Məhkəmə qərarları › İş №e-2(021)-3007/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3007/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3007/2025 11.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlu, İddiaçı X1-bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı X1-bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 804.25 manat əsas, 0 manat faiz, 0 manat cərimə borcu olmaqla 804.25 manat borcun və ödənilmiş 30 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli, **********1139 nömrəli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, qeyd edilən kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi olmuşdur. Lakin Cavabdeh2 ilə bağlanmış ilkin kredit müqaviləsi iş materiallarına əlavə edilməmişdir. Qeyd edilən kredit müqaviləsinin iş materiallarına əlavə edilməməsi iddia ərizəsinin mümkünlüyünün qiymətləndirilməsi çərçivəsində məhkəmə aidiyyətinin müəyyən edilməsini mümkünsüz edir. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Cavabdeh2 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi vergi orqanında vergi uçotuna alınmışdır. Belə olan təqdirdə mülki işin kommersiya və ya mülki məhkəmə aidiyyətini müəyyən etmək mümkün deyil. MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-in 150.1.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. İddiaçı X1-bank Kredit Təşkilatı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əməl etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin maddələrin tələblərinə əsasən İddiaçı X1-bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı X1-bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar