Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2318/2024 03.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və LPO İddiaçı ASC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 11.450,80 manat məbləğində əsas, 1.214,89 manat müddət sonuna olan faiz borcun, 1.154,72 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 560,80 manat faiz borcun, cəmi 4.381,21 (dörd min üç yüz səksən bir manat, 21 qəpik) və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumunun tutaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək 2(021)-2318/2024 saylı iş üzrə cavabdehlə iddiaçı arasında barışıq sazişi bağlandığından, barışıq sazişinin təsdiq edilərək icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunal müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan X1 iştirakı ilə tərtib edilən 16 iyul 2024-cü il tarixli, MŞB/MT039/2024-00708 nömrəli Barışıq Sazişindən görünür ki, İkinci tərəf-Cavabdeh Birinci tərəf-Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında xx.xx.2014cü il tarixli 2194 saylı Kredit müqaviləsi üzrə 1450.80 (bir min dörd yüz əlli manat 80 qəpik) manat əsas borc, 1214.89 (bir min iki yüz on dörd manat 89 qəpik) manat faiz borcu, 1154.72 (bir min yüz əlli dörd manat 72 qəpik) manat cərimə borcu, gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla 573 (beş yüz yetmiş üç) manat faiz borcu olmaqla ümumilikdə 4393.41 (dörd min üç yüz doxsan üç manat 41 qəpik) manat icra edilməmiş borc öhdəliyinin olduğunu təsdiq etməsi; - Bu Saziş imzalandığı tarixdən başlayaraq İkinci tərəf 1500 (bir min beş yüz) manat borcu 36 ay müddətinə, hər ay 41.67 (qırx bir manat 67 qəpik) manat ödənilməsi öhdəliyini öz üzərinə götürməsi; -Bu Sazişin 1.2-ci bəndində qeyd edilən hər ay ödəniləcək məbləğ ardıcıl olaraq 2 (iki) ay ərzində vaxtında və lazımınca icra edilmədikdə verilmiş güzəştlərin ləğv ediləcəyi və bu Sazişin 1.1-ci bəndi üzrə qalıq borcların İkinci tərəfdən tutulmasına tərəflər etiraz etməməsi; -Bu Sazişin 1.2-ci bəndində qeyd edilən öhdəliklər göstərilən müddətədək icra edildikdən sonra, Birinci tərəf bank əməliyyat sistemində hesablanmış faizlərə güzəşt edilməsi öhdəliyini öz üzərinə götürməsi barədə razılığa gəlmişlər. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1-ci maddəsinə görə, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-nin 261.0.5-ci maddəsinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, işdə olan sənədləri araşdırıb belə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 iyul 2024-cü il tarixli, MŞB/MT039/2024-00708 nömrəli Barışıq Sazişi təsdiq edilməli, barışıq sazişinin şərtləri göstərilməklə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərarverdi: İkinci tərəf-Cavabdeh Birinci tərəf-Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında xx.xx.2014-cü il tarixli 2194 saylı Kredit müqaviləsi üzrə 1450.80 (bir min dörd yüz əlli manat 80 qəpik) manat əsas borc, 1214.89 (bir min iki yüz on dörd manat 89 qəpik) manat faiz borcu, 1154.72 (bir min yüz əlli dörd manat 72 qəpik) manat cərimə borcu, gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla 573 (beş yüz yetmiş üç) manat faiz borcu olmaqla ümumilikdə 4393.41 (dörd min üç yüz doxsan üç manat 41 qəpik) manat icra edilməmiş borc öhdəliyinin olduğunu təsdiq etməsi; - Bu Saziş imzalandığı tarixdən başlayaraq İkinci tərəf 1500 (bir min beş yüz) manat borcu 36 ay müddətinə, hər ay 41.67 (qırx bir manat 67 qəpik) manat ödənilməsi öhdəliyini öz üzərinə götürməsi; -Bu Sazişin 1.2-ci bəndində qeyd edilən hər ay ödəniləcək məbləğ ardıcıl olaraq 2 (iki) ay ərzində vaxtında və lazımınca icra edilmədikdə verilmiş güzəştlərin ləğv ediləcəyi və bu Sazişin 1.1-ci bəndi üzrə qalıq borcların İkinci tərəfdən tutulmasına tərəflər etiraz etməməsi; -Bu Sazişin 1.2-ci bəndində qeyd edilən öhdəliklər göstərilən müddətədək icra edildikdən sonra, Birinci tərəf bank əməliyyat sistemində hesablanmış faizlərə güzəşt edilməsi öhdəliyini öz üzərinə götürməsi barədə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış 16 iyul 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №e-2(021)-2318/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-2318/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver