Məhkəmə qərarları › İş №e-2(021)-2888/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-2888/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2888/2025 04.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif оğlunun sədrliyi, Camalzadə Cəmilə Rüstəm qızının katibliyi ilə, İddiaçı LPO” Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı LPO” Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 iyun 2019-cu il tarixli MBNP ***- *******FİMSA030619-01 nömrəli kredit müqaviləsi üzrə 12 may 2025-ci il tarixə banka ödənilməmiş cəmi 2798.80 (iki min yeddi yüz doxsan səkkiz manat 80 qəpik) manat məbləğində borcu - bundan 2557.86 (iki min beş yüz əlli yeddi manat 86 qəpik) manat əsas borc, 114.22 (yüz on dörd manat 22 qəpik) manat faiz və 126.72 (yüz iyirmi altı manat 72 qəpik) kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz və iş üzrə ödənilmiş 47.99 (qırx yeddi manat manat 99 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı LPO” Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 28 may filialı ilə Cavabdeh1arasında “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış 01 iyul 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)010719-01nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 22 dekabr 2014-ci il tarixli 4698 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 2557.87 (iki min beş yüz əlli yeddi manat 87 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1kredit verilərkən bank ilə Cavabdeh2 oğluarasında 01 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)010719-01/ZM/1nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1 və 2.4.4-cü bəndlərinə əsasən Cavabdeh1kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh1 01 iyul 2025-ci il tarixli MBNP ***-*******FİMSA(B)010719-01 nömrəli kredit müqaviləsi üzrə 23 iyun 2025-ci il tarixə banka ödənilməmiş cəmi 2798.80 (iki min yeddi yüz doxsan səkkiz manat 80 qəpik) manat məbləğində borcu vardır. Bundan 2557.86 (iki min beş yüz əlli yeddi manat 86 qəpik) manat əsas borc, 114.22 (yüz on dörd manat 22 qəpik) manat faiz və 126.72 (yüz iyirmi altı manat 72 qəpik) kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. İş üzrə İddiaçı LPO” Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə göndərərək işə nümayəndənin iştirakı olamdan baxılaraq iddias tələbini təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan abxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehlərin işirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materilallarını araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş 22 dekabr 2014-cü il tarixli,4698 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 3200 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 01 iyul 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)010719-01nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 22 dekabr 2014-ci il tarixli 4698 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 2557.87 (iki min beş yüz əlli yeddi manat 87 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 01 aprel 2016-cı il tarixli, 2(021)2653/2016 nömrəli məhkəmə əmrinin surətindən görünür ki, "xxxx" ASC ilə borclu Cavabdeh1 arasında 22 dekabr 2014-0cü il tarixli 4698 saylı kredit müqaviləsinə və X2 arasında 22 dekabr 2014-cü il tarixli 4698 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.1984-cü ildə Bərdə rayonu Mollalı kəndində anadan olmuş, Bərdə rayonu Mollalı kəndində yaşayan Cavabdeh1 və xx.xx.1960-cı ildə Bərdə rayonu Mollalı kəndində anadan olmuş, Bərdə rayonu Mollalı kəndində yaşayan X1 müştərək qaydada 2557 manat əsas borc, 968 manat faiz borcu, 30 manat cərimə borcu, cəmi 3555(üç min beş yüz əlli beş) manat və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə əmr verilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Beləliklə müəyyən olunur ki, iddiaçı qeyd olunan eyni iddia predmeti, eyni tərəf və əsaslar üzrə əvvəllər məhkəməyə müraciət etmiş və iddia tələbinin həmin hissədə təmin olunmamasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktı vardır. Belə olduğu halda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı LPO” Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar