Məhkəmə qərarları › İş №e-2(021)-3017/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3017/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3017/2025 16.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif оğlunun sədrliyi, X4 məhkəmə iclas kаtibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO “Dəmir Bank” X5 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı LPO “Dəmir Bank” X5 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə iddia qaldıraraq, cəmi borcu 12.044,02 (on iki min qırx dörd dollar, 02 sent) ABŞ dolları-bundan 5.715,61 (beş min yeddi yüz on beş dollar, 61 sent) ABŞ dolları əsas, 1.666,32 (bir min altı yüz altmış altı dollar, 32 sent) ABŞ dolları faiz, 3.855,50 (üç min səkkiz yüz əlli beş dollar, 50 sent) ABŞ dollarıcərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806,59 (səkkiz yüz altı dollar, 59 sent) ABŞ dollarıfaiz borcu və iş üzrə ödənilmiş 151,42 (yüz əlli bir manat, 42 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədi ilə 48 ay müddətinə, illik 23% dərəcəsi ilə 7.650 (yeddi min altı yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh MuradovaAlmaz Bəhrəmqızınakredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-410004950 nömrəli, xx.xx.2014-cü il Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi 6.903,26 (altı min doqquz yüz üç dollar, 26 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 9.358,72 (doqquz min üç yüz əlli səkkiz dollar, 72 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh2kredit üzrə cəmi borcu 12.044,02 (on iki min qırx dörd dollar, 02 sent) ABŞ dolları təşkil edir. Bundan 5.715,61 (beş min yeddi yüz on beş dollar, 61 sent) ABŞ dolları əsas, 1.666,32 (bir min altı yüz altmış altı dollar, 32 sent) ABŞ dolları faiz, 3.855,50 (üç min səkkiz yüz əlli beş dollar, 50 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806,59 (səkkiz yüz altı dollar, 59 sent) ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı LPO “Dəmir Bank” X9 məhkəməyə ərizə ünvanlayaraq tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə. İclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 biləyib, barışıq sazişini müzakirə edib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialarına əlavə olunmuş və tərəflərin imzaları ilə təsdiq edilmiş 01 sentyabr 2025-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər razılığa gəlmişlər ki, aşağıdakı şərtlərlə barışıq sazişi bağlanılsın: 1.Bir tərəfdən ləğv prosesinde olan "xxxx" ASC, ləğvedicisi əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini X7 şəxsində (bundan sonra "İddiaçı" adlanacaq), digar tərəfdən Cavabdeh2 (ş/v: AZE 0*******, verilib: Bərdə RPŞ) (bundan sonra 'Cavabdeh” adlanacaq), İddiaçı və Cavabdeh (birlikdə bundan sonra "tərəflər” adlanacaqlar) aşağıdakı şərtlər əsasında qarşlıqlı razılıqla bu Sazişi imzaladılar. Bu Sazişin mövzusunu xx.xx.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsi (bundan sonra — "Kredit müqaviləsi” adlanacaq) üzrə cəmi 12.044,02 (on iki min qırx dörd ABŞ dolları, 02 sent) ABŞ dalları — bundan 5.715,61 (beş min yeddi yüz on beş ABŞ dolları, 61 sent) ABŞ dolları esas, 1.666,32 (bir min altı yüz altmış altı ABŞ dolları, 32 sent) ABŞ dolları faiz, 3.855,50 (üç min sakkiz yüz elli beş ABŞ dolları, 50 sent) ABŞ dolları cərimə, kredit müqavilasi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806,59 (sakkiz yüz altı ABŞ dolları, 59 sent) ABŞ dolları faiz borcu ve iş üzrə ödənilmiş 151 (bir yüz elli bir manat, 42 qapik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 va X1 müşterek qaydada tutularaq lağv prosesinde olan "Dəmirbank” ASC-nin xeyrine tutulmasına dair Bərdə Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir. 2.1. Tərəflər” təsdiq edirlər ki, cavabdehin Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 5.715,61 (beş min yeddi yüz on beş ABŞ dolları, 61 sent) ABŞ dolları əsas, 1.666,32 (bir min altı yüz altmış altı ABŞ dolları, 32 sent) ABŞ dolları faiz, 3.019,60 (üç min on doqquz ABŞ dolları, 60 sent) ABŞ dolları köçürülmüş faizlər və 835,90 (sakkiz yüz otuz beş ABŞ dolları, 90 sent) ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə əsas borcdan 805 (səkkiz yüz beş) manat ve faiz borcundan 1 495 (bir min dörd yüz doxsan beş) manat olmaqla, ümumilikdə 2.300 (iki min üç yüz) manat (1 ABŞ dolları = 1,40 manat məzənnəsi) məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini ve bundan sonra qalıq 7.200 (yeddi min iki yüz) manat (1 ABŞ dolları = 1,40 manat məzənnəsi) məbləğində borcun 18 (on səkkiz) ay müddetinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin oktyabr ayından başlayaraq, hər ay 400 (dörd yüz) manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 7.200 (yeddi min iki yüz) manat borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinə 18 (on sakkiz) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərine götürür. 2.4. Tərəflər təsdiq edirlər ki, cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında va lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək va belə olan halda verilmiş güzəştlar ləğv edilərək bu Sazişin 1-ci bəndində göstərilən borc məbləği tam şəkildə cavabdeh borcludan tutulacaqdır. 2.5. Barışıq Sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda bu Şazişin 1-ci bəndində gösterilən borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödenilməsini tərəflər təsdiq edirlər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafıq məhkəmə va ya icra orqanlarına müraciət edəcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra Bank əməliyyat Sistemində qalıq borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq va ya iddialara istinad edilməsini istisna edir va hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarll olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Təraflərdan biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciat edə bilər. əgər har hansı tərəf digar tərəfə qarşı Sazişin icrası ila əlaqədar müvafiq qaydada məhkəməyə müraciat edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri va məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6-cı bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Bu Saziş məhkəmə tərəfindən tasdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4 Tərəflər razılığa gəlirlar ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış ve ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dayişiklik, düzəliş ve ya əlavələr edilə bilməz. Sazişin har hansı müddəası səlahiyyatli orqan tərəfindən etibarsız ve ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi va onun imzalanmasının ve icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər va hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilmez. 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərin, işçilərinə, nümayandəlarinə, vəkillərinə, auditorlara ve vergi məsləhətçilərinə, 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə va ya vacib olduqda, vergi işçilərinə, digər dövlat qurumlarına, banklara ve publik hüquqi şəxslərə, 3.7.3. mediasiya ve ya hazırkı Sazişin hazırlanması zamanı vəkil va ya nümayəndələrin peşə səhlankarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə va aidiyyati qurumlara, 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5 yaxın qohumlara, 3.7.6. Sazişin təsdiqlənməsi va ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1 və 3.7.5 bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 4.1.Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması va ya lazımi qaydada icra edilməməsinə görə Azerbaycan Respublikası qanunvericiliyina müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddaasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ila bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızllğına səbəb olmur. 4.3. X11 dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur va imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni həll etdiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Bundan başqa - tərəflərin barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub, onların iradələrini ifadə edir və onların barışıq sazişi hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “LPO DəmirBank” X5 cavabdehlər X3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə ərəflər – bir tərəfdən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, digər tərəfdən Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin: 1.Bir tərəfdən ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini X8 şəxsində (bundan sonra "İddiaçı" adlanacaq), digər tərəfdən Cavabdeh2 (ş/v: AZE 0*******, verilib: Bərdə RPŞ) (bundan sonra 'Cavabdeh” adlanacaq), İddiaçı və Cavabdeh (birlikdə bundan sonra "tərəflər” adlanacaqlar) aşağıdakı şərtlər əsasında qarşlıqlı razılıqla bu Sazişi imzaladılar. Bu Sazişin mövzusunu xx.xx.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsi (bundan sonra — "Kredit müqaviləsi” adlanacaq) üzrə cəmi 12.044,02 (on iki min qırx dörd ABŞ dolları, 02 sent) ABŞ dalları — bundan 5.715,61 (beş min yeddi yüz on beş ABŞ dolları, 61 sent) ABŞ dolları esas, 1.666,32 (bir min altı yüz altmış altı ABŞ dolları, 32 sent) ABŞ dolları faiz, 3.855,50 (üç min sakkiz yüz elli beş ABŞ dolları, 50 sent) ABŞ dolları cərimə, kredit müqavilasi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 806,59 (sakkiz yüz altı ABŞ dolları, 59 sent) ABŞ dolları faiz borcu ve iş üzrə ödənilmiş 151 (bir yüz elli bir manat, 42 qapik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 va X1 müşterek qaydada tutularaq lağv prosesinde olan "Dəmirbank” ASC-nin xeyrine tutulmasına dair Bərdə Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir. 2.1. Tərəflər” təsdiq edirlər ki, cavabdehin Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 5.715,61 (beş min yeddi yüz on beş ABŞ dolları, 61 sent) ABŞ dolları əsas, 1.666,32 (bir min altı yüz altmış altı ABŞ dolları, 32 sent) ABŞ dolları faiz, 3.019,60 (üç min on doqquz ABŞ dolları, 60 sent) ABŞ dolları köçürülmüş faizlər və 835,90 (sakkiz yüz otuz beş ABŞ dolları, 90 sent) ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə əsas borcdan 805 (səkkiz yüz beş) manat ve faiz borcundan 1 495 (bir min dörd yüz doxsan beş) manat olmaqla, ümumilikdə 2.300 (iki min üç yüz) manat (1 ABŞ dolları = 1,40 manat məzənnəsi) məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini ve bundan sonra qalıq 7.200 (yeddi min iki yüz) manat (1 ABŞ dolları = 1,40 manat məzənnəsi) məbləğində borcun 18 (on səkkiz) ay müddetinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin oktyabr ayından başlayaraq, hər ay 400 (dörd yüz) manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 7.200 (yeddi min iki yüz) manat borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinə 18 (on sakkiz) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərine götürür. 2.4. Tərəflər təsdiq edirlər ki, cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında va lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək va belə olan halda verilmiş güzəştlar ləğv edilərək bu Sazişin 1-ci bəndində göstərilən borc məbləği tam şəkildə cavabdeh borcludan tutulacaqdır. 2.5. Barışıq Sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda bu Şazişin 1-ci bəndində gösterilən borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödenilməsini tərəflər təsdiq edirlər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafıq məhkəmə va ya icra orqanlarına müraciət edəcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra Bank əməliyyat Sistemində qalıq borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq va ya iddialara istinad edilməsini istisna edir va hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciat edə bilər. Əgər har hansı tərəf digar tərəfə qarşı Sazişin icrası ila əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri va məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6-cı bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Bu Saziş məhkəmə tərəfindən tasdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4 Tərəflər razılığa gəlirlar ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış ve ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş ve ya əlavələr edilə bilməz. Sazişin har hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız ve ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi va onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər va hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərin, işçilərinə, nümayandələrinə, vəkillərinə, auditorlara ve vergi məsləhətçilərinə, 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə va ya vacib olduqda, vergi işçilərinə, digər dövlat qurumlarına, banklara ve publik hüquqi şəxslərə, 3.7.3. mediasiya ve ya hazırkı Sazişin hazırlanması zamanı vəkil va ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə va aidiyyati qurumlara, 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5 yaxın qohumlara, 3.7.6. Sazişin təsdiqlənməsi va ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1 və 3.7.5 bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 4.1.Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması va ya lazımi qaydada icra edilməməsinə görə Azerbaycan Respublikası qanunvericiliyina müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ila bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. X11 dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur va imzalandığı gündən qüvvəyə minir. İddiaçı LPO “Dəmir Bank” X5 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair e-2(021)- 3017/2025 saylı mülki işin icraatına xitam verilsin. LPO “Dəmir Bank” X5 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar