Məhkəmə qərarları › İş №e-2(021)-170/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-170/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-170/2023 29.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X2 оğlunun iclas kаtibliyi Cavabdeh Zamin iştirakı ilə, İddiаçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və Zamin qarşı borc tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: «Expressbank” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 4555.59 manat əsas, 3465.59 manat faiz borcu olmaqla, cəmi 8021.18 manat məbləğində borcun və ödənilmiş 100.22 manat dövlət rüsumunun tutularaq «Expressbank” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «Expressbank” ASC iddia tələbini belə əsaslandırmışdır ki, «Expressbank” ASC ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2019-cu il tarixli 900804-285143/2 saylı kredit müqaviləsinə əsasən «Expressbank” ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 27% dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Həmçinin cavabdeh Zamin arasında 15 avqust 2019-cu il tarixli, 900804-285143/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 01 iyun 2022-ci il tarixə 4555.59 manat əsas, 3465.59 manat faiz borcu olmaqla, cəmi 8021.18 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 4555.59 manat əsas, 6131.22 manat faiz borcu olmaqla, cəmi 10686.81 manat məbləğində borcun və ödənilmiş 123.26 manat dövlət rüsumunun tutularaq «Expressbank” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 4555.59 manat əsas, 8108 manat faiz borcu olmaqla, cəmi 12663.59 manat məbləğində borcun və ödənilmiş 129.6 manat dövlət rüsumunun tutularaq «Expressbank” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Expressbank” ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Zamin bildirdi ki, borc artıq hesablanmışdır. Borcun azaldılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş Seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1993-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlаvə edilmiş Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zamin xx xxxxxx 1965-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş 15 avqust 2019-cu il tarixli 900804-285143/2 saylı Kredit Müqaviləsindən görünür ki, «ExpressBank” ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 27% dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə olunmuş 15 avqust 2019-ci il tarixli 900804-285143/2 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 15 avqust 2019-cu il tarixli 900804-285143/2 saylı Kredit Müqaviləsi üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Zamin ilə zaminlik müqaviləsi imzalanmışdır. Mülki işə əlаvə edilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə borcun ödənilməsi üçün iddiaçı tərəfindən xəbərdarlıq olunmuşdur. Mülki işə əlаvə edilmiş 25 may 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 15 avqust 2019-ci il tarixli 900804-285143/2 kredit müqaviləsi üzrə 25 may 2022-ci il tarixə İddiaçı ASC-yə 4555.59 manat əsas, 3465.59 manat faiz borcu olmaqla cəmi 8021.18 manat borcu vardır. Mülki işə əlаvə edilmiş 09 dekabr 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 15 avqust 2019-ci il tarixli 900804-285143/2 kredit müqaviləsi üzrə 09 dekabr 22022-ci il tarixə Banka 4555.59 manat əsas borc, 6131.22 manat faiz borcu olmaqla, cəmi 10686 manat borcu vardır. Mülki işə əlavə olunmuş 03 aprel 2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 15 avqust 2019-ci il tarixli 900804-285143/2 kredit müqaviləsi üzrə 03 aprel 2023-cü il tarixə Banka 4555.59 manat əsas borc və 8108 manat faiz borc olmaqla, cəmi 12663.59 manat borcu vardır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 fevral 2023-cü il tarixli 9/647 saylı ekspert rayindən görünür ki, 15 avqust 2019-ci il tarixli 900804-285143/2 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh 02 iyun 2022-ci il tarixinə olan borcu əsas borc üzrə 4556.26 manat, faiz borcu üzrə 1591.59 manat olaraq müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 100 AZN) Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli 9/4563 saylı Ekspert rəyindən görünür ki, Cavabdeh 15 avqust 2019-ci il tarixli 900804-285143/2 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh 09 dekabr 2022-ci il tarixə olan borcu əsas borc 4556.24 manat, 591,59 manat faiz borcu müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 100 AZN) Mülki işə əlavə olunmuş 01 iyun 2022-ci il, 05 aprel 2023-cü il tarixli xx.xx.2023cü il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün cəmi 39.35 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 15 avqust 2019-ci il tarixli 900804- 285143/2 saylı Kredit Müqaviləsinə əsasən «Expressbank” ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 27% dərəcəsi ilə 6000 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdeh Zamin ilə zaminlik müqaviləsi imzalanmışdır. İş üzrə iddiaçı «Expressbank” ASC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh bu müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göründüyü kimi, borclu Cavabdeh bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və «Expressbank” ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısmda həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımmca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısmda birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Göründüyü kimi, Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, həmçinin Zamin kredit müqaviləsi üzrə X1 iddiaçı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, Ekspert rəyi əsasında Cavabdeh banka olan əsas borc məbləğinin tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılmadığından iddia tələbinin əsas borc məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Məhkmə faiz borcuna münasibətdə qeyd edir ki, Kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi faiz borc 8108 manat olmuş, lakin ekspert rəyində faiz borc məbləğ 591.59 manat müəyyən olunmuşdur. Ekspert rəyi əsasında Cavabdeh banka olan kredit müqaviləsi üzrə faiz borc məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi faiz borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 4555.59 manat əsas, 591,59 manat faiz borcu olmaqla, cəmi 5147,18 manat məbləğində borc İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iş üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 127.99 manat olmalıdır ki, iddiaçı tərəfində ümumilikdə 39.35 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 39.35 manat cavabdehlərdən «Expressbank” ASC-nin xeyrinə tutulmalıdır. Rüsumun kəsiri olan 88.64 manat isə cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 200 manat cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh və Zamin müştərək qaydada 4555.59 manat əsas, 591,59 manat faiz borcu olmaqla, cəmi 5147,18 (beş min yüz qırx yeddi manat on səkkiz qəpik) manat tutulаrаq iddiaçı «Expressbank” ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 200 manat cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. İş üzrə ödənilmiş 39.35 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq iddiaçı «Expressbank” ASC-nin xeyrinə ödənilsin. Dövlət rüsumunun kəsiri olan 88.64 manat isə cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar