Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2509/2024 07.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi (vəkili) X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit müqaviləsi üzrə öhdəliyin bölünməsi tələbinə dair mülki işə 07 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə onunla Azərbaycan BB Sumqayıt filialından bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********75 saylı kredit müqaviləsi üzrə 9550 AZN məbləğində öhdəliyin 2/1 hissədə Cavabdeh ilə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2008ci il təvəllüdlü X5 adlı 1 övladları anadan olmuşdur. Uzun müddət ər-arvad kimi normal yaşadıqdan sonra aralarında olan münasibətləri pisləşməyə başlamışdır. Nikahları Bərdə Rayon Məhkəməsinin 2(021)-1478/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh ilə nikah dövründə Azərbaycan BB Sumqayıt filialından xx.xx.2020-ci ildə müqaviləyə əsasən 22 faiz dərəcəsi ilə 8 ay müddətinə 9550 AZN mıbləğində kredit götürmüşdür. Pulu qardaşının ev almasına görə götürmüşlər, lakin Əfsanə pulu ayrı yerə xərcləmiş, qalan hissəsini götürüb qaçmışdır. Ona görə də məhkəmədən birgə nikah dövründə onunla Azərbaycan BB Sumqayıt filialından bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********75 saylı kredit müqaviləsi üzrə 9550 AZN məbləğində öhdəliyin 2/1 hissədə Cavabdeh ilə öhdəliyin bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X8 iddia tələbini qəbul etmədiklərini bildirərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki İddiaçı iddia ərizəsinin verilməsi üçün 100 manat ödəmişdir. xx.xx.2024-cü il tarixi arayışdan görünür ki, İddiaçı mediasiya arayışı Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun 29.3 maddəsinə əsasən verilmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Beynəlxalq Bankın X11 müqaviləsindən görünür ki, İddiaçı ilə bank arasında müqavilə imzalanmışdır. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. Sumqayıt şəh. MİK 6 ev 35 mənzil 179-da yaşayır. Soğunun nəticəsindən görünür ki, Cavabdeh xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Azərbaycan BB Sumqayıt Filialının ödəniş cədvəlindən görünür ki, İddiaçı hər ay kredit müqaviləsi üzrə 300.89 manat məbləğində ödəniş etməli idi. ƏN-İ 951349 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı etibarnamə üzərində nümayəndə səlahiyyətlərini X2 vermişdir. xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh nümayəndə səlahiyyətlərini X7 etibar etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 6.39-cu bəndinə əsasən göstərilir ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Lakin indiki halda İddiaçı artıq icra edilmiş öhdəliyi öz şəxsi vəsaiti hesabına tam və ya qismən ödəmiş olduğu müəyyən olunmur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Azərbaycan BB Sumqayıt Filialında İddiaçı ilə kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə əsasında kredit məbləğinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin məhkəmədən birgə nikah dövründə onunla Azərbaycan BB Sumqayıt filialından bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********75 saylı kredit müqaviləsi üzrə 9550 AZN məbləğində öhdəliyin 2/1 hissədə Cavabdeh ilə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində cavabdehin kredit pul məbləğini götürüb xərcləməsini iddia etsə də, söylədiklərinin subutu olaraq heç bir rəsmi sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Göründüyü kimi, İddiaçı ona vurulmuş maddi zərəri və ya götürülmüş kredit məbləğinin ailə təsərrüfat xərclərinə sərf olunmadığını sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş ABB Yeni Sumqayıt filialının xx.xx.2024-cü il tarixli arayışına əsasən artıq belə bir kredit öhdəliyinin mövcud olmadığı aşkar olmaqla iddiaçı tərəfindən öhdəliyin tam şəkildə icra olunması müəyyən olunmur. Bu baxımdan hal-hazırki iddia daxilində qoyulmuş tələb uğurlu olmamaqla təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:
1. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit müqaviləsi üzrə öhdəliyin bölünməsi tələbinə dair iddiası təmin edilməsin.
2. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ziya Abdullayev