Məhkəmə qərarları › İş №e-2(021)-1559/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1559/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1559/2022 30.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2021-ci il tarixli 327597-CNS-24605 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 4.820,14 (dörd min səkkiz yüz iyirmi manat on dörd qəpik) manat məbləğində əsas borc, 386,32 (üç yüz səksən altı manat otuz iki qəpik) manat məbləğində faiz borcu, 19,50 (on doqquz manat əlli qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə 5.225,96 (beş min iki yüz iyirmi beş manat doxsan altı qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 72,26 (yetmiş iki manat iyirmi altı qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 26 iyul 2021-ci il tarixli 327597-CNS24605 saylı “Nağd pul krediti müqaviləsi”nin 3.8-ci bəndinə əsasən Cavabdeh istehlak məqsədi ilə illik 21 (iyirmi bir) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 5.000 (beş min) manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2021-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 4.820,14 (dörd min səkkiz yüz iyirmi, 14) manat məbləğində əsas borc, 386,32 (üç yüz səksən altı, 32) manat məbləğində faiz borcu, 19,50 (on doqquz, 50) manat məbləğində cərimə borcu, ümumilikdə isə 5.225,96 (beş min iki yüz iyirmi beş, 96) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək iş yükünün çox olması ilə əlaqədar olaraq, Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı üzrlü səbəbdən mümkün olmadığından, mülki iş üzrə iddiaçı tərəfində olan bütün sübutlar məhkəməyə təqdim edildiyindən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 26 iyul 2021-ci il tarixli 327597-CNS-24605 nömrəli “Nəğd pul krediti” müqaviləsindən müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh təmir məqsədləri üçün 36 ay müddətinə, illik 21% ödəmək şərti ilə 5000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 05 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 327597-CNS-24605 saylı, xx.xx.2021-ci il tarixli “Nəğd pul krediti” müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 4820,14 manat əsas, 386,32 manat faiz və 19,50 manat cərimə borcu, cəmi 5225,96 manat borcu vardır. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli pretenziya surətindən müəyyən olunur ki, Cavabdeh borcun ödənilməsini 3 iş günü ərzində təmin etməsi, əgər göstərilən müddət ərzində bankın pul tələbləri ödənilməzsə bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə pul tələblərinin ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 72,26 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, cavabdeh 26 iyul 2021-ci il tarixli 327597-CNS-24605 nömrəli “Nəğd pul krediti” müqaviləsinə əsasən kredit borcunu vaxtında icra etmədiyindən, hazırda cavabdehin banka 4820,14 manat əsas kredit borcu, 386,32 manat faiz borcu, 19,50 manat cərimə borcu olmaqla ümumilikdə 5225,96 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, cavabdeh borcu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 5000 manat məbləğində kredit alması və həmin kredit üzrə 4820,14 manat əsas kredit borcu, 386,32 manat faiz borcu, 19,50 manat cərimə borcu olmaqla ümumilikdə 5225,96 manat məbləğində borcu yaranması sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 26 iyul 2021-ci il tarixli 327597-CNS-24605 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4820,14 manat əsas kredit borcu, 386,32 manat faiz borcu, 19,50 manat cərimə borcu olmaqla ümumilikdə 5225,96 manat məbləğində borcunu tam olaraq ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 5000 manat məbləğində kredit alması və həmin kredit üzrə 4820,14 manat əsas kredit borcu, 386,32 manat faiz borcu, 19,50 manat cərimə borcu olmaqla ümumilikdə 5225,96 manat məbləğində borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 72,26 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4820,14 (dörd min səkkiz yüz iyirmi manat on dörd qəpik) manat əsas kredit borcu, 386,32 (üç yüz səksən altı manat otuz iki qəpik) manat faiz borcu, 19,50 (on doqquz manat əlli qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 5225,96 (beş min iki yüz iyirmi beş manat doxsan altı qəpik) manat məbləğində kredit borcu və 72,26 (yetmiş iki manat iyirmi altı qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar