Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-1795/2025 19.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlu, İddiaçı X1-bank Kredit Təşkilatının Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddia tələbi: İddiaçı X1-bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1525 manat, faiz borcuna görə 291.35 manat, cərimə borcuna görə 135.84 manat, cəmi 1952.19 manat məbləğində borcun və 39.53 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı qeyd olunan maddənin tələblərinə əməl etməyərək, iddia ərizəsini cavabdehin rəsmi qeydə alındığı yer üzrə verməmişdir. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı X1-bank Kredit Təşkilatının Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə İddiaçı X1-bank Kredit Təşkilatının Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi geri qaytarıldığından İddiaçı X1-bank Kredit Təşkilatı tərəfindən ödənilmiş 39.53 manat dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM: İddiaçı X1-bank Kredit Təşkilatının Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi geri qaytarılsın. İddiaçı X1-bank Kredit Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə ödədiyi 39.53 (otuz doqquz manat əlli üç qəpik) manat dövlət rüsumu geri qaytarılsın (qəbz № **********27, büdcə təsnifatının kodu 142211). Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №e-2(021)-1795/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-1795/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver