Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1985/2022 07.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı X15 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X15 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən X15 İddiaçı ASC-nin xeyrinə 4559.89 manat əsas, 3397.52 manat faiz, 2411.73 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən 679.14 manat faiz borcu olmaqla, cəmi 11048.28 manat və 123.20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh X12 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2739 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 28% olmaq şərtilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. X4 müqavilə şərtlərinə əməl etməyərək öhdəliyiini pozmuşdur. X1 vərəsəsi Cavabdeh3 pay hüququ almışdır. Nəticədə cavabdehin 4559.89 manat əsas, 3397.52 manat faiz, 2411.73 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən 679.14 manat faiz borcu olmaqla, cəmi 11048.28 manat borcu yaranmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)1985/2022 saylı xx.xx.2022-ci il tarixili qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə işin icraatına xitam verilmişdir. İddiaçı X15 İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh3 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 2739 saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh X8 36 ay müddətinə illik 28 % olmaqla 5000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən X12 xx.xx.2014-cü il tarixli, 2739 saylı Kredit Müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi halda Cavabdeh1 və Cavabdeh2 bank qarşısında borclu ilə birgə məsuliyyət daşımalarını öz üzərinə götürmüşdürlər. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC ilə X12 arasında bağlanmış xx.xx.2014-cü il tarixli BAR**********7390001 saylı kredit müqaviləsi üzrə sonuncunun xx.xx.2020-ci il tarixə 4559.89 manat əsas, 3397.52 manat faiz, 2411.73 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 679.14 manat faiz borcu olmaqla, cəmi 11048.28 manat kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9/7918 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, X6 xx.xx.2014-cü il tarixli, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə olan borcu əsas borc üzrə 4559.89 manat, faiz borcu üzrə 2045.11 manat, xx.xx.2021-ci il tarixinə 4559.89 manat, faiz borcu üzrə 2718.11 manat borc təşkil etdiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ №885137 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş İX-ЖГ №308289 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. X5, anası X9r. İş materiallarına əlavə edilmiş ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş **********15-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Seriya MA № ******* nömrəli Çıxarışdan görünür ki, Bərdə şəhəri, ünvan 1 ünvanda 0,03 ha torpaq sahəsində yerləşən 3 otaqlı. ümumi sahəsi 113,4 kv.m. yaşayış evin və 0,03 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X6 adına qeydiyyata alnmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdeh3dur. Şəhadətnamə verilən miras əmlak Elektron Notariat İnformasiya Ssisteminin xx.xx.2018-ci il tarixli ********** nömrəli arayışına və ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X8 verilmiş **********15- 10301 reyestr nömreli, ********** qeydiyyat nömrəli dövlət reyestrinden çıxarışa əsasən Bərdə şəhəri, ünvan 1 ünvanda mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 3 otaqlı. ümumi sahəsi 113,4 kv.m. yaşayış evindən və 0,03 ha torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)75/2022 saylı xx.xx.2022-ci il tarixili qətnaməsi ilə iddiaçı X15 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X8, Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Zaminbank» ASC ilə X12 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2739 saylı kredit müqaviləsinə əsasən illik 28% olmaq şərtilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 qız ilə xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə İddiaçı ASC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)75/2022 saylı xx.xx.2022-ci il tarixili qətnaməsi ilə iddiaçı X15 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X8, Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. X2 vəfat etməsi ilə əlaqədar olaraq onun miras əmlakını Cavabdeh3 qəbul etmiş və vərəsəlik şəhadətnaməsi almışdır. İddiaçı yenidən hazırkı iddia ərizəsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə müraciət etmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)1985/2022 saylı xx.xx.2022-ci il tarixili qərardadı ilə Azərbaycan Respublikası MPMnin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından mərhum cavabdeh X6 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, mərhum kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, onun öhdəliyinin hər bir təqsirli pozuntusuna görə qanuni vərəsəsi Cavabdeh3 məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, iddiaçı daha əvvəl eyni müqavilə üzrə eyni tələblə məhkəmədə iddia qaldırmış, məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış faiz borcunu nəzərdən keçirib hesab edir ki, ekspert rəyi nəzərə alaraq iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi faiz borcu 3397.52 manat olmuş, lakin ekspert rəyində faiz borcu üzrə 2045.11 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ekspert rəyi əsasında cavabdeh X6 banka olan kredit müqaviləsi üzrə faiz borcu məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi faiz borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı X15 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiasının 2411.73 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 150 manat məbləğində pulun tutulması ədalətlidir. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin bitdiyi tarixdən Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 679.14 manat faiz borcun tutulması hissəsində də təmin olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 4559.89 manat əsas borc, 2045.11 manat faiz borcu, 150 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 679.14 manat faiz borc olmaqla, cəmi 7434.14 manat iddiaçı X15 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 123.14 manat dövlət rüsumu Cavabdeh3 tutularaq iddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 4559.89 manat əsas borc, 2045.11 manat faiz borcu, 150 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 679.14 manat faiz borc olmaqla, cəmi 7434.14 (yeddi min dörd yüz otuz dörd manat on dörd qəpik) manat iddiaçı X15 İddiaçı ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 123.14 manat dövlət rüsumu Cavabdeh3 tutularaq iddiaçı X15 İddiaçı ASC-nin ödənilsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-1985/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1985/2022
07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver