Məhkəmə qərarları › İş №e-2(021)-3274/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3274/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3274/2025 16.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə 16 dekabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəmədə iddia qaldıraraq, 18 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)180719-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 3.520,12 (üç min beş yüz iyirmi manat 12 qəpik) manat məbləğində borcun-bundan 3.228,65 (üç min iki yüz iyirmi səkkiz manat 65 qəpik) manat əsas borcun, 140,27 (bir yüz qırx manat 27 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 151,20 (bir yüz əlli bir manat 20 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 55.20 (əlli beş manat 20 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarmağını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ləğv prosesində olan İddiaçı ASC məhkəməyə ərizə təqdim edərək Amrahbank ASC-nin ləğv prosesində olması ilə əlaqədar regional ərazi üzrə nümayəndənin olmamamsına səbəbindən məhkəmə baxış iclasını iştirakları mümkün deyildir. Məhkəmə baxış iclasını iştirakları olmadan keçirməyini məhkəmədən xahiş etmişdir. Elektron məhkəmə informasiya sisteminə əlavə edilmiş, ləğv prosesində olan Amrahbank ASC-yə ünvanlanmış məktuba əsasən əsas kredit müqaviləsinin iş materiallarına əlavə edilməsi xahiş olunmuşdur. Lakin həmin müddətdən indiyədək əsas kredit müqaviləsi və onun bağlanmasına əsas olmuş sənədlər əlavə edilməmişdir. Bu səbəbdən iddia Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263- 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 55.20 (əlli beş manat 20 qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar