Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1684/2022 16.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 avtomobilə dəymiş ziyana görə 2100 (iki min yüz) manat maddi ziyanın, 42 manat dövlət rüsumunun, hüquqi yadım üçün ödənilmiş 100 manat xidmət haqqının alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “AZEVROCAR" MMC ilə onun arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli MAS-324 saylı "X4" əsasında lizinqə verilmiş "RAVON NEXİA R3 MİNİK" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD249093 seriyalı, 2018-ci il buraxılışlı, Ban: XWBTF69V9JA016286, ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh2 istifadəsinə verilmişdir. Digər Cavabdeh1 həmin sürücünü onunla tanış etmiş və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh2 hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, cavabdeh 02 iyun 2021-ci il tarixdə avtomobili geri qaytarmaq istədiyini deyərək ona təqdim etmişdir. O, həmin vaxt avtomobildə nasazlıqlar olduğunu aşkarlamışdır. Daha sonra avtomobili təmir olunması üçün "RS Avtoservis"-ə aparmışdır. Orada avtomobilə baxış keçirilərkən avtomobilin təkərlərinin, kondisionerin kompressoru, kondisionerin radiatoru, kondisionerin trupkaları, dinamo, sağ qranat, katalizator və digər bir neçə detallarının yararsız vəziyyətdə olduğu və avtomobildə çilingər, elektrik, razval, balans işlərinin görülməli olduğu müəyyən edildi. "RS Avtoservis" tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 2100 (iki min yüz) manat tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh2 hərəkətləri nəticəsində avtomaşına 2100 (iki min yüz) manat zərər dəymişdir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Digər Cavabdeh1 şifahi öhdəliklərindən imtina edərək bu məbləği ödəməkdən imtina edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə verərək, Cavabdeh2 cavabdeh qismindən çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə elektron qaydada izahat göndərərək, qeyd etmişdir ki, “Cavabdeh2 2100 (iki min yüz) manat maddi ziyan və 42 (qırx iki) manat məbləğində cərimənin əvəzi, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı, ümumilikdə 2242 (iki min iki yüz qırx iki) manat pul vəsaitinin mənim xeyrimə tutulması barədə qətnamə qəbul edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh2 17 may 2022-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edərkən avtomobilə vurmuş olduğu ziyanın 13 fevral 2021-ci il tarixdə mənimlə icarə müqaviləsi bağlayarkən vermiş olduğu 1000 (bir min) manat depozit məbləğindən çıxılmasını tələb etmişdir. Bununla bağlı bildirmişdir ki, mənimlə Cavabdeh2 arasında bağlanmış 13 fevral 2021ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinə əsasən Cavabdeh2 icarə müqaviləsi bağlandığı zaman mənə 1000 (bir min) manat depozit məbləği ödəmişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini 3 (üç) aydan tez qaytararsa depozit məbləği geri qaytarılmır, 3 aydan sonra qaytararsa isə depozit məbləğinin 50 faizi geri qaytarılır. Nəqliyyat vasitəsini icarəyə götürən şəxsin nəqliyyat vasitəsini icarəyə verən şəxsə borcu olduğu halda həmin borc depozit məbləğindən tutulur. Cavabdehin depozit məbləğində qalan 50 faiz, yəni 500 (beş yüz) manatdan isə icarə haqqına görə cavabdeh tərəfindən ödənilməyən borclar və inzibati pozuntulara görə cavabdehə yazılmış, lakin sonuncunun ödəməkdən imtina etdiyi üçün onun yerinə mənim tərəfimdən ödənilmiş cərimə ödənişləri çıxılmışdır. (500 manatın 225 manatı cərimə ödənişlərinə, yerdə qalan məbləğ isə icarə haqqına görə yığılan borclara çıxılmışdır) Ona görə də cavabdehin depozitində 1 manat da olsa məbləğ qalmamışdır və dəymiş ziyanın bir qisminin depozit hesabından çıxılması mümkün olmamışdır. İnzibati pozuntulara görə cavabdehə yazılmış, lakin sonuncunun yerinə mənim tərəfimdən ödənilmiş ümumilikdə 225 (iki yüz iyirmi beş) manat məbləğində cərimə ödənişlərinin qəbzləri 24 may 2022-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuşdur. Göstərilənlərə əsasən Cavabdeh2 13 fevral 2021-ci il tarixdə mənimlə icarə müqaviləsi bağlayarkən depozitə qoymuş olduğu 1000 (min) manat məbləğin ona qaytarılmalı olan 50 faizdən, yəni 500 manatdan icarə haqqına görə cavabdeh tərəfindən ödənilməyən borclar və inzibati pozuntulara görə cavabdehə yazılmış, lakin sonuncunun yerinə onun tərəfindən ödənilmiş cərimə ödənişlərinin çıxılması və Cavabdeh2 depozitində 1 manat da olsa məbləğin qalmaması nəzərə almağı xahiş etmişdir”. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş AD № 249093 saylı Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "RAVON NEXİA R3 MİNİK" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı (2018-ci il buraxılışlı, Ban: XWBTF69V9JA016286, ağ rəngli) nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. Mülki işə əlavə edilmiş AZƏRMAŞ MMC, X2 və İddiaçı arasında bağlanmış № MAS- 324 nömrəli xx.xx.2018-ci il tarixli X1 görünür ki, AZƏRMAŞ MMC-nin "xxxx" arasında bağlanmış xx.xx.2018 il tarixli, MAS-324 saylı X4 (bundan sonra Lizinq Müqaviləsi adlandırılacaq) üzrə "Öhdəlikləri Ötürən” AZƏRMAŞ MMC qarşısında götürdüyü bütün öhdəlikləri "Öhdəlikləri Qəbul Edǝn"-ə ötürür, "X6" isə bu öhdəlikləri "xxxx"-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir ve bu öhdəlikləri Lizinq Müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada AZƏRMAŞ MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. Mülki işə əlavə edilmiş İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 57 saylı İcarə Müqaviləsindən görünür ki, "RAVON NEXİA R3 MİNİK" markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh2 istifadəsinə verilmişdir Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli №POA********** nömrəli Etibarnamənin surətindən görünür ki, "AZƏRMAŞ MMC" tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh2 (Bərdə ş.,M.F.Axundov k.,ev. 14 qeydiyyatda olan, sürücülük vəsiqəsi AC 902120 saylı, xx.xx.2015 il tarixində DİN BDYPİ QİS/ Bərdə ASAN x.m. tərəfindən verilib) ondan ötrü ki, "AZƏRMAŞ MMC" ilə İddiaçı arasında bağlanmış xx.xx.2018 il tarixli MAS- 324 saylı "X4" əsasında lizinqə verilmiş 1 (bir) adad RAVON NEXİA R3 markalı, 90PR837 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD 249093 seriyalı, 2018 il buraxılışlı, ban 016286, mühərrik 0233, AĞ rəngli) avtomobilin yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarix daxil olmaqla etibarlıdır. Mülki işə əlavə edilmiş RS Avtoservis tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair Aktdan görünür ki, "RAVON NEXİA R3 MİNİK" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələri 1885 manat, təmir bərpa işləri 215 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9\5562 saylı xx.xx.2022-ci il tarixli Ekspert Rəyindən görünür ki, təqdim edilmiş qüsur aktındakı məlumatlara əsasən 2018-ci il burxılışlı mühərrik həcmi 1485 sm3 "RAVON NEXİA R3 MİNİK" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin dəyişməli hissəsinin qiyməti təzə hissənin qiymətinə müvafiq hesablanmaqla 2090 manat . O cümlədən dəyişməli hissənin qiyməti -1565 manat, təmir bərpa işlərini qiyməti 525 manat. dəyişməli hissəsinin qiymətinə aşınma tətbiq edilməklə 1910 manat. O cümlədən təmir bərpa xərci dəyişilməli hissələrin qiyməti -1385 manat, təmir-bərpa işlərinin qiyməti 525 manat müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 60 manat) Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım üçün 100 manat ödənilmişdir. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 42 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı AZEVROCAR" MMC ilə onun arasında bağlanmış 02 noyabr 2018-ci il tarixli MAS-324 saylı "X4" əsasında lizinqə verilmiş "RAVON NEXİA R3 MİNİK" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD249093 seriyalı, 2018-ci il buraxılışlı, Ban: XWBTF69V9JA016286, ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh2 istifadəsinə verilmişdir. Cavabdeh2 hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, cavabdeh avtomobili geri qaytardıqda nasazlıqlar olduğu aşkarlamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə iddiaçının əmlakına ziyan dəyməsini işin mübahisəsiz halı kimi qəbul edir. Lakin iddia tələbində avtomobilə dəymiş ziyan 2100 manat göstərilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 həmin əmlaka dəymiş ziyanın dəyişməli hissəsinin qiyməti təzə hissənin qiymətinə müvafiq hesablanmaqla 2090 manat . O cümlədən dəyişməli hissənin qiyməti -1565 manat, təmir bərpa işlərini qiyməti 525 manat, dəyişməli hissəsinin qiymətinə aşınma tətbiq edilməklə 1910 manat, o cümlədən təmir bərpa xərci dəyişilməli hissələrin qiyməti -1385 manat, təmir-bərpa işlərinin qiyməti 525 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə iş üzrə ekspert rəyini dəyişməli hissəsinin qiymətinə aşınma tətbiq edilməklə əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə həmçinin Cavabdeh2 17 may 2022-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edərkən avtomobilə vurmuş olduğu ziyanın 13 fevral 2021-ci il tarixdə onunla icarə müqaviləsi bağlayarkən vermiş olduğu 1000 (bir min) manat depozit məbləğindən çıxılmasını tələb etməsinə münasibətdə aşağdakıları qeyd edir. Belə ki, iddiaçı özü etiraf etmişdir ki, 500 manat pul depozitdən çıxarılmışdır. Əsas isə icarə haqqı və cərimə ödənişlərinə görə olmuşdur. İcarə müqaviləsinin 5-ci bəndinə əsasən 3 aydan sonra 50 faiz geri qaytarılır. Həmin müqavilənin 4-cü bəndinə əsasən isə nasaz hala salınmış hissələrin dəyəri depozit məbləğindən verilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, müqavilənin şərtində cərimə və icarə haqqına görə depozitin qoyulmadığı müəyyən edilir. Həmin depozitin məqsədi nasazlıqlı əlaqədardır. İddiaçı tərəfindən götürülmüş 500 manat cavabdehin olan dəyişməli hissənin qiymətinə tətbiq edilməklə 1910 manat borcundan silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, 60 manat ekspertiza xərci cavbdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1410 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdeh2 iş üzrə ödənilmiş 42 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 100 manat alınaraq İddiaçı verilsin. Ekspertiz tədqiqatının dəyəri 60 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-1684/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1684/2022
16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver