Məhkəmə qərarları › İş №e-2(021)-164/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-164/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-164/2024 05.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi Məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 12003.53 (on iki min üç manat 53 qəpik) manat - bundan 5754.64 (beş min yeddi yüz əlli dörd manat 64 qəpik) manat əsas, 2588.34 (iki min beş yüz səksən səkkiz manat 34 qəpik) manat faiz, 2805.35 (iki min səkkiz yüz beş manat 35 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 855.20 (səkkiz yüz əlli beş manat 20 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 126.01 (bir yüz iyirmi altı manat 01 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin, həmçinin iddiaçı tərəfindən ödənilmiş 126,01 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 170.1-ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 18 oktyabr 2023-cü il tarixli 9/7430 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. MPM-nin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi iddiaçının nümayəndəsinin ərizəsinə əsasən hazırlıq iclasından qaytarıldığından iddiaçı tərəfindən 22 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 126,01 (bir yüz iyirmi altı manat 01 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçının Bank: AR Mərkəzi Bankı, Kod: 501004, VÖEN: **********, Müxbir hesab: AZ74NABZ********************, SWİFT BİK: NABZAZ 2C, Alan müştəri: LPO İddiaçı ASC, ünvan: Qarabağ küçəsi 31, VÖEN: **********, Hesablaşma hesabı: AZ78NABZ******************** hesabına qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarılsın. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 22 iyun 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 126,01 (bir yüz iyirmi altı manat 01 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçının Bank: AR Mərkəzi Bankı, Kod: 501004, VÖEN: **********, Müxbir hesab: AZ74NABZ********************, SWİFT BİK: NABZAZ 2C, Alan müştəri: LPO İddiaçı ASC, ünvan: Qarabağ küçəsi 31, VÖEN: **********, Hesablaşma hesabı: AZ78NABZ******************** hesabına qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar