Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2988/2025 26.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı FİNCA Azerbaijan” MMQBKT-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə 26 noyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı FİNCA Azerbaijan” MMQBKT məhkəmədə iddia qaldıraraq, Cavabdeh **********1165 saylı kredit müqaviləsi üzrə 1670,65 manat, **********1178 saylı kredit müqaviləsi üzrə 892 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə göndərərək iddia tələbinə dair mülki işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmamasını bildirdi. Qeyd olunur ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə öhdəliyin yaranmasına əsas olmuş əsas kredit müqavilələrinin məhkəməyə təqdim olunmasının zəruriliyi barədə iddiaçı qurum məlumatlandırılmışdır. Lakin əsas kredit müqavilələri elektron məhkəmə informasiya sisteminə əlavə edilməmişdir. Göstərilən səbəbdən, iddia Azərbaycan Respublikası MPM-nin 259.0.12-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı FİNCA Azerbaijan” MMQBKT-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı FİNCA Azerbaijan” MMQBKT tərəfindən ödənilmiş 45.64 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-2988/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-2988/2025
26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver