Məhkəmə qərarları › İş №e-2(021)-1651/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1651/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1651/2025 22.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiаçı "xxxx" BOKT Məhdud Məsuliyətli Cəmiyyətinin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiаçı "xxxx" BOKT Məhdud Məsuliyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 qızna, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” borc tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC iləCavabdeh1 arasında bağlanmış 23 may 2023-cü il tarixli 225/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 18537.23 ( on səkkiz min beş yüz otuz yeddi manat, iyirmi üç qəpik ) manat olmaqla kredit borcu, həmçinin, ödənilmiş 145.61 ( bir yüz qırx beş manat altmış bir qəpik ) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 18682.84 ( on səkkiz min altı yüz səksən iki manat, səksən dörd qəpik ) manat məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq “X6 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 23 may 2023-cü il tarixli 225/SM-23 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 90.000 (doxsan min manat) manat məbləğində kredit verilmişdir. Bundan başqa Cavabdeh1 qeyd olunan kredit müqaviləsinə əsasən ona verilmiş kredit məbləğinin təminatı qismində ümumi dəyəri 45942.40 ( qırx beş min doqquz yüz qırx iki min, qırx qəpik ) manat olan qızıl-zinət əşyalarını "xxxx" MMC ilə 23 may 2023-cü il tarixli N 225/SM-23 saylı girov müqaviləsinə əsasən "xxxx" MMCyə girov qoymuşdur. Cavabdeh1 kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" MMC-yə 23 may 2023-cü il tarixli 225/SM-23 saylı kredit müqaviləsinə əsasən 88513.43 (səksən səkkiz min beş yüz on üç manat, qırx üç qəpik ) manat borcu yaranmışdır. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 23 may 2023-cü il tarixli N 225/SM-23 saylı girov müqaviləsinin şərtlərinə uyğun olaraq girov predmeti satılmış, satışdan əldə edilmiş 68.000 (altmış səkkiz min manat ) manat məbləğində pul vəsaiti Cavabdeh1 "xxxx" MMC-yə olan borcunun ödənilməsinə yönəldilmişdir. Hal-hazırda Cavabdeh1 "xxxx" MMC-yə 23 may 2023-cü il tarixli 225/SM-23 saylı kredit müqaviləsinə əsas borc 18537.23 (on səkkiz min beş yüz otuz yeddi manat, iyirimi üç qəpik) manat, kredit borcu yaranmışdır. Bundan başqa Cavabdeh1 ərizə ilə “X6 Olmayan Kredit Təşkilatı” MMCnin rəhbərliyinə müraciət edərək onunla “X6 Olmayan Kredit Təşkilatı” MMC arasında bağlanmış 23 may 2023-cü il tarixli, 225/SM-23 saylı kredit müqaviləsinə dəyişiklik edilməsini və müqaviləyə əsasən qeyd olunan faizlərin endirilməsini xahiş etmişdir. “X6 Olmayan Kredit Təşkilatı” MMC-nin rəhbərliyi tərəfindən Cavabdeh1 xahişi nəzərə alınaraq, onunla bağlanmış 23 may 2023-cü il tarixli, 225/SM-23 saylı kredit müqaviləsinə 1 N-li əlavə olunaraq qeyd olunan 23 may 2023-cü il tarixli, 225/SM-23 saylı kredit müqaviləsinin 5.1-ci bəndində dəyişiklik olunaraq kredit müqaviləsinin illik faiz dərəcəsi 20 % olaraq, endirilmişdir. Cavabdeh1 yuxarıda qeyd edilən 23 may 2023-cü il tarixli 225/SM-23 saylı kredit müqaviləsinə əsasən təyin olunmuş 90.000 (doxsan min manat) manat məbləğində krediti əldə edərkən, Cavabdeh2 və Cavabdeh3 öz zaminləri kimi təqdim etmişdir. Cavabdeh2 öz növbəsində ona təqdim olunmuş 23 may 2023-cü il tarixli 225/ZM-2 saylı zaminlik müqaviləsi ilə və Cavabdeh3 isə öz növbəsində ona təqdim olunmuş 23 may 2023-cü il tarixli 225/ZM-1 saylı zaminlik müqaviləsi ilə şəxsən tanış olmuşlar və zaminlik müqaviləsində qeyd olunmuş qanunvericiliyə uyğun olan bütün şərtlərlə razılaşaraq, qeyd olunan zaminlik müqavilələrini imzalamışlar. Həmin zaminlik müqasinin 1.2. bəndinə əsasən, “Borclu” zaminliklə təmin edilmiş öhdəlikləri icra etmədikdə, “Zamin” və “Borclu” “Kreditor” qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqasinin 1.3. bəndinə əsasən, “Borclu”nun “Kreditor” qarşısında götürmüş olduğu öhdəlikləri icra etməməsi və ya icra etməməsi nəticəsində “Kreditor”a dəyən bütün zərərin ( kredit müqaviləsinə əsasən hesablanmış faizlər, dəbbə pulları, məhkəmə xərcləri və s. ) əvəzinin ödənilməsi də daxil olmaqla,“Zamin” “Kreditor” qarşısında “Borclu” ilə eyniməsuliyyət daşıyır. Cavabdeh1 Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, "xxxx" MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" MMC ilə Cavabdeh1arasında bağlanmış 23 may 2023-cü il tarixli 225/SM23 saylı müqavilə üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 30 faizlə, (xx.xx.2024-cü il tarixindən kredit müqaviləsinə 01 N-liəlavəyə əsasən 20%) faizlə hesablanır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən Borc alan tərəfindən kredit üzrə Borc verenə çatmalı olan faizlər bu müqavilədə müəyyən olunmuş müddətdən sonra 10 gün ərzində ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərərk, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, onun razılığı olmadan bank onun qızılzinyət əşyalarını satmışdır. O, əsas borcu ödəmişdir, lakin faizlər üst-üstə yığılıb çoxalmışdır. Həmçinin cavabdeh sədrlik edənin sulaına cavab olaraq iddia tələbində göstərilən məbləğə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, Xuraman ona demişdir ki, “sənə kredit vəcəklər”. O, bankda bağladığı müqavilənin kredit müqaviləsi bilib imzalamış və kredit götürəcəyini düşünmüşdür. Müqaviləni imzaladıqdan sonra bilmişdir ki, o əslində Xuramana zamin durmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və Cavabdeh3 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli №225/SM-23 saylı Kredit Müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 30% dərəcəsi ilə 90000 (doxsan min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli №225/SM-23 saylı Girov Müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixli №225/SM-23 saylı Kredit Müqaviləsinn təminatı olaraq Cavabdeh1 özünə məxsus 45942.4 manat dəyərində qızıl-zinyət əşyaları bank qarşısında girov qoymuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" BOKT MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli №225/ZM-1 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, zamin Cavabdeh3 Kredit Verən "xxxx" BOKT MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli №225/SM-23 saylı saylı Kredit Müqaviləsi üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" BOKT MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli №225/ZM-2 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Kredit Verən "xxxx" BOKT MMC ilə borclu Cavabdeh1 oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli №225/SM-23saylı saylı Kredit Müqaviləsi üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş №225/SM-23 saylı Kredit Müqaviləsinə xx.xx.2024-cü il tarixli Əlavədən görünür ki, Cavabdeh1 ilə bağlanmış 23 may 2023-cü il tarixli, 225/SM-23 saylı kredit müqaviləsinə 1 N-li əlavə olunaraq qeyd olunan 23 may 2023-cü il tarixli, 225/SM-23 saylı kredit müqaviləsinin 5.1-ci bəndində dəyişiklik olunaraq kredit müqaviləsinin illik faiz dərəcəsi 20 % olaraq endirilmişdir İş materiallarına əlavə edilmiş Maliyyə arayışdan görünür ki, Cavabdeh1 oğlunun xx.xx.2023-cü il tarixli №225/SM-23 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 18537,23 manat əsas borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Pretenziyadan görünür ki, iddiaçı "xxxx" BOKT MMC tərəfindən cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 146 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli №225/SM-23 saylı Kredit Müqaviləsinə əsasən "xxxx" BOKT MMC tərəfindən Cavabdeh1 oğluna 36 ay müddətinə illik 30% dərəcəsi ilə 90000 (doxsan min) manat məbləğində kredit verilmişdir. "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli №225/SM- 23 saylı Girov Müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli №225/SM-23 saylı Kredit Müqaviləsinin təminatı olaraq Cavabdeh1 özünə məxsus 45942.4 manat dəyərində qızılzinyət əşyaları bank qarşısında girov qoymuşdur. xx.xx.2023-cü il tarixli №225/ZM-1 nömrəli və xx.xx.2023-cü il tarixli №225/ZM-1 nömrəli Zaminlik Müqavilələri ilə zaminlər Cavabdeh3 və Cavabdeh2 Kredit Verən "xxxx" BOKT MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli №225/SM-23 saylı saylı Kredit Müqaviləsi üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə iddiaçı "xxxx" BOKT MMC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh1 bu müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göründüyü kimi, borclu Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və "xxxx" BOKT MMC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Mülki Məcəllənin 741.2-ci maddəsinə əsasən borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclular icranı gecikdirməklə üzərlərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyırlar. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onlar, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 18537,23 manat əsas borc cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 oğlundan müştərək qaydada alınaraq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 146 manat cavabdehlərdən alınaraq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc 18537,23 (on səkkiz min beş yüz otuz yeddi manat iyyirmi üç qəpik) manat tutulаrаq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 146 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulаrаq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar