Məhkəmə qərarları › İş №e-2(021)-3019/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3019/2025

19.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3019/2025 19.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlu İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X1-Bank Kredit Təşkilatı məhkəməyə pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, İddianın təmin edilməsi, cavabdehlər Cavabdeh3,Cavabdeh2və Cavabdeh1 əsas borc üzrə 2597.99 AZN, faiz borcuna görə 129.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 2726.99 (iki min yeddi yüz iyirmi altı manat doxsan doqquz qəpik) məbləğində borcun və 47.27 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. - İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli **********1035 nömrəli Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kreditin məqsədi ailə kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin. Qeyd edilən müqavilə sahibkarlıq fəaliyyəti məqsədləri üçün bağlandığından yaranan mübahisənin xarakteri tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlıdır. - “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. - Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. - “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumat əsasında Cavabdeh3 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində vergi orqanında vergi uçotuna alındığı müəyyən edilmişdir. - “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Ailə kəndli təsərrüfatı- ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir. Həmin Qanunun 1.5-ci maddəsinə əsasən Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında dəyişdirilir. “Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 11 nömrəli Qərarının 1-ci hissəsinə əsasən ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi bu təsərrüfatın bir üzvü üçün 5000 manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”nın 7-ci hissəsinə əsasən illik dövriyyəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə müəyyən edilən həddən çox olmasına görə statusunu itirmiş ailə kəndli təsərrüfatları barədə məlumatlar bu statusun itirildiyi gündən sonrakı 3 gün müddətində bələdiyyə tərəfindən müvafiq ərazi vergi orqanına təqdim edilir. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərini, o cümlədən “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarını rəhbər tutaraq hesab edir ki, hazırki iddiaya ümumi məhkəmədə baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3–cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından İddiaçı X1 Bank Kredit Təşkilatı tərəfindən ödənilmiş 47.27 manat dövlət rüsumu qaytarılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə ödədiyi 47.27 manat dövlət rüsumu geri qaytarılsın (qəbz №- **********59,büdcə təsnifat kodu 142211). Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar