Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-281/2025 09.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə 09 sentyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, “Renault Megane” markalı **-ST-*** dövlət qeydiyat nişanlı avtomobilə dəymiş zərər olaraq 4525 AZN avtomobilin qəzalı status aldıqdan sonra itirilmiş bazar dəyəri olaraq 800 AZN olmaqla ümumilkdə 5325 AZN və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 74 AZN vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. MPM 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-281/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-281/2025
09.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver