Məhkəmə qərarları › İş №e-2(021)-2451/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-2451/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2451/2025 16.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlu, İddiaçı X2-Bank Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı X2-Bank Kredit Təşkilatı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1940 manat məbləğində əsas borcu, 546.80 manat faiz borcu, 129.95 manat cərimə borcu olmaqla, cəmi 2613.75 manat məbləğində borcun və 46.14 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı X2-Bank Kredit Təşkilatı” ASCnin xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2-Bank Kredit Təşkilatı” ASC ilə cavabdeh X1 arasında bağlanılmış müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti ailə kəndli təsərrüfatının yaradılması, həyat səviyyəsinin yaxşılaşdırılması olmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh vergi ödəyicisi kimi uçota alınmış və əsas fəaliyyət istiqaməti “digər dənli bitkilərin” becərilməsindən ibarətdir. Göründüyü kimi cavabdehlə iddiaçı arasında yaranmış münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlədir. AR MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı X2-Bank Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı X2-Bank Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu” tələbinə iddia ərizəsi geri qaytarılsın. İddiaçı X2-Bank Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 46.14 (qırx altı manat on dörd qəpik) manat dövlət rüsumu geri qaytarılsın (qəbz nömrəsi: **********64). Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar