Məhkəmə qərarları › İş №e-2(021)-2923/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-2923/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2923/2025 28.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdeh X3 qarşı “kredit resturukziasiya müqaviləsi üzrə borcun geri qaytarılması və çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair ərizəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı BOKT ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 xx.xx.2019-cu il tarixli, PBİ-081 nömrəli kredit resturukzasiya müqaviləsi üzrə 3469.87 manat əsas, 130.17 manat hesablanmıç faiz, 693.97 manat dəbbə pulu cəmi 4294.01 manat borcun və ödənilmiş 64 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı BOKT X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materillarını araşdırıb məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanmalıdır. Belə ki , iş materillarından görünür ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, PBİ- 081 nömrəli kredit resturukzasiya müqaviləsi imzalansa da iş materillarına resturukzasiya müqaviləsinin bağlanması üçün əsas olan ilkin kredit müqaviləsi əlavə edilməmişdir. İlkin kredit müqaviləsinin təqdim edilməsi iddiaçıdan tələb olunsa da, iddiaçı ilkin kredit müqaviləsini məhkəməyə təqdim etməmişdir. İlkin kredit müqaviləsi məhkəməyə təqdim edilmədən işin məhkəmə aidiyyətini müəyyən etmək mümkün oilmadığından məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ İddiaçı BOKT ASC-nin cavabdeh X3 qarşı “kredit resturukziasiya müqaviləsi üzrə borcun geri qaytarılması və çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar