Məhkəmə qərarları › İş №e-2(021)-2099/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2099/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2099/2023 15.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi Əzizov Mətləb Yahya oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borc tutulması» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 qarşı iddia qaldıraraq, 6980,27 (altı min doqquz yüz səksən ABŞ dolları 27 sent) ABŞ dolları əsas, 11332,29 (on bir min üç yüz otuz iki ABŞ dolları 29 sent) ABŞ dolları faiz, 9042,95 (doqquz min qırx iki ABŞ dolları 95 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1004,92 (bir min dörd ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 28360,43 (iyirmi səkkiz min üç yüz altmış ABŞ dolları 43 sent) ABŞ dolları və iş üzrə ödənilmiş 234.64 (iki yüz otuz dörd manat 64 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* №-li 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 7650 (yeddi min altı yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında 12 yanvar 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 12 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 7388,65 (yeddi min üç yüz səksən səkkiz ABŞ dolları 65 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********085 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 28360,43 (iyirmi səkkiz min üç yüz altmış ABŞ dolları 43 sent) ABŞ dolları təşkil edir. Bundan 6980,27 (altı min doqquz yüz səksən ABŞ dolları 27 sent) ABŞ dolları əsas, 11332,29 (on bir min üç yüz otuz iki ABŞ dolları 29 sent) ABŞ dolları faiz, 9042,95 (doqquz min qırx iki ABŞ dolları 95 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1004,92 (bir min dörd ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərk, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №410005687 saylı Kredit Müqaviləsinə xx.xx.2015-ci il tarixli №410005687 Əlavə Sazişin kserosurətindən görünür ki, xx.xx.2015-ci il tarixli, №410005687 saylı Kredit Müqaviləsinə əsasən kredit öhdəliyinin qalığı 7388,65 (yeddi min üç yüz səksən səkkiz dollar, altmış beş sent) ABŞ dolları hesablanmış və kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC, Cavabdeh2, Cavabdeh3 və X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №410005687/ZM saylı Zaminlik Müqaviləsinin kserosurətindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, №410005687 saylı Kredit Müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi halda zaminlər Cavabdeh3 və X3 bank qarşısında borclu ilə birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdürlər. İş materiallarına əlavə edilmiş İddiaçı ASC, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış №410005687/ZM saylı xx.xx.2015-ci il tarixli Zaminlik Müqaviləsinə xx.xx.2015ci il tarixli №410005687 Əlavə Sazişin kserosurətindən görünür ki, tərəflər müqaviləyə dəyişikliklər edilməsi barədə razılığa gələrək, Kredit Müqaviləsinə əsasən kredit öhdəliyinin qalığı 7388,65 (yeddi min üç yüz səksən səkkiz dollar, altmış beş sent) ABŞ dolları hesablanmış və kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC, Cavabdeh2, X3 arasında bağlanmış №410005687/ZM saylı xx.xx.2015-ci il tarixli Zaminlik Müqaviləsinə xx.xx.2015-ci il tarixli №410005687 Əlavə Sazişin kserosurətindən görünür ki, tərəflər müqaviləyə dəyişikliklər edilməsi barədə razılığa gələrək, Kredit Müqaviləsinə əsasən kredit öhdəliyinin qalığı 7388,65 (yeddi min üç yüz səksən səkkiz dollar, altmış beş sent) ABŞ dolları hesablanmış və kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Maliyyə arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №410005687 saylı kredit müqaviləsi üzrə sonuncunun 6980,27 ABŞ dolları əsas, 11332,29 ABŞ dolları faiz, 9042,95 ABŞ dolları cərimə, 1004,92 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği borcu olmaqla, cəmi 28360,43 ABŞ dolları kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş kassa məxaric orderinin kserosurətindən görünür ki, 7650 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh2 verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 234,64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2015-ci il tarixli, №410005687 saylı Kredit Müqaviləsinə bağlı olan xx.xx.2015-ci il tarixli, №410005687/ZM saylı Zaminlik Müqavilələrinin, xx.xx.2015-ci il tarixli №410005687 Əlavə Sazişlərin əsilləri, xx.xx.2015-ci il tarixli, №410005687 saylı Kredit Müqaviləsinin isə ümumiyyətlə nə əsli, nədə ki, təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən dəfələrlə iddiaçının nümayəndəsindən həmin sənədlərin təqdim edilməsini tələb edilsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəblə də iş baxılmamış qalmışdır. Lakin sonradan kassa məxaric orderinin kserosurəti əlavə edilmiş iş təzələnməsinə baxmayaraq həmin kassa məxaric orderinin əslini də məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Mülki Məcəllənin 741.2-ci maddəsinə əsasən borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli, №410005687 saylı Kredit Müqaviləsi və həmin kredit müqaviləsinə bağlı olan digər müqavilələrin əsli və ya təsdiq olunmuş surətləri, eləcə də kassa məxaric orderinin əsli məhkəməyə təqdim olunmadığından iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır MPM-nin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən, sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Qanunun məzmunundan göründüyü kimi iddiaçı tərəf öz tələbinin əsasını sübut edə bilməmiş və bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 234,64 manat məbləğində rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borc tutulması» tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar