Məhkəmə qərarları › İş №e-2(021)-2564/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-2564/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2564/2022 19.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı “Kredit müqaviləsinin ləğv edilməsi, kreditin, fazilərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin qarşı “Kredit müqaviləsinin ləğv edilməsi, kreditin, fazilərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə iddiaçı arasında bağlanmış 02 dekabr 2021-ci il tarixli PRL-222-0288-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, 1165,37 manat əsas kredit borcu, 40,93 manat cərimə olmaqla, cəmi 1206,03 manat borcun və 32,06 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir, ilk növbədə iddia ərizəsi məhkəməyə verilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin iddianın verilməsi ilə bağlı olan Xİİ fəslinin tələblərinə uyğun tərtib edilmiş olmalıdır. Hazırkı iddia ərizəsindən görünür ki, iddia ərizəsi hüquqi şəxsin – İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin adından verilsə də iddia ərizəsi elektron məhkəmə informasiya sisteminə nümayəndə X3 tərəfindən təqdim edilmişdir. Belə olan halda iddia ərizəsinə nümayəndənin səlahiyyətini təsdiq edən sənəd əlavə edilməlidir. Lakin, iş materiallarında nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya cəmiyyətin təsis sənədi mövcud deyildir, həmçinin qanuni təmsilçinin səlahiyyətini təsdiq edən nizamnamə iş materiallarına əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. MPM-in 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-in 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Lakin hazırkı iddia ərizəsi Nümayəndə adlı şəxs tərəfindən imzalanmış olsa da həmin şəxsin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti adından iddia ərizəsi imzalamaq səlahiyyəti olmasını göstərən hər hansı sənəd və şəxsiyyətini təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanaraq məhkəməyə verilmiş olduğundan iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə, həmçinin qeyd edir ki, hüquqi şəxsin nümayəndəsinin hüquqi şəxs adından iddia ərizəsi imzalamaq səlahiyyəti etibarnamədə xüsusi olaraq qeyd edilməlidir. Məhkəmə iddiaçının nəzərinə çatdırmağı zəruri hesab edir ki, iddiaçı tərəfindən hazırkı qərardadda göstərilən nöqsanlar aradan qaldırılaraq yenidən məhkəməyə müraciət ediləcəyi halda bu hal xüsusi nəzərə alınmalıdır. Belə ki, MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin qarşı “Kredit müqaviləsinin ləğv edilməsi, kreditin, fazilərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin qarşı “Kredit müqaviləsinin ləğv edilməsi, kreditin, fazilərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar