Məhkəmə qərarları › İş №e-2(021)-2819/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2819/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2819/2023 01.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçıASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçıdan 2000 manat məbləğində kredit almışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2, Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit alan müqavilənin şərtlərini pozmuş və nəticədə onun iddiaçıya 990.18 manat əsas borc, 488.22 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən borca illik 5%-lə hesablanmış 115.64 mana faiz borcu olmqla, cəmi 1594.04 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 28 iyun 2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə İddiaçıASC-nin (ləğv prosesindədir) ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-dən (ləğv prosesindədir) kredit götürmüşdür. İş materiallarında olan zaminlik müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqavilə Cavabdeh2, Cavabdeh3 ilə İddiaçı ASC (ləğv prosesindədir) arasında bağlanmışdır. İş materiallarında olan 28 iyun 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 18 ay ərzində ödəmək şərti ilə kreditor tərəfindən borc alana illik 28 % ödənilməsi şərti ilə verilmiş 2000 manat məbləğində krediti İddiaçı ASC-yə (ləğv prosesindədir) ödəməli idi. İş materiallarında olan maliyyə arayışlarından və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 Amrahbank» ASC-yə (ləğv prosesindədir) 990.18 manat əsas borc, 488.22 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən borca illik 5%-lə hesablanmış 115.64 mana faiz borcu olmqla, cəmi 1594.04 manat borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 990.18 manat əsas borc, 488.22 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən borca illik 5%-lə hesablanmış 115.64 mana faiz borcu olmqla, cəmi 1594.04 manat borcu tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 990.18 manat əsas borc, 488.22 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən borca illik 5%-lə hesablanmış 115.64 manat faiz borcu olmqla, cəmi 1594.04 manat (min beş yüz doxsan dörd manat dörd qəpik) borc və 35.94 (otuz beş manat doxsan dörd qəpik) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar