Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2021/2024 01.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik nübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1100 manat pulun, ödənilmiş 31 manat dövlət rüsumunun, hüquqi xidmətə görə ödədiyi 320 manat pulun və etibarnamə verilməsi üçün ödədiyi 17,25 manat pulun tutularaq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Ziya Bünyadov pr-də yerləşən dam örtükləri satılan mağazalardan dam örtüklərinin qiyməti ilə maraqlanarkən “Həyat İnşaat” dam örtükləri adlı mağzada tanış olmuşdur. Həmin vaxt Vüqar onun sifariş vermək istədiyi 4 mm qalınlığında, 6 m uzunluğunda 74 ədəd dam örtüyünü hesablayaraq ümumi dəyərinin 3990 manat olduğunu bildirdi. Vüqara demişki, onun təklif etdiyi qiymət digər mağazalrdakından daha ucuz başa gəlir. Onun üçün də 3990 manat pulu elə mağzada sayaraq Vüqara vermişdir ki, sifarişini icra edərək malları Gəncə şəhərindəki ünvanıma göndərsin. Cavabdeh onu arxayın salaraq sifarişləri vaxtında çatdıracağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə təkrarən “Həyat İnşaat” dam örtükləri mağazasına gedərək sifarişlərinin nə yerdə olduğunu cavabdehdən soruşduqda Vüqar ona sifarişi hələ zavoda vermədiyini bildirmişdir. Vüqara bildirmişdir ki, ya sifariş verilmiş materialalrı təslim etsin, ya da ödədiyi 3990 mnat pulu ona geri ödəsin. Bu danışıqlarından sonra cavabdeh ona Gəncə şəhərinə 74 ədəd dam örtüyündən 46 ədəd dam örtüyü çatdırmışdır. Vüqar ona bildirmişdir ki, qalan 28 ədəd dam örtüyünü də iki günə çatdıracaqdır. Qeyd edir ki, 1 ədəd dam örtüyünün qiyməti 52 manat olmaqla 1456 manat təşkil edir. Ancaq, cavabdeh nə qalan dam örütüklərinimənə çatdırdı və nə də pulun qalığını 1456 manatı ona geri qaytarmadı. Bundan sonra Vüqarın etibarından sui istifadə edərək ondan dələduzluq yolu ilə mənimsəmək istədiyi 1456 manat pulunun geri ödəməsi ilə əlaqədar Bakı şəhər Nərimanov rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş, şikayəti üzrə araşdırma aparan Bakı şəhəri Nərimanov rayon Pİ-nin İB-nin müstəntiqi X5 Qəribovdan izahat alarkən, cavabadeh ona 1100 manat pul borclu olduğunu etiraf etmişdir. Cavabdehin etirafı müstəntiqin xx.xx.2024-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Mübahisənin məhkəmdən kənar həlli üçün cavadbehlə olan əlaqələrindən dolayı, borcunu ödəmək üçün mümkün olan dialoq imkanlarından istifadə etmiş, cavabdehdən borcunu ödənilməsi telfon danışğı ilə, votzap sosial şəbəkələri üzərindən olan danışıqlarla tələb edilsə də, lakin hər bir razılaşma borclunun öhdəliyini yerinə yetirməkdən imtina etdiyi üçün baş tutmadı. Danışıqların heç bir nəticəyə aparmaması nəticəsində, borcun tamamının ödənilməsi üçün məhkəmə proseduruna başlamağa məcbur qalmışdır. Bu səbəbdən, məhkəmənin onun haqlarını qoruyacağına və cavabdehdə olan borcunu ödəməsinə təminatlı qərar qəbul edəcəyinə ümid edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh ərizənin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə xəbərdar edilmişdir. Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 tərəfindən qəbul edilmiş 06 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdirki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti “Bavariya” Dam örtükləri mağazasını işlədir. İddiaçı barəsində yazdıqları ilə tanış olmuşdur. Ruslandan 3990 manat dəyərində profnastil sifarişi qəbul etmiş, həmin materialları ünvanına göndərən zaman 1100 manat dəyərində profnastil göndərə bilməmişdir. Buna səbəb onun da sifariş etdiyi zavod malları ona tam göndərə bilməməsi olmuşdur. Zavoddan ona bildirmişlər ki, xammal olmadığı üçün qalan materialları hazırlaya bilməmişlər. xx.xx.2023-cü il tarixə İddiaçı qalan 1100 manat pulu tamlıqla ödəyəcəyinə söz verir. AZE №******** şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Gədəbəy rayonu, Arısu kəndində doğulmuşdur, Gədəbəy rayonu, Arısu kəndində qeydiyyatdadır və yaşayır. xx.xx.2024-cü il tarixli, AR-İİİ № 283526 nömrəli etibarnamədən görünür ki, İddiaçı adından məhkəmə orqanlarına iddia ərizəsi ilə müraciət etmək və ərizələri imzalamaq səlahiyyəti Nümayəndə etibar edilmişdir (etibarnamə xx.xx.2029-cu il tarixədək qüvvədədir). xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 31 manat ödəmişdir. xx.xx.2024-cü il tarixli, BPMASAN**********79 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı etibarnamə verilməsi üçün 17,25 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 17,65 manat ödəmişdir. "xxxx" ASC tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ECRTOB**********038254 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı hüquqi yardım göstərilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyyasının üzvü – vəkil (fərdi qaydada fəaliyyət göstərən vəkil) Nümayəndə xeyrinə 320 manat məbləğində xidmət haqqı ödəmişdir. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə Bərdə rayonu, Lənbəran kəndində doğulmuşdur, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti “Bavariya” Dam örtükləri mağazasının sahibi Cavabdeh İddiaçı 3990 manat dəyərində profnastil sifarişi qəbul etmiş, Cavabdeh həmin materialları İddiaçı ünvanına göndərən zaman 1100 manat dəyərində profnastil göndərə bilməmişdir. Buna səbəb onun da sifariş etdiyi zavodun malları ona tam göndərə bilməməsi olmuşdur. Zavoddan Cavabdeh bildirmişlər ki, xammal olmadığı üçün qalan materialları hazırlaya bilməmişlər. Cavabdeh İddiaçı borclu qaldığı 1100 manat pulu xx.xx.2023-cü il tarixdə tamlıqla ödəyəcəyinə söz vermiş, lakin cаvаbdeh iddiaçıya bоrclu оlduğu pulu ödəmədiyi üçün iddiаçının məhkəmə müdаfiəsindən istifаdə hüququ yаrаnmışdır. Beləliklə, İddiaçı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1100 manat pulun, ödənilmiş 31 manat dövlət rüsumunun, hüquqi xidmətə görə ödədiyi 320 manat pulun və etibarnamə verilməsi üçün ödədiyi 17,25 manat pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi zamanı ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. MM-nin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. MM-nin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. MM-nin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-nin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-nin 445.1-ci maddəsinə əsasən, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Məhkəmə hesab edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi təmin edilməlidir. MPM-nin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-nin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MM-nin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlarla yanaşı, işdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı dövlət büdcəsinə 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 31 manat ödəmişdir. Lakin tələb edilən məbləğ üzrə dövlət rüsumu ödənilməmişdir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar ödənilmiş 0,40 manat xidmət haqqı, cəmi 31 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməlidir. Bundan başqa, iddia tələbinə münasibətdə ödənilməli olan, lakin iddianın təmin olunmuş hissəsinə münasibətdə ödənilməmiş 4,68 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1100 manat pul, 31 manat ödənilmiş dövlət rüsumu, hüquqi xidmətə görə ödənilmiş 320 manat pul və etibarnamə verilməsi üçün ödənilmiş 17,25 manat pul, cəmi 1468,25 (min dörd yüz altmış səkkiz manat iyirmi beş qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilməmiş 4,68 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-2021/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2021/2024
01.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver