Məhkəmə qərarları › İş №e-2(021)-2403/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2403/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2403/2024 17.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya LPO İddiaçı ASC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 iyul 2019-cu il tarixli ***-*******LK180719-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 2480.35 (iki min dörd yüz səksən manat 35 qəpik) manat məbləğində borcun-bundan 1440.85 (bir min dörd yüz qırx manat 85 qəpik) manat əsas borcun, 852.70 (səkkiz yüz əlli iki manat 70 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 186.80 (bir yüz səksən altı manat 80 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 44.80 (qırx dörd manat 80 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş ümumi çəkisi 22 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya, ümumi çəkisi 18.90 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya, ümumi çəkisi 14.80 qram olan 750 əyarlı komplektə və ümumi çəkisi 9.80 qram olan 750 əyarlı komplektə yönəldilməsi, həmin qızıl-zinət əşyasının açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, əldə olunan məbləğ kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış 18 iyul 2019-cu il tarixli ***-*******LK180719- 01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh arasında 18 iyul 2019-cu il tarixli ***-*******LK180719-01/QZ2/1 nömrəli Girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əlavə imzalanmış 18 iyul 2019cu il tarixli Qiymətləndirmə və təhvil-təslim aktında göstərilmiş (1 saylı əlavə) ümumi çəkisi 22 qram olan 750 əyarlı 1 ədəd boyunbağı, ümumi çəkisi 18.90 qram olan 750 əyarlı 1 ədəd boyunbağı, ümumi çəkisi 14.80 qram olan 750 əyarlı 1 komplekt və ümumi çəkisi 9.80 qram olan 750 əyarlı 1 ədəd komplekt banka girov qoyulmuşdur. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən Cavabdeh 18 iyul 2019-cu il tarixli ***-*******LK180719-01 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2024-cü il tarixə banka ödənilməmiş cəmi 2480.35 (iki min dörd yüz səksən manat 35 qəpik) manat məbləğində borcu vardır. Bundan 1440.85 (bir min dörd yüz qırx manat 85 qəpik) manat əsas, 852.70 (səkkiz yüz əlli iki manat 70 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 186.80 (bir yüz səksən altı manat 80 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehə bir neçə dəfə şifahi müraciət edilməsinə və 28 fevral 2024-cü il tarixli **********774 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmiş və xx.xx.2019-ci il tarixdə isə banka 878 (səkkiz yüz yetmiş səkkiz) manat məbləğində ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının çoxluğu səbəbi ilə məhkəmə baxış iclasında iştiraklarının mümkün olmayacağını, iddialarını tam şəkildə müdafiə etdiklərini və məhkəmə baxış iclasını iştirakları olmadan keçirib iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə göndərərək iddia ərizəsi ilə tanış olduğunu, iddia tələbi ilə razı olduğunu, hazırda həbsdə olduğu üçün İddiaçı ASC-nə girov qoyduğu özünə məxsus qızıl-zinyət əşyalarının satılaraq borcunun ödənilməsini, bu mümkün olmadıqda isə həbsdən çıxdıqdan sonra borcunu ödəyə biləcəyini bildirmişdir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh xx.xx.1971-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Cavanşir küçəsi ev 75də qeydiyyatdadır. 18 iyul 2019-cu il tarixli ***-*******LK180719-01 nömrəli bank hesabı və kredit müqaviləsindən görünür ki, Bank-İddiaçı ASC borcalan-Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə, illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit vermiş və həmin puldan 50 manat komissiya haqqı tutulmuşdur. 18 iyul 2019-cu il tarixli ***-*******LK180719-01/QZ2/1 nömrəli girov müqaviləsindən görünür ki, Bank xx.xx.2019-cu il tarixli ***-*******LK180719-01 saylı Kredit (kredit xətti) müqaviləsinə əsasən Borcalan-Girovqoyana illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə, 2500 (iki min beş yüz) manat məbləğində kredit verir. -Borcalan-Girovqoyana 18 İyul 2019-cu il tarixli ***-*******LK180719-01 saylı Kredit (Kredit xətti) müqaviləsi üzrə və bu müqavilədə göstərilən öhdəliklərinin təminatı olaraq xx.xx.2019-cu il tarixli ərizə-öhdəliyinə əsasən ona məxsus olan girov Qızıl-Zinət əşyalarını (bundan sonra «Girov predmeti») Girovsaxlayana girov qoyur: Qızıl-Zinət əşyasının dəyəri: 4912.5 (dörd min doqquz yüz on iki tam onda beş ) manat. 18 iyul 2019-cu il tarixli Qiymətləndirmə və təhvil-təslim aktından (1 saylı əlavə) görünür ki, ümumi çəkisi 22 qram olan 750 əyarlı 1 ədəd boyunbağı 1650 manat dəyərində, ümumi çəkisi 18.90 qram olan 750 əyarlı 1 ədəd boyunbağı 1418 manat dəyərində, ümumi çəkisi 14.80 qram olan 750 əyarlı dəst 1110 manat dəyərində və ümumi çəkisi 9.80 qram olan 750 əyarlı 1 ədəd dəst735 manat dəyərində qiymətləndirilmiş və banka girov qoyulmuşdur. 18 iyul 2019-cu il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 2450 manat məbləğində pulu qəbul etmişdir. 28 fevral 2024-cü il tarixli **********0774 nömrəli bildirişdən görünür ki, Cavabdeh kredit borcunun ödənilməsini 3 gün ərzində təmin etməsi tələb edilmiş, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə mredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqları barədə xəbərdar edilmişdir. 18 mart 2024-cü il tarixli **********993 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 iyun 2019-cu il tarixli ***-*******LK180719-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka 22 fevral 2024-cü il tarixədək 1440,85 manat əsas, 852,70 manat faiz, 186,80 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla ümumilikdə 2480,35 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 44,80 (qırx dörd manat 80 qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış 18 iyul 2019-cu il tarixli ***-*******LK180719- 01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh arasında 18 iyul 2019-cu il tarixli ***-*******LK180719-01/QZ2/1 nömrəli Girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əlavə imzalanmış 18 iyul 2019cu il tarixli Qiymətləndirmə və təhvil-təslim aktında göstərilmiş (1 saylı əlavə) ümumi çəkisi 22 qram olan 750 əyarlı 1 ədəd boyunbağı, ümumi çəkisi 18.90 qram olan 750 əyarlı 1 ədəd boyunbağı, ümumi çəkisi 14.80 qram olan 750 əyarlı 1 komplekt və ümumi çəkisi 9.80 qram olan 750 əyarlı 1 ədəd komplekt banka girov qoyulmuşdur. Cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən cavabdehin 18 iyul 2019-cu il tarixli ***- *******LK180719-01 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2024-cü il tarixə banka ödənilməmiş cəmi 2480.35 (iki min dörd yüz səksən manat 35 qəpik) manat məbləğində borcu vardır. Bu borcdan 1440.85 (bir min dörd yüz qırx manat 85 qəpik) manat əsas, 852.70 (səkkiz yüz əlli iki manat 70 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 186.80 (bir yüz səksən altı manat 80 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehə bir neçə dəfə şifahi müraciət edilməsinə və 28 fevral 2024-cü il tarixli **********774 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmiş və xx.xx.2019-ci il tarixdə isə banka 878 (səkkiz yüz yetmiş səkkiz) manat məbləğində ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə, LPO İddiaçı ASC kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas məbləğ üzrə 1440,85 manat, faiz borcu üzrə 852,70 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 186,80 manat olmaqla, cəmi 2480,35 manat məbləğində kredit borcunun, dövlət büdcəsinə köçürülmüş 44,80 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş ümumi çəkisi 22 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya, ümumi çəkisi 18.90 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya, ümumi çəkisi 14.80 qram olan 750 əyarlı komplektə və ümumi çəkisi 9.80 qram olan 750 əyarlı komplektə yönəldilməsi, həmin qızıl-zinyət əşyasının açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, əldə olunan məbləğ kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 18 iyul 2019-cu il tarixli ***-*******LK180719-01 saylı kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə kreditin borcluya verilməsi öhdəliyini, borclu isə bu kredit borcunu hissə-hissə qaytarılması öhdəliyini öz üzərinə götürür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Azərbaycan Respublikasının MM-nin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 186,80 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşmış olan hüquqi mövqeyə görə bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Bu ehtimal borc alan tərəfindən təkzib edilə bilər. Belə ki, o, bankın konkret şəraitə əsasən müvafiq məbləği yenidən borc verə bilməsinin qeyrimümkünlüyünə dair əks sübut gətirə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdeh ilə aralarında bağlanmış 18 iyul 2019-cu il tarixli ***-*******LK180719-01 nömrəli kredit müqaviləsinin təminatı olaraq cavabdehlə 18 iyul 2019-cu il tarixli ***-*******LK180719-01/QZ2/1 nömrəli Girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əlavə imzalanmış 18 iyul 2019-cu il tarixli Qiymətləndirmə və təhvil-təslim aktında görünür ki, cavabdeh ümumi çəkisi 22 qram olan 750 əyarlı 1 ədəd boyunbağını, ümumi çəkisi 18.90 qram olan 750 əyarlı 1 ədəd boyunbağını, ümumi çəkisi 14.80 qram olan 750 əyarlı 1 ədəd dəsti və ümumi çəkisi 9.80 qram olan 750 əyarlı 1 ədəd dəsti banka girov qoymuşdur. Azərbaycan Respublikasının MM-nin: 269.3-cü maddəsinə görə, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.5-ci maddəsinə görə, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_8.htm 280.1-ci maddəsinə görə, girov müqaviləsi yazılı formada bağlanmalıdır. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1440.85 (bir min dörd yüz qırx manat 85 qəpik) manat əsas borc, 852.70 (səkkiz yüz əlli iki manat 70 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 186.80 (bir yüz səksən altı manat 80 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu və iş üzrə ödənilmiş 44.80 (qırx dörd manat 80 qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməli, tutma kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş ümumi çəkisi 22 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya, ümumi çəkisi 18.90 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya, ümumi çəkisi 14.80 qram olan 750 əyarlı komplektə və ümumi çəkisi 9.80 qram olan 750 əyarlı komplektə yönəldilməli, həmin qızıl-zinyət əşyaları açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçının qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas və faiz borcuna münasibətdə qanuni və əsaslı olduğundan həmin hissələrdə iddia təmin edilməlidir. İddiaçının qızıl-zinyət əşyalarının satışından əldə olunan məbləğ kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan tələb icra hərəkətləri ilə bağlı olduğundan və həmin məsələyə məhkəmə qərarının icrası prosesində baxılmalı olduğundan iddia tələbi həmin hissədə təmin edilə bilməz. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı LPO İddiaçı ASC öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 44,80 (qırx dörd manat 80 qəpik) manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 44,80 (qırx dörd manat 80 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 18 iyul 2019-cu il tarixli ***-*******LK180719-01 nömrəli kredit müqaviləsi üzrə 1440.85 (bir min dörd yüz qırx manat 85 qəpik) manat əsas borc, 852.70 (səkkiz yüz əlli iki manat 70 qəpik) manat faiz borcu və 186.80 (bir yüz səksən altı manat 80 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu və 44.80 (qırx dörd manat 80 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2525,15 (iki min beş yüz iyirmi beş manat 15 qəpik) manat məbləğində borc tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh tərəfindən girov qoyulmuş ümumi çəkisi 22 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya, ümumi çəkisi 18.90 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya, ümumi çəkisi 14.80 qram olan 750 əyarlı komplektə və ümumi çəkisi 9.80 qram olan 750 əyarlı komplektə yönəldilsin. Ümumi çəkisi 22 qram olan 750 əyarlı 1 ədəd boyunbağı, ümumi çəkisi 18.90 qram olan 750 əyarlı 1 ədəd boyunbağı, ümumi çəkisi 14.80 qram olan 750 əyarlı komplekt və ümumi çəkisi 9.80 qram olan 750 əyarlı komplekt açıq hərracda satılsın, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar