Məhkəmə qərarları › İş №e-2(021)-2047/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2047/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2047/2024 19.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya LPO İddiaçı ASC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 iyun 2029cu il tarixli ***-*******LK250619-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 3410.18 (üç min dörd yüz on manat 18 qəpik) manat məbləğində borcun - bundan 2029.27 (iki min iyirmi doqquz manat 27 qəpik) manat əsas, 1119.11 (bir min yüz on doqquz manat 11 qəpik) manat faiz borcunun və 261.80 (iki yüz altmış bir manat 80 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 54.10 (əlli dörd manat 10 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə girov qoyulmuş ümumi çəkisii 19.80 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya, ümumi çəkisi 35.90 qram olan 750 əyarlı 2 ədəd komplektə, ümumi çəkisi 11.20 qram olan 585 əyarlı 1 ədəd qolbağıya, ümumi çəkisi 30.60 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya və ümumi çəkisi 6.50 qram olan 750 əyarlı 1 ədəd üzüyə yönəldilməsi, həmin qızıl-zinyət əşyalarının açıq hərracda satılması, satışdan əldə olunan məbləğin kredit borcunun ödənilməsinə yönəldilməsi, həmin məbləğin kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-in Bərdə filialı ilə cavabdeh Avtandil Hacıyevin arasında bağlanmış 25 iyun 2029- cu il tarixli ***-*******LK250619-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı ASC ilə cavabdeh Avtandil Hacıyevin arasında 25 iyun 2019-cu il tarixli ***-*******LK250619-01/QZ2/1 nömrəli Girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əlavə imzalanmış 25 iyun 2029-cu il tarixli Qiymətləndirmə və təhvil-təslim aktına (1 saylı əlavə) əsasən cavabdehə məxsus ümumi çəkisi 19.80 qram olan 750 əyarlı 1 ədəd boyunbağı, ümumi çəkisi 35.90 qram olan 750 əyarlı 2 ədəd komplekt, ümumi çəkisi 11.20 qram olan 585 əyarlı 1 ədəd qolbağı, ümumi çəkisi 30.60 qram olan 750 əyarlı 1 ədəd boyunbağı və ümumi çəkisi 6.50 qram olan 750 əyarlı 1 ədəd üzük banka girov qoyulmuşdur. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Avtandil Hacıyev müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən də cavabdeh Avtandil Hacıyevin 25 iyun 2029-cu il tarixli ***-*******LK250619-01 nömrəli kredit müqaviləsi üzrə 30 yanvar 2024-cü il tarixə banka ödənilməmiş cəmi 3410.18 (üç min dörd yüz on manat 18 qəpik) manat borcu vardır. Bundan 2029.27 (iki min iyirmi doqquz manat 27 qəpik) manat əsas, 1119.11 (bir min yüz on doqquz manat 11 qəpik) manat faiz borcu və 261.80 (iki yüz altmış bir manat 80 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu təşkil edir. Kredit müqaviləsinin 2.4-cü və 3.1.4-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına və 06 fevral 2024-cü il tarixli **********442 nömrəli bildirişlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. xx.xx.2020-ci il tarixdə isə banka 125 (yüz iyirmi beş) manat məbləğində sonuncu ödənişini etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının çoxluğu səbəbi ilə məhkəmə baxış iclasında iştiraklarının mümkün olmayacağını, iddialarını tam şəkildə müdafiə etdiklərini və məhkəmə baxış iclasını iştirakları olmadan keçirib iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh xx.xx.1976-cı ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuşdur, Bərdə şəhəri Sabir küçəsi ev 4-də qeydiyyatdadır. 25 iyun 2019-cu il tarixli ***-*******LK250619-01 nömrəli bank hesabı və kredit müqaviləsindən görünür ki, Bank-İddiaçı ASC borcalan-Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə, illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit vermiş və həmin puldan 90 manat komissiya haqqı tutulmuşdur. 25 iyun 2019-cu il tarixli ***-*******LK250619-01/QZ2/1 nömrəli girov müqaviləsindən görünür ki, Bank xx.xx.2019-cu il tarixli ***-*******LK250619-01 saylı Kredit (kredit xətti) müqaviləsinə əsasən Borcalan-Girovqoyana illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə, 4500 (dörd min beş yüz) manat məbləğində kredit verir. -Borcalan-Girovqoyana 25 iyun 2019-cu il tarixli ***-*******LK250619-01 saylı Kredit (Kredit xətti) müqaviləsi üzrə və bu müqavilədə göstərilən öhdəliklərinin təminatı olaraq xx.xx.2019-cu il tarixli ərizə-öhdəliyinə əsasən ona məxsus olan girov Qızıl-Zinət əşyalarını (bundan sonra «Girov predmeti») Girovsaxlayana girov qoyur: Qızıl-Zinət əşyasının dəyəri: 7571,5 (yeddi min beş yüz yetmiş bir manat 50 qəpik) manat. 25 iyun 2019-cu il tarixli Qiymətləndirmə və təhvil-təslim aktından (1 saylı əlavə) görünür ki, ümumi çəkisi 19,80 qram olan 750 əyarlı 1 ədəd boyunbağı (tros) 1485 manat dəyərində, ümumi çəkisi 35,90 qram olan 750 əyarlı 2 ədəd dəst (briliyant qaşlı) 2663 manat dəyərində, ümumi çəkisi 11,20 qram olan 585 əyarlı qolbağı (ağ) 649 manat dəyərində, ümumi çəkisi 30,60 qram olan 750 əyarlı 1 ədəd boyunbağı (mirvari) 2295 manat dəyərində, ümumi çəkisi 0,10 qram olan 750 əyarlı 1 ədəd üzük (qadın) 480 manat dəyərində qiymətləndirilmiş və banka girov qoyulmuşdur. 25 iyun 2019-cu il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 4410 manat məbləğində pulu qəbul etmişdir. 06 fevral 2024-cü il tarixli **********442 nömrəli bildirişdən görünür ki, Cavabdeh kredit borcunun ödənilməsini 3 gün ərzində təmin etməsi tələb edilmiş, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqları barədə xəbərdar edilmişdir. 06 fevral 2024-cü il tarixli **********467 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2019-cu il tarixli ***- *******LK250619-01 saylı kredit müqaviləsi üzrə Cavabdehun banka 30 yanvar 2024-cü il tarixədək 2029,27 manat əsas, 1119,11 manat faiz, 261,80 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla ümumilikdə 3410,18 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 54,10 (əlli dörd manat 10 qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı ASC-nin Bərdə filialı ilə cavabdeh Avtandil Hacıyev arasında bağlanmış 25 iyun 2029-cu il tarixli ***-*******LK250619-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı ASC ilə cavabdeh Avtandil Hacıyev arasında 25 iyun 2019-cu il tarixli ***-*******LK250619-01/QZ2/1 nömrəli Girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əlavə imzalanmış 25 iyun 2019-cu il tarixli Qiymətləndirmə və təhvil-təslim aktına (1 saylı əlavə) əsasən cavabdehə məxsus ümumi çəkisi 19.80 qram olan 750 əyarlı 1 ədəd boyunbağı, ümumi çəkisi 35.90 qram olan 750 əyarlı 2 ədəd komplekt, ümumi çəkisi 11.20 qram olan 585 əyarlı 1 ədəd qolbağı, ümumi çəkisi 30.60 qram olan 750 əyarlı 1 ədəd boyunbağı və ümumi çəkisi 6.50 qram olan 750 əyarlı 1 ədəd üzük banka girov qoyulmuşdur. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Avtandil Hacıyev müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən də cavabdeh Avtandil Hacıyevin 25 iyun 2019-cu il tarixli ***-*******LK250619-01 nömrəli kredit müqaviləsi üzrə 30 yanvar 2024-cü il tarixə banka ödənilməmiş cəmi 3410.18 (üç min dörd yüz on manat 18 qəpik) manat borcu vardır. Bundan 2029.27 (iki min iyirmi doqquz manat 27 qəpik) manat əsas, 1119.11 (bir min yüz on doqquz manat 11 qəpik) manat faiz borcu və 261.80 (iki yüz altmış bir manat 80 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu təşkil edir. Kredit müqaviləsinin 2.4-cü və 3.1.4-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına və 06 fevral 2024-cü il tarixli **********442 nömrəli bildirişlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. xx.xx.2020-ci il tarixdə isə banka 125 (yüz iyirmi beş) manat məbləğində sonuncu ödənişini etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə, LPO İddiaçı ASC kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdan əsas məbləğ üzrə 2029.27 (iki min iyirmi doqquz manat 27 qəpik) manat əsas, 1119.11 (bir min yüz on doqquz manat 11 qəpik) manat faiz borcunun və 261.80 (iki yüz altmış bir manat 80 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun, cəmi 3410.18 (üç min dörd yüz on manat 18 qəpik) manat məbləğində borcun və iş üzrə ödənilmiş 54.10 (əlli dörd manat 10 qəpik) manat dövlət rüsumunun cavabdeh Avtandil Hacıyevdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə girov qoyulmuş ümumi çəkisi 19.80 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya, ümumi çəkisi 35.90 qram olan 750 əyarlı 2 ədəd komplektə, ümumi çəkisi 11.20 qram olan 585 əyarlı 1 ədəd qolbağıya, ümumi çəkisi 30.60 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya və ümumi çəkisi 6.50 qram olan 750 əyarlı 1 ədəd üzüyə yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracda satılması, satışdan əldə olunan məbləğin kredit borcunun ödənilməsinə yönəldilməsi, həmin məbləğin kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun cavabdeh Avtandil Hacıyevdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 25 iyul 2019-cu il tarixli ***-*******LK250619-01 saylı kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə kreditin borcluya verilməsi öhdəliyini, borclu isə bu kredit borcunun hissə-hissə qaytarılması öhdəliyini öz üzərinə götürür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Azərbaycan Respublikasının MM-nin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 261,80 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşmış olan hüquqi mövqeyə görə bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Bu ehtimal borc alan tərəfindən təkzib edilə bilər. Belə ki, o, bankın konkret şəraitə əsasən müvafiq məbləği yenidən borc verə bilməsinin qeyrimümkünlüyünə dair əks sübut gətirə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdeh ilə aralarında bağlanmış 25 iyun 2019-cu il tarixli ***-*******LK250619-01 nömrəli kredit müqaviləsinin təminatı olaraq cavabdehlə 25 iyun 2019-cu il tarixli ***-*******LK250619-01/QZ2/1 nömrəli Girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əlavə imzalanmış 25 iyun 2019-cu il tarixli Qiymətləndirmə və təhvil-təslim aktında görünür ki, cavabdeh ümumi çəkisi 19.80 qram olan 750 əyarlı 1 ədəd boyunbağını, ümumi çəkisi 35.90 qram olan 750 əyarlı 2 ədəd dəsti, ümumi çəkisi 11.20 qram olan 585 əyarlı 1 ədəd qolbağını, ümumi çəkisi 30.60 qram olan 750 əyarlı 1 ədəd boyunbağını və ümumi çəkisi 6.50 qram olan 750 əyarlı 1 ədəd üzüyü banka girov qoymuşdur. Azərbaycan Respublikasının MM-nin: 269.3-cü maddəsinə görə, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.5-ci maddəsinə görə, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_8.htm 280.1-ci maddəsinə görə, girov müqaviləsi yazılı formada bağlanmalıdır. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas məbləğ üzrə 2029.27 (iki min iyirmi doqquz manat 27 qəpik) manat əsas, 1119.11 (bir min yüz on doqquz manat 11 qəpik) manat faiz borcu və 261.80 (iki yüz altmış bir manat 80 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu, cəmi 3410.18 (üç min dörd yüz on manat 18 qəpik) manat məbləğində borcu və iş üzrə ödənilmiş 54.10 (əlli dörd manat 10 qəpik) manat dövlət rüsumu cavabdeh Avtandil Hacıyevdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməli, tutma kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə girov qoyulmuş ümumi çəkisi 19.80 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya, ümumi çəkisi 35.90 qram olan 750 əyarlı 2 ədəd dəstə, ümumi çəkisi 11.20 qram olan 585 əyarlı 1 ədəd qolbağıya, ümumi çəkisi 30.60 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya və ümumi çəkisi 6.50 qram olan 750 əyarlı 1 ədəd üzüyə yönəldilməli, həmin qızıl-zinyət əşyaları açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ kredit borcunun ödənilməsinə yönəldilməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçının qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas və faiz borcuna münasibətdə qanuni və əsaslı olduğundan həmin hissələrdə iddia təmin edilməlidir. İddiaçının qızıl-zinyət əşyalarının satışından əldə olunan məbləğ kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan tələb icra hərəkətləri ilə bağlı olduğundan və həmin məsələyə məhkəmə qərarının icrası prosesində baxılmalı olduğundan iddia tələbi həmin hissədə təmin edilə bilməz. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı LPO İddiaçı ASC öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 54,10 (əlli dörd manat 10 qəpik) manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 54,10 (əlli dörd manat 10 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 25 iyun 2019-cu il tarixli ***-*******LK250619-01 nömrəli kredit müqaviləsi üzrə 2029,27 (iki min iyirmi doqquz manat 27 qəpik) manat əsas borc, 1119,11 (bir min bir yüz on doqquz manat 11 qəpik) manat faiz borcu, 261,80 (iki yüz altmış bir manat 80 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu və 54.10 (əlli dörd manat 10 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3464,28 (üç min dörd yüz altmış dörd manat 28 qəpik) manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh tərəfindən girov qoyulmuş ümumi çəkisi 19,80 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya, ümumi çəkisi 35.90 qram olan 750 əyarlı 2 ədəd dəstə, ümumi çəkisi 11.20 qram olan 585 əyarlı 1 ədəd qolbağıya, ümumi çəkisi 30,60 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya və ümumi çəkisi 6,50 qram olan 750 əyarlı 1 ədəd üzüyə yönəldilsin. Ümumi çəkisi 19,80 qram olan 750 əyarlı 1 ədəd boyunbağı, ümumi çəkisi 35.90 qram olan 750 əyarlı 2 ədəd dəst, ümumi çəkisi 11.20 qram olan 585 əyarlı 1 ədəd qolbağı, ümumi çəkisi 30,60 qram olan 750 əyarlı 1 ədəd boyunbağı və ümumi çəkisi 6,50 qram olan 750 əyarlı 1 ədəd üzük açıq hərracda satılsın, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar