Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-245/2024 25.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə 25 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixə kredit üzrə borcu cəmi 3688.69 (üç min altı yüz səksən səkkiz manat -69 qəpik) manat təşkil edir. Bundan 2397.39 (iki min üç yüz doxsan yeddi manat 39 qəpik) manat əsas borc, 997.93 (doqquz yüz doxsan yeddi manat 93 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 293.37 (iki yüz doxsan üç manat 37 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 56.89 (əlli altı manat 89 qəpik) manat dövlət rüsumunun tutulması -tutmanın bankda saxlanca qəbul edilmiş 1 ədəd cəmi çəkisi 52.10 qr təşkil edən boyunbağı və qolbaq, 3 ədəd cəmi çəkisi 39.30 qr təşkil edən komplekt, 1 ədəd cəmi çəkisi 13.00 qr təşkil edən komplekt, 2 ədəd cəmi çəkisi 22.20 qr təşkil edən komplekt, 1 ədəd cəmi çəkisi 7.80 qr təşkil edən sırğaya yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan “AmrahBank" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbi onunla əsaslandırılmışdır ki, “AmrahBank" Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış 25 aprel 2019-cu tarixli ***- *******LK250419-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 5100 (beş min yüz) manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətində olan 1 ədəd cəmi çəkisi 52.10 qr təşkil edən boyunbağı və qolbaq, 3 ədəd cəmi çəkisi 39.30 qr təşkil edən komplekt, 1 ədəd cəmi çəkisi 13.00 qr təşkil edən komplekt, 2 ədəd cəmi çəkisi 22.20 qr təşkil edən komplekt, 1 ədəd cəmi çəkisi 7.80 qr təşkil edən sırğa banka girov qoymuşdur. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli **********025 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixə kredit üzrə borcu cəmi 3688.69 (üç min altı yüz səksən səkkiz manat 69 qəpik} manat təşkil edir. Bundan 2397.39 (iki min üç yüz doxsan yeddi manat 39 qəpik) manat əsas borc, 997.93 (doqquz yüz doxsan yeddi manat 93 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 293.37 (iki yüz doxsan üç manat 37 qəpik) manat faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2021-ci il tarixində 50 (əlli) manat məbləğində ödəniş etmişdir. Bank, iddiaçı bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı ASC-nın nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək iş üzrə baxış iclasını iştirakları olmadan keçirilib və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasında iştirakını heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə ünvan 1ində anadan olmuşdur, ünvan 1i ünvanında qeydiyyatdadır. xx.xx.2019-cu il tarixli ***-*******LK250419-01 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən kredit verən-İddiaçı ASC kredit alan-Cavabdeh 18 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 5100 manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi lə birlikdə “Banka” qaytarmağı öhdəsinə götürür. 13 may 2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******LK250419-01 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün banka 10 may 2022-ci il tarixinə 2397,39 manat əsas, 997,93 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 183,15 (bir yüz səksən üç manat 15 qəpik) manat faiz borcu, cəmi 3578,47 manat borcu yaranmışdır. 03 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 aprel 2023cü il tarixə İddiaçı ASC-nə 3688,69 (üç min altı yüz səksən səkkiz manat 69 qəpik) manat əsas, 997,93 (doqquz yüz doxsan yeddi manat 93 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 293.37 (iki yüz doxsan üç manat 37 qəpik) manat faiz borcu, cəmi 3 688 manat 69 qəpik (üç min altı yüz səksən səkkiz manat 69 qəpik) manat borcu vardır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışdan görünür ki,Cavabdeh xx.xx.1981-ci ildə Bərdə rayonu Bala Qəcər kəndində anadan olmuş, Bərdə rayonu Bala Qəcər kəndində qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 56,89 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli ***- *******LK250419-01 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 5100 manat məbləğində kredit götürmüşdür. İddiaçı iddia ərizəsində cavabdehdən 2397.39 (iki min üç yüz doxsan yeddi manat 39 qəpik) manat əsas borc, 997.93 (doqquz yüz doxsan yeddi manat 93 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 293.37 (iki yüz doxsan üç manat 37 qəpik) manat faiz borcu, cəmi 3688,69 manat borcun ödənilməsini tələb etmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2397.39 (iki min üç yüz doxsan yeddi manat 39 qəpik) manat əsas borc, 997.93 (doqquz yüz doxsan yeddi manat 93 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 293.37 (iki yüz doxsan üç manat 37 qəpik) manat faiz borcu, cəmi 3688,69 manat məbləğində kredit borcu tələbinə dair iddia qismən təmin edilməlidir. 17 iyul 2023-cü il tarixli **********243 saylı etibarnamədən görünür ki, X3 İddiaçı ASCnin etibarnamə üzrə nümayəndəsidir. AR-İİİ seriyalı 206017 nömrəli etibarnamədən görünür ki,X1 Məzahir Tahir oğlunun etibarnamə üzrə nümayəndəsidir. 19 dekabr 2023-cü il tarixli ******* nömrəli vəkil orderindən görünür ki, X1 Məzahir Tahir oğlunun vəkilidir. Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-130/2020 saylı 30 aprel 2020-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 135 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamasına icazə verilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-3693/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı AmrahBank ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. 15 iyul 2024-cü il tarixli 9/816 saylı ekspert rəyindən görünür ki, “Borcalan” Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2020-ci il tarixədək banka ödənilməli olan borcu ümumilikdə 2 568,46 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 2393,09 manat, faiz borcu üzrə 175,37 manat təşkil edir. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə illik faiz dərəcəsi 5 faiz ilə hesablanmaqla Cavabdeh İddiaçı ASC-yə olan borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 2 393,09 manat, faiz borcu üzrə 520,38 manat təşkil edir. Bərdə Rayon Məhkəməsinin 2(021)-245/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı AmrahBank ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Azərbaycan Respublikasının MM-nin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. MM-nin: 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı ASCnin xeyrinə 2 393,09 manat əsas, faiz borcu üzrə 175,37 manat, kredit müqaviləsi bitəndən sonra iddia tələbində göstərilmiş qaydada AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 293.37 manat faiz borcu, cəmi 2 861,83 manat olaraq təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 56,89 (əlli altı manat 89 qəpik) manat dövlət rüsumu ödəmişdir. Həmin rüsum iddianın təmin olunan hissəsinə münasibətdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 48,61 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 2 393,09 manat əsas, faiz borcu üzrə 175,37 manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 293.37 manat faiz borcu, cəmi 2 861,83 (iki min səkkiz yüz altmış bir manat 83 qəpik) manat borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin.
3. İş üzrə ödənilmiş 48,61 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin.
4. Ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün.
5. İddia tələbi qalan hissədə təmin olunmasın.
6. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər.
7. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev