Məhkəmə qərarları › İş №e-2(021)-1900/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1900/2025

16.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1900/2025 16.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif оğlunun sədrliyi, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" ASC 1500 manat sığorta ödənişi məbləğinin və 35 manat dövlət rüsumunun, cəmi 1535 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub, iddiaçının xeyrinə ödənilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X8 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixində “VAZ 21074” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Ağdam rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində X1 az ağır zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1500 manat məbləğində sığorta ödənişi edilmişdir. Ağdam Rayon Polis X9 Polis Bölməsinin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21074” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 06 mart 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh sürücülük vəsiqəsi verilməmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1500 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanına AS-23/960 saylı, xx.xx.2023-cü il tarixli geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək ödənilməmişdir. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına istinad: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, hadisə xx.xx.2019-cu il tarixdə saat 20:20-da Ağdam rayonu Quzanlı qəsəbəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü piyadanı vurmadır. Arayışın 1-ci hissəsindən görünür ki, nəqliyyat vasitəsi **-SP-*** dövlət qeydiyyat nişanlı VAZ-21074 Sedan markalı maşındır, nəqliyyat vasitəsinin mülkiyyətçisi X4, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh olmuşdur. Arayışın 2-ci hissəsindən görünür ki, zərərin növü sağlamlığa az ağır zərər, zərərçəkən X5 olmuşdur. xx.xx.2019-cu il tarixli Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında Protokoldan görünür ki, piyadanın vurulması hadisəsinin baş verdiyi yerə baxış keçirilmişdir. xx.xx.2019-cu il tarixli X7 tərəfindən "xxxx" ASC-yə verilmiş ərizədən görünür ki, o, sığortalanmış **-SB-*** nömrəli avtomaşın tərəfindən vurulduğunu bildirib, "xxxx" ASC tərəfindən ona kömək etməyi xahiş etmişdir. Cavabdeh izahatından görünür ki, o, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edib, lakin sürücülük vəsiqəsi olmamışdır. 27 iyul 2019-cu il tarixdə avtomobili idarə edərkən o, avtomobilin sol qabaq farası ilə piyadanı vurmuşdur. AC 552327 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 21074 minil markalı **-SP-*** nömrəli nəqliyyat vasitəsinin sahibi X3r. xx.xx.2019-cu il tarixli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamədən görünür ki, X4 tərəfindən Cavabdeh VAZ 21074 minik markalı 10SP937 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə ilə verilmişdir, etibarnamə üzrə verilən səlahiyyətlər içərisində sürücülük hüququ olduqda idarə etmək qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixli Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası ekspert rəyindən görünür ki, HK-1-603 nömrəli material əsasında ekspert rəyi tərtib olunmuşdur. xx.xx.2019-cu il tarixli Ekspert rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarından görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanılması şəraitin dəyişməsi ilə əlaqədar rədd edilmişdir. Daxili İşlər Nazirliyinin Baş X11i İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-44824/2025 nömrəli məktubdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5-99-1-Ə-2/2024/2024 nömrəli məktubundan görünür ki, Ağdam Rayon Məhkəməsində Cavabdeh barəsində hər hansı təqsirləndirici materiala baxılmamışdır. Elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat formasından görünür ki, sığortalı X8 tərəfindən VAZ 21074 markalı 10SP937 dövlət qeydiyyat nişanlı avtonəqlliyyat vasitəsi xx.xx.2019cu il tarixindən xx.xx.2020-cu il tarixədək əmlaka vurulan zərərə görə və sağlamlığa vurulan zərərə görə sığortalanmışdır. Şəhadətnamə nömrəsi – PAA**********. xx.xx.2019-cu il tarixli 016460 nömrəli Ödəniş tapşırığından və Bankın rekvizitlərindən görünür ki, "xxxx" ASC-nin hesabından X2 hesabına 1500 manat köçürülmə edilmişdir. xx.xx.2023-cü il tarixli AS-23/960 nömrəli Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Cavabdeh 1500 manat sığorta ödənişinin subroqasiya qaydasında "xxxx" ASC-yə 10 gün ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli 8oN6o2 nömrəli ödənişə dair məlumatdan görünür ki, "xxxx" ASC tərəfindən Bərdə Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsinə görə 35 manat ödənilmişdir. Tətbiq edilən hüquq: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəyə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib müəyyən etmişdir ki, VAZ-21074 markalı **-SP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 12 ay müddətinə iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh tərəfindən idarə olunan VAZ- 21074 markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixdə piyada X2 vurulması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh nəqliyyat vasitəsini etibarnamə əsasında istifadə etmişdir, lakin onun sürücülük hüququ olmamışdır. Hadisə nəticəsində X1 vurulan zərər sağlamlığa az ağır zərərə aid olmuş, sığorta şirkəti tərəfindən zərərçəkənin sağlamlığına vurulan ziyana görə 1500 manat sığorta ödənişi edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanılması bəraətverici olmayan əsaslarla rədd edilmişdir. “İcbari sığorta haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında, sığortalının və ya sığorta olunanın bu barədə xəbəri olmadan istismar olunarsa, subroqasiya hüququ nəqliyyat vasitəsini idarə edən şəxsə qarşı yaranır. Sürücünün nəqliyyat vasitəni idarə etmək hüququ olmadan yol nəqliyyat hadisəsini törədilməsinə görə sığortaçı, etdiyi 1500 manat məbləğində ödənişi cavabdehdən tələb etməyə haqlıdır, yəni sığortaçının subroqasiya hüququ yaranmışdır. İddiaçı cavabdehə xəbərdarlığı göndərməklə pretenziya qaydalarına riayət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 1500 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat tutulаrаq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu Cavabdeh tutulаrаq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar