Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2098/2023 09.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus baş iribuynuzlu inəyin dəyəri olan 1800 manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X6 tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Bərdə şəhərindən Bərdə rayon Nazırlı kənd ərazi istiqamətinə hərəkət edən idarə etdiyi Vaz 2106 markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh sürücülük hüququ olmadan, sərxoş vəziyyət hərəkət edərkən, ona məxsus 1800 manat dəyərində bir baş inəyi vuraraq tələf etmişdir. Hadisə Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsi tərəfindən araşdırılmış qərar qəbul edilmiş, qərar üzrə cavabdeh Vaz 2106 markalı, ** ES *** dövlət nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə tədbir görülməsi üçün Bərdə rayon polis şöbəsinin DYPB-nə verilmişdir. Göründüyü kimi Cavabdeh günahı ucbatından ona məxsus 1800 manat dəyərində inək tələf olmuşdur. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 555 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Kürdborakı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş № 0600 saylı Vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup Qarabağ əlilidir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işininin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Şatırlı kəndində yaşayan X6 DİN-nin 102 xidmətinə müraciət edərək VAZ 2106 markalı 10ES557 dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus 1 baş inəyi vurub öldürməsi barədə məlumat vermiş, həmin əmlumat əsasında araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Vaz 2106 markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən Bərdə rayon Nazırlı kənd yolunda hərəkətdə olan zaman X4 məxsus 1 baş inəyi avtomobillə vurmuşdur. Onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin DYPB-nə göndərilmişdir. Mülki işə əlavə edilmiş 05.11.202-ci il tarixli, 1371 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, hadisə baş verən zaman Cavabdeh orta dərəcəli sərxoşluq əlaməti olmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Aktdan müəyyən olunur ki, X4 məxsus 1 baş inək avtomobil qəzası nəticəsində yaralanmış, tələf olmaması üçün başı kəsilmiş, lakin qida üçün yararsız olduğundan xx.xx.2022-ci il tarixdə məhv edilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 3(021)1543/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Vaz 2106 markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən Bərdə rayon Nazırlı kənd yolunda hərəkətdə olan zaman X4 məxsus 1 baş inəyi avtomobillə vurmuş, onun barəsində İXM-in 334.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. Mülki işə əlavə edilmiş Bərdə şəhər "xxxx" MMC tərəfindən sorğuya 413 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda 1 baş iribuynuzlu diri çəkisi 400 kq olan yerli sort boğaz inəyin (şves) hazırda real bazar qiyməti 1800 manat təşkil etdiyi göstərilmişdir. Mülki işə əlavə edilmiş “X7” MMC-nin xx.xx.2023-cü il tarixli Mütəxəssis Rəyindən görünür ki, 1 baş 4 yaşında olan iribuynuzlu inəyin hazırki bazar qiyməti 1300 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Vaz 2106 markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən Bərdə rayon Nazırlı kənd yolunda hərəkətdə olan zaman X4 məxsus 1 baş inəyi avtomobillə vurmuşdur. Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin DYPB-nə göndərilmiş, həin orqan tərəfindən barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, Bərdə Rayon Məhkəməsinin 3(021)1543/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. Həmçinin Azərbaycan Respublikasının X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli X1 məxsus 1 baş inəyin avtomobil qəzası nəticəsində yaralandığı, tələf olmaması üçün kəsildiyi, lakin qida üçün yararsız olduğundan məhv edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə müəxəssis rəyi ilə Bərdə şəhər "xxxx" MMC tərəfindən verilmiş arayışda qiymət arasında fərqli rəqəmləri müəyyən edir. Belə olan halda məhkəmə "xxxx" MMC tərəfindən verilmiş qiyməti əsas götürür. Həmçinin işin bəlli faktı ondan ibarətdir ki, həmin çəkidən olan inəyin ət hesabı ilə diri çəkidən verilməsi 1kq 10 manat olması nəzərə alınarsa daha yüksək məbləğ təşkil edir. Baxmayaraq ki, iddiaçı iddia tələbinin həcminin artırması barədə ərizə verməmişdir. Odur ki,Cavabdeh 1800 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməldi . Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X2 Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh oğundan 1800 (bir min səkkiz yüz) manat məbləğində pul tutularaq iddiaçı X4 ödənilsin. İş üzrə ödənilməmiş 33 manat dövlət rüsumu iddiaçı Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-2098/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2098/2023
09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver