Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2881/2025 22.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif оğlunun sədrliyi ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" ASC məhkəməyə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 570 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 600 manat pulun iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “İsuzu NPR 75 KD” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Hyundai Sonata” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vatisəsinə dəymiş zərər üzrə 570 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Yasamal Rayon DYPŞ-nin “İnzibati tənbeh vermə haqqında” qərarı ilə müəyyən edilmişdir ki, “İsuzu NPR 75 KD” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0788/23 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2023-cü il tarixli 0788/23 nömrəli pretenziya məktubundan görünür ki, Cavabdeh 570 manat məbləğdə vəsaitin 7 gün ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş edilmiş, əks halda məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixli CM1073/20 saylı işə dair Sığorta Aktından görünür ki, sığortalı "xxxx" MMC-yə məxsus **-JZ-*** dövlət qeydiyyat nişanlı “İsuzu NPR 75 KD” markalı avtomobil PQA********** nömrəli sığorta şəhadətnaməsinə uyğun olaraq xx.xx.2019xx.xx.2020 müddətinə sığortalanmışdır, sığorta məbləğinin limiti 5000 manat təşkil edib. Toqquşma növündə sığorta hadisəsi xx.xx.2020-ci il tarixdə saat 15:15-də baş verib, sığortalanmış avtomobili idarə edən şəxs Cavabdeh olmuşdur. Zərərçəkən şəxs X6, avtomobil **-SK-*** dövlət qeydiyyat nişanlı Hyundai Sonata olub. Əmlaka dəymiş zərərə görə sığorta ödənişi 570 manat təşkil edib, köçürülmə yolu ilə "xxxx" MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin sifarişçi "xxxx" ASC-yə təqdim etdiyi xx.xx.2020-ci il tarixli Qüsur aktından, xx.xx.2020-ci il tarixli hesab-fakturadan və xx.xx.2020-ci il tarixli Elektron qaimədən görünür ki, ** SK *** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə və texniki xidmətə görə ödəniləcək yekun məbləğ 570 manat olaraq müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli 0857/20 nömrəli bildirişdən görünür ki, Cavabdeh X3 məxsus ** SK *** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı avtomobilə dəymiş zərər məbləğinin qiymətləndirilməsinin nəticələri ilə tanış olmaq məqsədilə 2 gün ərzində "xxxx" ASC ilə əlaqə saxlanılması xahiş edilmiş, sığorta ödənişi həyata keçirildikdən sonra subroqasiya qaydasında zərərin ödənilməsi tələbi ilə ona müraciət ediləcəyi bildirilmişdir. PQA********** nömrəli, xx.xx.2019-cu il tarixli İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" MMC-yə məxsus, **-JZ-*** dövlət qeydiyyat nişanlı İsuzu NPR 75 KD markalı avtomobil əmlaka və sağlamlığa vurulan zərərə görə xx.xx.2019xx.xx.2020-ci il müddəti üçün sığortaçı "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2020-ci il tarixli Cəfərov Cəfər tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizədən görünür ki, sonuncu ona məxsus Hyundai markalı ** SK *** dövlət qeydiyyatlı avtomobilin Cavabdeh ifadə etdiyi İsuzu markalı ** JZ *** dövlət qeydiyyatlı avtomobil tərəfindən vurulduğunu, sürücünün hadisə yerindən yayındığını bildirmiş, "xxxx" ASC tərəfindən sığorta ödənişinin verilməsini xahiş etmişdir. AD seriyalı 588539 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-JZ-*** dövlət qeydiyyat nişanlı “İsuzu NPR 75 KD yük” markalı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. 01-31 avqust 2020-ci il tarixlərinə Yük avtonəqliyyatı üçün yol vərəqəsindən görünür ki, həmin yol vərəqəsi İsuzu markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində "xxxx" MMC tərəfindən Cavabdeh verilmişdir. AD seriyalı 472204 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-SK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata minik” markalı nəqliyyat vasitəsi X1 məxsusdur. xx.xx.2016-cı il tarixli Etibarnamədən görünür ki, X4 tərəfindən X3 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, həmçinin digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2046-cı ilə qədər verilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, hadisə xx.xx.2020-ci il tarixdə saat 15:15-də Yeni Yasamal rayonunda həyətin içində baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü hadisə yerindən yayınmadır. Arayışın 1-ci hissəsindən görünür ki, nəqliyyat vasitəsi **-JZ-*** dövlət qeydiyyat nişanlı İsuzu markalı maşındır, nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" MMC, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh olmuşdur. Arayışın 2-ci hissəsindən görünür ki, zərərin növü əmlaka dəyən zərər, zərər vurulan nəqliyyat vasitəsi Hyundai markalı **-SK-*** qeydiyyat nişanlı maşın olub, ön sol qanada zərər dəyib, onun mülkiyyətçisi X4, hadisə zamanı idarə edən şəxs X6 olmuşdur. İXP ******* nömrəli Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati xəta haqqında Protokoldan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində saat 15:15-də “İsuzu NPR 75 KD yük” markalı **-JZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, İXP3450246 nömrəli xx.xx.2020-ci il tarixli protokola baxılaraq müəyyən edildi ki, Məcidli X5 Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş, barəsində 100 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixli X2 "xxxx" ASC-nin rəhbərliyinə ünvanlanmış Ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Hyundai Sonata markalı **-SK-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər "xxxx" MMC təmir müəssisəsində təmir edilmiş və dəymiş ziyan tam şəkildə aradan qaldırılmışdır, təmirlə əlaqədar hər hansı irad və etirazı yoxdur, avtomobili təhvil almışdır. xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin Arayışından görünür ki, CM1073/20 saylı sığorta aktına əsasən xx.xx.2020-ci il tarixində baş vermiş sığorta hadisəsinə görə 570 manat məbləğində sığorta ödənişi xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. xx.xx.2025-ci il tarixli **********07 nömrəli AsanPay ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin:
327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəyə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib müəyyən etmişdir ki, “İsuzu NPR 75 KD” markalı **-JZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh tərəfindən idarə olunan “İsuzu NPR 75 KD” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdə “Hyundai Sonata” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində “Hyundai Sonata” markalı **-SK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərər Qüsur aktında öz əksini tapmış və həmin məbləğ "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxs X3 ödənilmişdir. İnzibati xəta haqqında protokola və qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Sürücünün hadisə yerindən yayındığına görə sığortaçı, etdiyi 570 manat məbləğində ödənişi “İcbari sığorta haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən cavabdehdən tələb etməyə haqlıdır, yəni sığortaçının subroqasiya hüququ yaranmışdır. İddiaçı cavabdehə xəbərdarlığı göndərməklə pretenziya qaydalarına riayət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 570 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi təmin edilsin. Cavabdeh 570 (beş yüz yetmiş) manat tutulаrаq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutulаrаq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Bayram Məhərrəmov