa gələrək, Kredit Müqaviləsinə əsasən kredit öhdəliyinin qalığı 10 018.94 (on min on səkkiz dollar, doxsan dörd sent) ABŞ dolları hesablanmış və kreditin müddəti xx.xx.2019cu il tarixinədək uzadılmışdır. Buradan müəyyən olunur ki, Cavabdeh2 tələbetmə müddəti keçmişdir.Odur ki, ona münasibətdə iddia təmin oluna bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Nurədin oğlundan 8469.35 ABŞ dolları əsas borc, 7548.43 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1250.80 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17318.58 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq iddiaçı X3 İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən ödənilmiş 252.98 manat məbləğində rüsumu Cavabdeh1 Nurədin oğlundan İddiaçı ASC nin xeyrinə tutulmalıdır. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri cəmi 200 manat Cavabdeh1 Nurədin oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Nurədin oğlundan 8469.35 ABŞ dolları əsas borc, 7548.43 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1250.80 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17318.58 ABŞ dolları tutularaq qətnamə icra olunan vaxt Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq iddiaçı X3 İddiaçı ASC -nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 252.98 manat məbləğində rüsumu Cavabdeh1 Nurədin oğlundan alınaraq X3 İddiaçı ASC -nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri cəmi 200 manat Cavabdeh1 Nurədin oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar