Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2834/2023 22.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair kiçik iddialar üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbi kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 028CASA191990003 saylı müqavilə üzrə yaranmış 1051,24 manat əsas, 14,76 manat faiz, cəmi 1066 manat borcun və 30,66 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə verərək, sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni işdə olan sənədlərlə əlaqəli şəkildə nəzərdən keçirib belə hesab edir ki, İddiaçı ASC-nin ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC Bərdə Rayon Məhkəməsinin xeyrinə 31,06 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 152.1.9-cu mаddəsinə əsаsən iddiа ərizəsini icrааtа götürmək hаqqındа qərаrdаd çıxаrılаnа qədər iddiаçıdаn iddiа ərizəsinin qаytаrılmаsınа dаir ərizə dаxil оlduqdа hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair kiçik iddialar üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin həmin işə mahiyyəti üzrə baxılması üçün ödənilmiş dövlət rüsumu İddiaçı ASC-yə geri qaytarılmalıdır. Şərh оlunаnlаrа əsаsən və MPM-in 152, 263, 264, 267, 268 və 269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair kiçik iddialar üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı ASC-yə geri qaytarılsın. İş üzrə ödənilmiş 31,06 (otuz bir manat altı qəpik) manat dövlət rüsumu İddiaçı ASC-yə geri qaytarılsın. Həmin məbləğ Bank: İddiaçı ASC Hesab AZN: AZ25BRES******************** Bankın VÖEN-i: ********** M/H: AZ80NABZ******************** S.W.İ.F.T BİK: BRESAZ22 Bankın kodu: 505668 VÖEN: ********** hesaba ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-2834/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-2834/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver