Məhkəmə qərarları › İş №e-2(021)-2824/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-2824/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2824/2023 04.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qasım oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya LPO İddiaçı ASC) Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC məhkəmədə iddia qaldıraraq, cəmi 2950,66 (iki min doqquz yüz əlli ABŞ dolları 66 sent) ABŞ dolları əsas borcun və iş üzrə ödənilmiş 70,17 (yetmiş manat 17 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv posesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin hüquq şöbəsinin aparıcı mütəxəssisi Hikmət Həsənli məhkəməyə ərizə göndərərək mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin ödənilmiş 70,17 (yetmiş manat 17 qəpik) manat məbləğində dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, iddiaçı LPO İddiaçı ASC-nin hüquq şöbəsinin aparıcı mütəxəssisi Hikmət Həsənlinin ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 170.1-ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi qaytarıldığından iş üzrə ödənilmiş 70,17 (yetmiş manat 17 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 14 iyun 2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə dövlət büdcəsinə ödədiyi 70,17 (yetmiş manat 17 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bank, kod: 501004, VÖEN: **********, Müxbir hesab: AZ74NABZ**********000001944, SWİFT BİK: NABZAZ 2C, Alan müştəri: LPO İddiaçı ASC, VÖEN: **********, Hesablaşma hesabı: AZ78NABZ******************** hesabına geri qaytarılsın. Qərardaddan 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar