Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-1673/2022 21.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev İddiaçı Bakı şəhəri, Xəqani küçəsi 21-də yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müqavilənin ləğvi və borc tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış Rest № 028CASA192590010 saylı 16 sentyabr 2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5532.34 AZN əsas kredit borcu və 37.50 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 5569.84 AZN və 75.70 AZN ödənilmiş dövlət rüsumunun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti qeyd olunan maddələrin tələblərinə əməl etməmiş, iddia ərizəsini imzalayan şəxs Nümayəndə qeyd edilsə də nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müqavilənin ləğvi və borc tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müqavilənin ləğvi və borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(021)-1673/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-1673/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver