Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2934/2022 19.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kreditin və kreditə görə faizlərin, vurulmuş ziyanın ödənilməsinə dair və sair tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 32080***-*******01 saylı, 08 aprel 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh 6800 AZN əsas kredit borcu, 622.01 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 7422.01 manat, həmçinin 94.23 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 08 aprel 2021-ci il tarixli güzəştli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 6800.00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifdəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 08 iyul 2022-ci il tarixə iddiaçıya 622.01 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 7422.01 manat kredit borcu qalmaqdadır. İddiaçı ASC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08 aprel 2021-ci il tarixli 32080***-*******01 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 24 ay müddətinə, illik 18% dərəcəsi ilə, 6800 manat məbləğdə kredit vermişdir. Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh 08 aprel 2021-ci il tarixli 32080***-*******01 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 6800 AZN əsas kredit borcu, 622.01 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 7422.01 manat borcu yaranmışdır. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh banka olan borcunu 3 bank iş günü müddətində tam ödəməsi, borc məbləğinin könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 94.23 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 08 aprel 2021-ci il tarixli 32080***-*******01 nömrəli kredit müqaviləsinə əsasən ona verilmiş kreditə görə 6800 AZN əsas kredit borcu, 622.01 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 7422.01 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 6800 AZN əsas kredit borcu, 622.01 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 7422.01 manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 6800 AZN əsas kredit borcu, 622.01 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 7422.01 manat borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 94.23 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kreditin və kreditə görə faizlərin, vurulmuş ziyanın ödənilməsinə və sair tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 08 aprel 2021-ci il tarixli 32080***- *******01 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 6800 AZN əsas kredit borcu, 622.01 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 7422.01 AZN (yeddi min dörd yüz iyirmi iki manat bir qəpik) AZN kredit borcu və ödənilmiş 94.23 manat dövlət rüsumu tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov İş № 2(021) 2934/2022 Çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ 19 oktyabr 2022-ci il Bərdə şəhəri Bərdə Rayon Məhkəməsi Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kreditin və kreditə görə faizlərin, vurulmuş ziyanın ödənilməsinə dair və sair tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kreditin və kreditə görə faizlərin, vurulmuş ziyanın ödənilməsinə və sair tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 08 aprel 2021-ci il tarixli 32080***- *******01 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 6800 AZN əsas kredit borcu, 622.01 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 7422.01 AZN (yeddi min dörd yüz iyirmi iki manat bir qəpik) AZN kredit borcu və ödənilmiş 94.23 manat dövlət rüsumu tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elsun Əhmədov İş № 2(021)-2934/2022 Məhkəmə baxış iclasının Protokolu 19 oktyabr 2022-ci il Bərdə şəhəri Bərdə Rayon Məhkəməsi Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kreditin və kreditə görə faizlərin, vurulmuş ziyanın ödənilməsinə dair və sair tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası, saat 10:35-də başlandı. Sədrlik edən, məruzə etmək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi Orxan Bayramov: Hörmətli məhkəmə, məhkəmə iclasına iddiaçının nümayəndəsi X8 gəlmiş, Cavabdeh gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Sədrlik edən, cavabdehin iştirakı olmadan keçirilməsi barədə iddiaçının nümayəndəsinin fikrini soruşur. Sədrlik edənin sualına cavab olaraq iddiaçının nümayəndəsi X8 məhkəmə iclasının cavabdeh AbbasovKamil Qəzənfər oğlunun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirir. Məhkəmə yerində müşavirə edərək Qərara alır: Cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə iclası onların iştirakı olmadan keçirilsin. Sədrlik edən, məhkəmə tərkibini elan edərək göstərir ki, sədrlik edir hakimi Elsun Əhmədov, məhkəmə iclas katibi Orxan Bayramovdur. Sədrlik edən, iddiaçının nümayəndəsinin sədrlik edən hakimə və məhkəmə iclas katibinə etirazının olub-olmadığını soruşdu. Sədrlik edənin sualına cavab olaraq, iddiaçının nümayəndəsi X1 edənə və məhkəmə iclas katibinə etirazı olmadğını bildirdi. Sədrlik edən iddiaçının nümayəndəsi X3 şəxsiyyətini müəyyən edir. İddiaçının nümayəndəsi: X8 01 yanvar 1983-cü ildə doğulmuş, ali təhsilli, İddiaçı ASC-də hüquqşünas İşləyir, Bərdə rayonu, Kətəlparaq kəndində yaşayır. Sədrlik edən iddiaçının nümayəndəsi X4 Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 47-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini, o cümlədən müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəmədə iştirak etmək hüquqlarını izah edir. İddiaçının nümayəndəsi X8: Hüquqlarım mənə aydındır. Sədrlik edən cavabdehlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.2ci maddəsinin tələblərini izah edir. Barışıq sazişinin şərtlərinin qaydasını bildirir. İddiaçının nümayəndəsi X8: Bu maddənin tələblərini başa düşürəm. Sədrlik edən İddiaçının nümayəndəsi X5 tələbin mahiyyəti barədə izahat vermək üçün məhkəmə iclas zalındakı kürsüyə dəvət edir. İddiaçının nümayəndəsi X3 izahatı: Hörmətli məhkəmə, iddianı müdafiə edirəm, Cavabdeh 08 aprel 2021-ci il tarixli güzəştli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 6800.00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifdəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 08 iyul 2022-ci il tarixə iddiaçıya 622.01 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 7422.01 manat kredit borcu qalmaqdadır. Sədrlik edənin sualına cavab olaraq iddiaçının nümayəndəsi X8: - Möhtərəm hakim, xəbərdarlıq olunsa da borc məbləğini banka ödəməmişdir. Suallar olmadı. Sədrlik edən işdə olan sənədləri oxuyub elan edir. Elan olunmuş sənədlərə dair iddiaçının nümayəndəsinin etirazı və əlavəsi olmadı. Sədrlik edən işə mahiyyəti üzrə baxılmasının qurtarması və məhkəmə tədqiqinə dair əlavəsi olub-olmamasını iddiaçının nümayəndəsindən soruşur. Sədrlik edənin sualına cavab olaraq olaraq iddiaçının nümayəndəsinin məhkəmə tədqiqinə əlavəsi olmadı və tamamlanmasını xahiş etdilər. Məhkəmə yerində müşavirə edərək Qərara alır: Məhkəmə tədqiqi tamamlansın, məhkəmə çıxışları başlanılsın. Sədrlik edən çıxış üçün iddiaçının nümayəndəsi X2 verir. İddiaçının nümayəndəsi X8: Möhtərəm hakim, iddianı müdafiə edirəm, təmin edilməsini xahiş edirəm. Sədrlik edən müşavirə otağına gedir, müşavirə otağından qayıdaraq qətanməni oxuyub elan edir. Qətnamənin məzmununu, şikayət vermək, müddəti və qaydasını, habelə tərəflərin iclas protokolu ilə tanış olub qeydlər vermək hüququnun olmasını izah edir. Sədrlik edən saat 10:50-də məhkəmə iclasını bağlı elan edir. Protokol 19 oktyabr 2021-ci il tarixdə tərtib olundu. Sədrlik edən Elsun Əhmədov Məhkəmə iclas katibi Orxan Bayramov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «19» oktyabr 2022-ci il № 2(021)-2934/2022 İddiaçı: İddiaçı ASC-yə Bakı şəhəri, Xəqani küçəsi 21 Cavabdeh: Cavabdeh Bərdə şəhəri, H.Aslanov küçəsi döngə 3, ev 8 Bərdə Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(021)-2934/2022 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: Qətnamənin surəti “ ” vərəqə. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(021)-2934/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2934/2022
19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver