Məhkəmə qərarları › İş №e-2(021)-2409/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2409/2022

22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2409/2022 22.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 821,17 manat əsas borc, 5,78 manat faiz borcu olmaqla, cəmi 826,95(səkkiz yüz iyirmi altı manat doxsan beş qəpik) manat məbləğin və ödənilmiş 30,0 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC BOKT MMM QBKT iddia tələbini onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nönmrəli Fərmanının icrası ilə əlaqədar İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialı ilə Bərdə rayonu Qarayusifli kəndində yaşayan X2 arasında 29 yanvar 2020-ci il tarixli 2-21/20 mk saylı Güzəştli Kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdeh X1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə filialına olan borcu restrukrurizasiya olunaraq, 822,0 manat vaxtı keçmiş əsas borcunun illik 1 faiz ödəmək şərti ilə 5 il (1 il güzəşt müddəti tətbiq edilməklə) müddətinə ödənilməsinə dair razılaşma əldə olunmuşdur. Cavabdeh X2 həmin güzəştli kredit müqaviləsi üzrə borcun 5 il müddətinə müqavilədə müəyyən olunmuş qaydada ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdehlər X2 ilə bağlanmış 29 yanvar 2020-ci il tarixli 2-21/20 mk saylı Güzəştli Kredit müqaviləsinin təminatı olaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bərdə fililı ilə Cavabdeh3 arasında 29 yanvar 2020-ci il tarixli 2-21/20 mk saylı və Cavabdeh1 arasında 29 yanvar 2020-ci il tarixli 2-21/20 mk saylı Zaminlik müqavilələri bağlanmış və zaminlər Borclu ilə birlikdə həmin borcun ödənilməsinə Kredit Təşkilatı qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh X2 arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli 2-21/20/ saylı Güzəştli Kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikinə əsasən hər ay borcdan ödəniş etməli idi. Lakin cavabdeh həmin şərtlərə əməl etməmişdir. Cavabdeh X1 iddiaçıya olan borcu 821,17 manat əsas borc, 5,78 manat faiz borcu olmaqla, cəmi borcu 826,95(səkkiz yüz iyirmi altı manat doxsan beş qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə borcluya və onun zaminlərinə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izhat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 21/20-mk saylı 29 yanvar 2020-ci il tarixli güzəştli kredit müqaviləsindən müəyyən olunur ki, bu Müqavilə Azərbaycan Respublikasının Prezidentinin ”Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanılır. -Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 822 (səkkiz yüz iyirini iki) manat qalıq məbləğini ödəməsi məqsədi 822 (səkkiz yüz iyirmi iki) manat məbləğində güzəştli krediti (bundan sonra "Kredit") verməyi. Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (Kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz Öhdəsinə götürür. -Kredit illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə verilir. -Vaxtı keçmiş əsas kredit borcunun hansı valyutada olması nəzərə alınmadan bu müqavilə ilə verilən kredit milli valyutada (manat) rəsmiləşdirilir. -Kredit məbləği Kreditor tərəfindən birbaşa, yəni Borcluya ödənilmədən onun vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilir. -Kreditin verilməsinə görə Borclu Kreditora komissiya haqqı ödəmir. İş materiallarında olan 29 yanvar 2020-ci il tarixli, 1-21/20-mk nömrəli zaminlik müqavilələrindən müəyyən olunur ki, bu müqaviləyə görə zaminlər Cavabdeh1 və Cavabdeh3 borc alanın 29 yanvar 2020-ci il tarixli, 21/20-mk nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan məlumatdan müəyyən olunur ki, Cavabdeh2 qeyd olunan tarixə İddiaçı QSC BOKT-nə 821,17 manat məbləğində əsas borc və 5,78 manat faiz borcunun ümumilikdə 826,95 manat əsas borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh2, Cavabdeh3 oğlu və Cavabdeh1 borcunu ödəməyəcəyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan ********* nömrəli 20 iyun 2022-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı QSC BOKT məhkəmədə iddia qaldırmaq üçün 30,00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh2 29 yanvar 2020-ci il tarixli güzəştli kredit müqaviləsinə əsasən ona verilmiş kredit üzrə öhdəlikərini vaxtında icra etmədiyindən, hazırda onun banka 821,17 manat əsas borc, 5,78 manat faiz borcu olmaqla ümumilikdə cəmi 826,95 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh2 822 manat kredit alması və həmin kredit üzrə 821,17 manat əsas borc, 5,78 manat faiz borcu olmaqla ümumilikdə cəmi 826,95 manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh2 29 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 821,17 manat əsas borc, 5,78 manat faiz borcu olmaqla ümumilikdə cəmi 826,95 manat borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zaminlər Cavabdeh3 və Cavabdeh1 kreditor İddiaçı QSC BOKT qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh2 822 manat kredit alması və həmin kredit üzrə 821,17 manat əsas borc, 5,78 manat faiz borcu olmaqla ümumilikdə cəmi 826,95 manat borcu olması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30,00 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 821,17 (səkkiz yüz iyirmi bir manat on yeddi qəpik) manat əsas borc, 5,78 (beş manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə cəmi 826,95 (səkkiz yüz iyirmi altı manat doxsan beş qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar