Məhkəmə qərarları › İş №e-2(021)-3115/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3115/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3115/2023 31.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı “X8 Kredit Təşkilatı” ASC-nin cavabdehlər Cavabdeh və X3 qarşı kredit borcu tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X8 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh və X1 “X8 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə borclu ilə "xxxx" ASC arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli MR0017023-2022 nömrəli kredit və ZM-1 MR0017023-2022 saylı zaminlik müqavilələrinə əsasən ödənilməmiş 4843.79 manat məbləğində əsas borcu, 409.95 manat faiz borcu, cəmi 5253.74 manat məbləğində borcun, 73 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X8 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" ASC arasında 30 dekabr 2022-ci il tarixli MROO1-2022 Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 24 ay müddətinə, illik 29 % (iyirmi doqquz faiz olmaqla 5000 AZN (beş minin) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini X5 ilə ZM1-MR0017023-2022 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit öhdəliyinin aylıq ödənişləri zamanı gecikmələr yaranmış və kredit öhdəliyi artıq 4 aydır gecikmədədir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni 30 dekabr 2022-ci il tarixindən bu günə qədər cavabdeh götürdüyü 5000 AZN (beş minn) manat məbləğində əsas borcdan 156.21 AZN (bir yüz əlli altı manat iyirmi bir qəpik) ödəniş etmiş, müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcı 66.39 AZN (üç yüz altmış altı manat otuz doqquz qəpik) və müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan 62.40 AZN (altmış iki manat qırx qəpik) ödəniş etmişdir. Beləliklə, hal-hazırda borclunun ödənilməmiş 4843,79 AZN (dörd min səkkiz yüz qırx üç manat yetmiş doqquz qəpik) məbləğində əsas borcu 409.95 AZN (dörd yüz doqquz manat doxsan beş qəpik) faiz borcu, cəmi 5253.74 AZN (beş min iki yüz əlli üç manat yetmiş dörd qəpik) məbləğində borcu qalmışdır. Təşkilatla borclu arasında bağlanmış 30 dekbr 2022-ci il tarixli MR0017023-2022 nömrəli çərçivə kredit müqaviləsinin 5.7.3 bəndinə əsasən kredit xətti üzrə əsas borcun qaytarılması və ya faizlərin ödənilməsi 30 gündən artıq müddətə gecikdirildikdə “Kreditorun” vaxtından əvvəl tələb etmə hüququ yaranır. İddiaçı “X8 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərk, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh və X3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh və X2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 dekabr 2022-ci il tarixli MR0017023-2022 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 5000 manat 24 ay müddətinə illik 29% olmaq şərtilə kredit verilmişdir. Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ZM1- MR0017023-2022 saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə “X8 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında bağlanmışdır. İş materiallarına əlavə edilmiş 17 may 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərəə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh xx xxxx 1990-cı ildə Bərdə rayonu, Qurdlar kəndində doğulmuşdur, Bərdə rayonu, Qurdlar kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin arayışından müəyyən olunur ki, X5 11 iyun 1965-ci ildə Bərdə rayonu, Qurtlar kəndində doğulmuşdur, Bərdə rayonu, Qurtlar kəndində qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxx 1990-cı ildə doğulmuşdur. İş materiallarında olan AZE 15141422 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 11 iyun 1965-ci ildə Bərdə rayonu, Qurtlar kəndində doğulmuşdur, Bərdə rayonu, Qurtlar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 73 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 30 dekabr 2022-ci il tarixli MR0017023- 2022 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 5000 AZN 24 ay müddətinə illik 29% olmaqla kredit verilmişdir. Kreditin təminatı olaraq digər cavabdeh X5 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə iddiaçı “X8 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər Cavabdeh və X5 bu müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göründüyü kimi, borclu Cavabdeh bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş, “X8 Kredit Təşkilatı” ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh və X2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4843,79 AZN (dörd min səkkiz yüz qırx üç manat yetmiş doqquz qəpik) məbləğində əsas borcu 409.95 AZN (dörd yüz doqquz manat doxsan beş qəpik) faiz borcu, cəmi 5253.74 AZN (beş min iki yüz əlli üç manat yetmiş dörd qəpik) borc cavabdehlər Cavabdeh və X1 müştərək qaydada iddiaçı “X8 Kredit Təşkilatı” ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 73 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh və X1 müştərək qaydada iddiaçı “X8 Kredit Təşkilatı” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı “X8 Kredit Təşkilatı” ASC-nin cavabdehlər Cavabdeh və X3 qarşı kredit borcu tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 4843,79 AZN (dörd min səkkiz yüz qırx üç manat yetmiş doqquz qəpik) məbləğində əsas borcu 409.95 AZN (dörd yüz doqquz manat doxsan beş qəpik) faiz borcu, cəmi 5253.74 AZN (beş min iki yüz əlli üç manat yetmiş dörd qəpik) kredit borcu, ödənilmiş 73 manat ödənilmiş dövlət rüsumu tutulаrаq iddiaçı “X8 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar