Məhkəmə qərarları › İş №e-2(021)-299/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-299/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-299/2023 12.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas kаtibliyi, Cavabdeh2 iştirakı ilə, İddiаçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025R********** saylı kredit razılaşmasının ləğv edilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 025R********** saylı kredit razılaşması üzrə 6733.64 manat məbləğində kredit borcu, 62.04 manat məbləğində faiz borcu və 2414.56 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9210 (doqquz min iki yüz on) manat 24 (iyirmi dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 112.10 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1i ünvanında xüsusi mülkiyyətdə olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 9210 (doqquz min iki yüz on) manat 24 (iyirmi dörd) qəpik məbləğində borcun, ödənilmiş 112.10 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi müştərək qaydada tutulması; Cavabdeh2 mülkiyyətində olan ünvan 1i ünvanında xüsusi mülkiyyətdə olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 25L000001575 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən edilir. Tərəflərin imzaladıqları xx.xx.2019-cu il tarixli, 25L000001575S saylı sazişlə kredit xətti müqaviləsinin müddəti uzadılaraq 187 (yüz səksən yeddi) ay olaraq müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 025R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 8263.72 (səkkiz min iki yüz altımış üç manat 72 qəpik) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1355,85 manat ödəmiş, onun 6733,64 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 347 gün üçün hesablanmış faiz borcu 62,04 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0,1% artıq olmaması şərtilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 347 gün üçün hesablanmış cərimə 2414,56 manat təşkil edir. Bundan başqa tərəflər arasında zaminlik müqavilələri bağlanmış və zaminlər əsas borclunun məsuliyyətini öz üzərinə götürmüşdür. Bundan başqa müqavilə ilə cavabdehlərdən Cavabdeh2 mülkiyyətində olan Bərdə rayonu Lək kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir və müqaviləyə əsasən orada qeydiyyatda olan digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ipoteka predmetinə tutma yönəldildiyi halda həmin əmlakı qeyd şərtsiz boşaldacaqları barədə öhdəlik götürmüşlər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr təqdim edərək iş üzrə keçiriləcək məhkəmə hazırlıq və baxış iclaslarının onların iştirakı olmadan keçirilib iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh2 məhkəmə iclasında iştirak etmiş və iddianı qismən qəbul etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı 0******* saylı Şəxsiyyət Vəsiqəsindən görünür ki, Cavabdeh4 xx.xx.1952-ci ildə Bərdə rayonu Əyricə kəndində doğulmuşdur, ünvan 1ində qeydiyyatdadır. AZE seriyalı ******** saylı Şəxsiyyət Vəsiqəsindən görünür ki, Cavabdeh2 xx.xx.1964-cü ildə Bərdə rayonu Lək kəndində doğulmuşdur, ünvan 1ində qeydiyyatdadır. AZE seriyalı ******** saylı Şəxsiyyət Vəsiqəsindən görünür ki, Cavabdeh3 xx.xx.1987-ci ildə doğulmuşdur və Bərdə rayonu Lək kəndində qeydiyyatdadır. AZE seriyalı ******** saylı Şəxsiyyət Vəsiqəsindən görünür ki, Cavabdeh1 Bərdə rayonu Lək kəndində yaşayır. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 01 may 2014-cü il tarixli 25L000001575 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli, 025R********** nömrəli kredit razılaşmasından görünür ki, Bank məbləği 8263,72 (səkkiz min iki yüz altmış üç manat 72 qəpik) manat olan krediti illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 1 il güzəşt müddəti ilə Kredit Alana verir. Kredit Alan krediti və ona hesablanmış faizləri bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılmış ödəniş planına uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. "xxxx" QSC-nin Bərdə filialı ilə Cavabdeh1 arasında bağlanmış 01 may 2014-cü il tarixli, 25L000001575 nömrəli kredit xətti müqaviləsindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit Alana 100000 (bir yüz min) ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında kredit razılaşması bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üzrə razılaşma formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay 1 may 2024-cü il tarixdən gec olmayaraq verilməlidir. "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 02 may 2014-cü il tarixli 25S000002698 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 01 may 2014-cü il tarixli kredit xətti müqaviləsindən və bu kredit xətti müqaviləsinin ayrıca tərkib hissəsi olan bağlanan ayrıca razılaşmalardan irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 01 may 2014-cü il tarixli 25S000002700 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 01 may 2014-cü il tarixli kredit xətti müqaviləsindən və bu kredit xətti müqaviləsinin ayrıca tərkib hissəsi olan bağlanan ayrıca razılaşmalardan irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış 01 may 2014-cü il tarixli 25S000002699 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 01 may 2014-cü il tarixli kredit xətti müqaviləsindən və bu kredit xətti müqaviləsinin ayrıca tərkib hissəsi olan bağlanan ayrıca razılaşmalardan irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. "xxxx" QSC-nin Bərdə filialı ilə Cavabdeh2 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 02 may 2014-cü il tarixli 25M000000243 nömrəli ipoteka müqaviləsindən görünür ki, İpoteka Verən qismində çıxış edən Piriyeva X2 ilə Cavabdeh1 arasında 01 may 2014-cü il tarixdə Bərdə şəhərində bağlanmış 25L000001575 saylı Kredit Xətti müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan bağlanan ayrıca razılaşmalar üzrə mülkiyyətində olan ünvan 1ində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı, yaşayış sahəsi 70,4 kv.m, yardımçı sahəsi 54,8 kv.m, ümumi sahəsi isə 125.2 kv.m. olan fərdi yaşayış evini "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edir. Cavabdeh1, Cavabdeh2 Məhəmmədli qızı və "xxxx" QSC-nin Bərdə filialı arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 28 dekabr 2019-cu il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişə əsasən ünvan 1ində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC-nin Bərdə filialı və Cavabdeh1 arasında bağlanmış Uzunmüddətli Kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 28 dekabr 2019-cu il tarixli 25L000001575S saylı Sazişdən görünür ki, Bank Kredit Alana 100000 (bir yüz min) ABŞ dolları məbləğində uzunmüddətli kredit müqaviləsini açır. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 187 (bir yüz səksən yeddi) ay müddətinə 01 dekabr 2029-cu il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və Kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur. Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 28 dekabr 2019-cu il tarixli 25S000002698S saylı, 30 dekabr 2019-cu il tarixli 25S000002699SA saylı və 30 dekabr 2019-cu il tarixli 25S000002700SA saylı Sazişlərdən görünür ki, zaminlik müqaviləsinin təmin etdiyi öhdəlik olan uzunmüddətli kredit müqaviləsinin müddəti 187 ay müəyyən edildiyindən zaminlik müqavilələrinə dəyişiklik və əlavə edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Cavabdeh2 məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evi 0.10 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2014-cü il tarixdə "xxxx" QSC Bərdə filialının xeyrinə yüklü edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Cavabdeh2 məxsus ünvan 1ində yerləşən 125,2 kv.m fərdi yaşayış evi 0.10 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2020-ci il tarixdə "xxxx" QSC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli 2 №-li forma barədə arayışdan görünür ki, Cavabdeh2 məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evində daimi qeydiyyatda olan şəxslər Cavabdeh3 və Cavabdeh1dur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 məxsus olan Bərdə rayonu Lək kəndində yerləşən 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmasına razıdırlar və ipoteka predmetinə tutma yönəldildikdə həmin fərdi yaşayış evini dərhal tərk etməyi öhdələrinə götürürlər. Cavabdeh2 ünvanlanmış ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişdən görünür ki, adıçəkilən şəxs kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsi səbəbindən ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanması barədə xəbərdar edilir və həmin bildiriş xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün 15 AZN dövlət rüsumu və 30 AZN xidmət haqqı ödənilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" QSC-yə 025R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə 6733,64 manat əsas borcu, 62,04 manat faiz borcu, 2414,56 manat cərimə borcu, cəmi 9210,24 manat cərimə borcu mövcuddur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli UNİ/F 01-021/23 saylı əmlakın qiymətləndirilməsi barədə ekspert rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 125,2 kv.metr sahədən ibarət fərdi yaşayış evinin 0,10 ha torpaq sahəsi ilə birlikdə 01 fevral 2023-cü il tarixinə bazar dəyəri 33000 (otuz üç min) manat, likvid dəyəri 30000 (otuz min) manat təşkil edir. Ekspertiza üzrə xidmət haqqı 300 (üç yüz) manat təşkil edir. xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" QSC məhkəmədə iddia qaldırmaq üçün 112,10 (bir yüz on iki manat on qəpik) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 025R********** saylı kredit razılaşması üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən və xəbərdar edildikdən sonra həmin halı davam etdirdiyindən tərəflər arasında bağlanmış kredit razılaşması ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə qeyd edir ki, tərəflər öz aralarında öhdəliklərin icrasının təminat üsullarını müəyyən edə bilərlər. Bu halda tərəflər açıq şəkildə bilərəkdən bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. İşdən də müəyyən edilir ki, hazırki müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik çıxış edir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Cavabdehlər icranı gecikdirməklə üzərinə götürdükləri öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyırlar. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu olan cavabdeh isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Digər cavabdehlər əsas borclunun öhdəliyi vaxtında icra etməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə tam əsaslı olduğundan cavabdehlərdən müştərək qaydada 6733.64 manat əsas və 62.04 manat faiz borcu tutularaq iddiаçıya ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas və faiz borcuna münasibətdə qanuni və əsaslı olsa da, iddia tələbi dəbbə puluna münasibətdə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən 2414.56 manat məbləğində cərimə borcunun tutulmasını məhkəmədən xahiş etmişdir. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehlərdən cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı cavabdehlərin mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehlərdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 6733.64 manat əsas, 62.04 manat faiz bоrcu və 150 manat cərimə olmaqla, cəmi 6945.68 (altı min doqquz yüz qırx beş manat altmış səkkiz qəpik) manat məbləğində borc tutularaq iddiаçıya ödənilməlidir. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsinə, onun açıq hərracdan satılmasına və borcun ödənilməsinə yönəldilməsinə dair hissədə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanununun 36.1-ci maddəsinə görə, isə ipoteka saxlayan həmin Qanunun 36.2ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 36.2-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Kredit müqaviləsində nəzərdə tutulmuş əsas borcun, kredit müqaviləsi üzrə hesablanmış faizin ödənilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbin ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. Məhkəmə ipoteka predmetinin qiyməti ilə bağlı qeyd edir ki, iş materiallarında olan iddiaçı və ipotekaqoyan arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri 30000 (otuz min) AZN məbləğində qiymətləndirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müqavilədə qeyd edilən məbləğ əsas götürülərək ipoteka predmetinin ilkin satış qiyməti 30000 (otuz min) manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddia tələbi mənzil və torpaq sahəsinə tutma yönəldildikdən və satıldıqdan 1(bir) ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1ində yerləşən fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması hissəsində təmin edilməli, cavabdehlərin mənzildən istifadə hüququnun itirilməsi və əmlakın boşaldıldıqdan sonra Alıcıya təhvil verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, ipoteka haqqında qanunvericiliyin tələbinə əsasən ipoteka predmetinə tutma yönəldilərək açıq hərracda satıldıqda və əmlak özgəninkiləşdirildikdə əmlaka qeydiyyatda olan şəxslər oradan icra sənədi əsasında çıxarılırlar, bundan başqa bu haqda cavabdehlərin də notarial qaydada ərizələri mövcuddur, eyni zamanda əmlak hərracda satıldıqdan sonra alıcıya təhvil verildiyindən və hazırda alıcının kimliyi məlum olmadığından (qeyri-müəyyən olduğundan), habelə hazırki vaxtda iddia ilə həmin məsələni indidən həll etmək mümkün olmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. MPM-in 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Avropa İnsan Hüquqları Məhkəməsinin» Delcour Belçikaya qarşı iş üzrə 19 yanvar 1975-ci il tarixli «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli, «X6» qarşı iş üzrə 26 oktyabr 2004-cü il tarixli Qərarlarında «hər bir məhkəmə aktından ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyinin aydın görünməli olduğu» xüsusi vurğulanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 112,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı ipoteka bildirişinin qeydiyyata alınması üçün 15 manat məbləğində dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəmə iddia qaldırılarkən ödənilmiş 112,10 manat dövlət rüsumu, həmçinin ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 25L********** saylı kredit xətti müqaviləsi üzrə 6733.64 manat əsas, 62.04 manat faiz bоrcu və 150 manat cərimə olmaqla, cəmi 6945.68 (altı min doqquz yüz qırx beş manat altmış səkkiz qəpik) manat məbləğində borc, ödənilmiş 112,10 (bir yüz on iki manat 10 qəpik) manat dövlət rüsumu, həmçinin ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsi ilə birlikdə Bərdə rayonu Lək kəndində yerləşən bir mərtəbəli, 3 (üç) otaqlı, 70,4 kv.m yaşayış, 54,8 kv.m. yardımçı sahədən, ümumi 125,2 kv.metr sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. Torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti 30.000 (otuz min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi Cavabdeh2 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Tutma Bərdə rayonu Lək kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə yönəldikdən və o satıldıqdan 1(bir) ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılsın, həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar