Məhkəmə qərarları › İş №e-2(021)-1678/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1678/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1678/2025 14.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Aypara Adil qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada AccessBank QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 025A**********0 saylı kredit razılaşması üzrə 14614.79 manat məbləğində kredit borcu, 1550.97 manat məbləğində faiz borcu və 302.67 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16468.43 manat, xx.xx.2023-cü il tarixli 025A**********8 saylı kredit razılaşması üzrə 1447.57 manat məbləğində kredit borcu, 218.84 manat məbləğində faiz borcu, 34.55 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1700.96 manat olmaqla, ümumilikdə cəmi 18169 (on səkkiz min yüz altmış doqquz) manat 39 (otuz doqquz) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 144.51 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 AccessBank QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 025A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” , tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.5% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17500 (on yeddi min beş yüz) manat məbləğində kredit götümüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Onun götürdüyü kredit borcundan 2885.21 manat ödəniş etmiş və onun iddiaçıya 14614.79 manat məbləğində borcu qalmışdır. Kredit borcunu və faiz borcunu kreditora qaytarmağı üçün xx.xx.2024-cü il tarixə 233 gün üçün hesablanmış faiz borcu 1550.97 manat təşkil etmişdir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 233 gün üçün kredit müqaviəsi üzrə hesablanmış cərimə 302.67 manat təşkil etmişdir. Bundan başqa Cavabdeh1 AccessBank QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 025A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş müqaviləni imzası ilə təsdiq etmişdir. Müqaviləyə əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.9167% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Götürdüyü kredit borcundan 1052.43 manat ödəniş etmiş və onun iddiaçıya 1447.57 manat məbləğində kredit borcu qalmışdır. Ona görə də məhkəmədən cavabdehlər Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydada AccessBank QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 025A**********0 saylı kredit razılaşması üzrə 14614.79 manat məbləğində kredit borcu, 1550.97 manat məbləğində faiz borcu və 302.67 manat məbləğində cərimə borcu, cəmi 16468.43 manat, xx.xx.2023cü il tarixli 025A**********8 saylı kredit razılaşması üzrə 1447.57 manat məbləğində kredit borcu, 218.84 manat məbləğində faiz borcu, 34.55 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1700.96 manat olmaqla, ümumilikdə cəmi 18169 (on səkkiz min yüz altmış doqquz) manat 39 (otuz doqquz) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 144.51 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək qeyd etdi ki, səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunmuşdur. Ona görə də, ödənişləri edə bilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsini rəhbər tutaraq digər Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarına əlavə olunmuş DİN–nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh1 xx.xx.1979-cu il tarixdə Bərdə rayonu Şirvanlı kəndində anadan olmuşdur. Bərdə rayonu Şirvanlı kəndində qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən 144.51 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə hər ay 132 AZN məbləğində kredit borcu ödəməlidir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Bərdə rayonu Şiranlı kəndində yaşayır. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1983-cü il tarixdə Ağdam rayonu Mollalar kəndində anadan olmuşdur. Ağdam rayonu Mollalar kəndində yaşayır. 025G**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə müqavilə imzalanaraq, o, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürərək, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıdığını imzası ilə təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydada AccessBank QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 025A**********0 saylı kredit razılaşması üzrə 14614.79 manat məbləğində kredit borcu, 1550.97 manat məbləğində faiz borcu və 302.67 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16468.43 manat, xx.xx.2023-cü il tarixli 025A**********8 saylı kredit razılaşması üzrə 1447.57 manat məbləğində kredit borcu, 218.84 manat məbləğində faiz borcu, 34.55 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1700.96 manat olmaqla, ümumilikdə cəmi 18169 (on səkkiz min yüz altmış doqquz) manat 39 (otuz doqquz) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 144.51 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isəaldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hərhansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlərilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hərbir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1. maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1. maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.2. maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471. maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1. maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2. maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.3. birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı QSC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə digər cavabdeh məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən bank qarşısında cavabdehlik daşıyır, lakin cavabdeh ödəniş etmədikdə onun öhdəliklərinin icrasını zamin daşıyır, bankın isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsidə daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada AccessBank QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 025A**********0 saylı kredit razılaşması üzrə 14614.79 manat məbləğində kredit borcu, 1550.97 manat məbləğində faiz borcu və 302.67 manat məbləğində cərimə borcu, cəmi 16468.43 manat, xx.xx.2023cü il tarixli 025A**********8 saylı kredit razılaşması üzrə 1447.57 manat məbləğində kredit borcu, 218.84 manat məbləğində faiz borcu, 34.55 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1700.96 manat olmaqla, ümumilikdə cəmi 18169 (on səkkiz min yüz altmış doqquz) manat 39 ( otuz doqquz) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 144.51 manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: 1.İddia təmin edilsin. 2.Cavabdehlər Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli 025A**********0 saylı kredit razılaşması üzrə 14614.79 manat məbləğində kredit borcu, 1550.97 manat məbləğində faiz borcu və 302.67 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16468.43 manat, xx.xx.2023-cü il tarixli 025A**********8 saylı kredit razılaşması üzrə 1447.57 manat məbləğində kredit borcu, 218.84 manat məbləğində faiz borcu, 34.55 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1700.96 manat olmaqla, ümumilikdə cəmi 18169 (on səkkiz min yüz altmış doqquz) manat 39 (otuz doqquz) qəpik məbləğində pul və ödənilmiş 144.51 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. 3.Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar