Məhkəmə qərarları › İş №e-2(021)-1798/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1798/2023

11.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1798/2023 11.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdehdan “K@TV1” əmtəə nişanlı ilə fəliyyət göstərənİddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 44 manat 88 qəpik məbləğində vurulmş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən 30 manat dövlət rüsumu və 0,40 qəpik bank xidməti haqqının, ümumilikdə 175 manat 28 qəpik məbləğində pulunİddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, KATV əmtəə nişanı ilə fəailiyyət göstərən AG telekom MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televizyası xidmətləri göstərilməsi məqsədilə Televizya və radio yayı haqqında Azərbaycan Resöublikası Qanununa uyğun olaraq Milli Televizya və Radio Şurasından 22 avqust 2005ci il tarixli TR 057 saylı və 22 avqust 2011-ci il tarixli TR 066 saylı radio yayımı üçün lisenziyalar alınmışdır. Bu məqsədlə AG telekom MMC kabel şəbəkəsini qurmaqla kabel televizyasının yayımlanması üçün müqavilə əsasənda yaşıy və qeyri yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar Ag Telekom MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzlulqarın qarşısının alənması məqsədilə AG Telekom MMC ilə Ədalət-A hüquq firması arasında 15 may 2008-ci il, 15 may 2011-ci il , 01 oktyabr 2014-cü il, 29 may 2015-ci il, 04 yanvar 2018-ci il və 01 iyun 2019-cu il tarixlərdə xidmətlərin göstərilməsinə dair müqaviələr imzalanmışdır. DİN BPQMİ nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh Bərdə rayon Soğanverdilər kəndində qeydiyyatdadır. "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanında yerləşən sahəsi yanvar 2016-cı il iyun 2016-cı il tarixdə cavabdehə məxsus olmuşdur. Belə ki 13 dekabr 20120-ci il tarixdəə həmin ünvanda yaşayan Cavabdeh ilə AG Telekom MMC arasında bağlanmış müqaviləyə əsasən KATV1 xidməTinin göstərilməsi üçün Kabel Televizyasının şirkətinə qoşulmuş, son ödəməsini 01 yanvar 2016-cı il tarixənəd etmiş və həmin ünvan 15 yanvar 2016-cı il tarixində borcsuz şəbəkədən ayrılmışdır. 30 may 2016-cı il tarixdə Ədalət-A hüquq firmasının və KATV1 kabel televizyasının əməkdaşları və teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirilən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar olunmuşdur bu barədə 6001 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş şəbəkədən ayrılmışdır. Beləki kabel televizyasının xidmətlərinin aylı istifadə üçün 31 avqust 2015-cil tarixədək 9 manat 01 sentyabr 2015-ci ildən isə 10 manat təşkil edir.Eyni zamanda qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməyə davam edəcəkdi. Bundan əlavə AG Telekom MMC, Ədalət A, hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair və qrafik üzrə keçirilən nəzarət baxışı zamaanı binaların yoxlanılması üçün 100 manat pul ödəyir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə edərək, işə nümayəndənin iştirakı olmadan baxılmaqla, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ilə Bakı şəhəri Xətai rayonu,Telnov (ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV1kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 13 dekabr 2012-ci il tarixində bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulub 01 yanvar 2016-cı il tarixinədək isə son ödəməsini edib. 15 yanvar 2016-cı ildə borcsuz şəbəkədən ayrılıb. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 1977-ci ildə Bərdə rayonu, Soğanverdilər kəndində doğulmuşdur, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 02/36 nömrəli, 31 yanvar 2019cu il tarixli arayışdan müəyyən olunur ki, "xxxx" MMC –yə məxsus ünvan 3 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında yanvar 2016-cı ildən iyun 2016-cı il tarixədək 195B saylı mənzilin sahibi Cavabdeh olmuşdur və o, həmin mənzildə qeydiyyatsız yaşayır. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əssasən cavabdeh müqavilədən irəli gələn öhdəlikləri vaxtında icra etmədiyindən, hazırda onun iddiaçıya ümumilikdə 144.88 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı MMC-yə 144.88 manat manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 144.88 manat borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 44 manat 88 qəpik məbləğində vurulmş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən 30 manat dövlət rüsumu və 0,40 qəpik bank xidməti haqqının, ümumilikdə 175 manat 28 qəpik tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar