Məhkəmə qərarları › İş №e-2(021)-3299/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3299/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3299/2023 03.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğveedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğveedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas məbləğ üzrə 1120.02 manat əsas, 354.96 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hsablanmış 152.80 manat faiz borcu, cəmi 1627.78 manat kredit borcu və ödənilmiş 36.28 manat dövlət rüsumunun tutulması, tutmanın bankda saxlanca qəbul edilmiş 2 ədəd cəmi çəkisi 33.80 qr təşkil edən boyunbağı, 2 ədəd cəmi çəkisi 11.00 qr təşkil edən qolbaq, 3 ədəd cəmi 26.00 qr təşkil edən sırğa, 2 ədəd cəmi çəkisi 30.50 qr təşkil edən komplektə yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASCnin “Bərdə” filalı ilə Cavabdeh arasında 02 fevral 2019-cu il tarixli ***-*******LK280129-01 saylı kredit müqaviləsi bağlanaraq borcalana 18 (on səkkiz) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz ödəmək şərti ilə 4200 manat məbləğində kredit verilmişdir. Götürülmüş kredit üzrə İddiaçı ASCnin “ Bərdə“ filalı ilə Cavabdeh arasında 28 fevral 2019-cu il tarixli Girov müqaviləsi (qızıl-zinət əşyalarına dair) bağlayaraq mülkiyyətində olan 2 ədəd cəmi çəkisi 33.80 qr təşkil edən boyunbağı, 2 ədəəd cəmi çəkisi 11.00 qr təşkil edən qolbaq, 3 ədəd cəmi 26.00 qr təşkil edən sırğa, 2 ədəd cəmi çəkisi 30.50 qr təşkil edən komplekt banka girov qoyulmuşdur. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 18 may 2022-ci il tarixli **********025 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Dəfələrlə xəbərdarlıq edilsə də cavabdeh kredit ödənişləri etməmiş, cvabdeh sonuncuu dəfə 13 oktyabr 2021-ci il tarixində 50 manat məbləğində ödəniş etmişdir. Hazırda Cavabdeh 25 aprel 2023-cü il tarixə kredit üzrə borcu banka 1120.02 manat əsas, 354.96 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hsablanmış 152.80 manat faiz borcu, cəmi 1627.78 manat borcu vardır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmmə iclasında Cavabdeh izahatında göstərdi ki, iddiaçı təşkilatdan kredit götürmüşdür, lakin maddi vəziyyətinin yaxşı olmadığından borcu ödəyə bilməmişdir. Qalan kredit borcunu ödəməkdən imtina etmir, hissə-hissə ödəyəcəkdir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 02 fevral 2019-cu il tarixli ***-*******LK280129-01 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC məbləği 4200 manat olan krediti illik faiz dərəcəsi 27% faiz olmaqla 18 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının hissəsi olan ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan 28 fevral 2019-cu il tarixli Girov müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış, 2 ədəd cəmi çəkisi 33.80 qr təşkil edən boyunbağı, 2 ədəd cəmi çəkisi 11.00 qr təşkil edən qolbaq, 3 ədəd cəmi 26.00 qr təşkil edən sırğa, 2 ədəd cəmi çəkisi 30.50 qr təşkil edən komplekt banka girov qoyulmuşdur. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 28 fevral 2019-cu il tarixli məxaric orderinin surətindən müəyyən olunur ki, Cavabdeh 4116 manat kredit verilmişdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 xx xxxxxxx 1971-ci ildə Bərdə rayonu, Göyüşlü kəndində doğulmuşdur. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 269.3-ci maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_8.htm Həmin Məcəllənin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə həmçinin girov predmetinin satışdan əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq X7 İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədədə təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 02 fevral 2019-cu il tarixli ***-*******LK280129-01 saylı kredit müqaviləsi üzrə 1120.02 manat əsas, 354.96 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hsablanmış 152.80 manat faiz borcu, cəmi 1627.78 manat məbləğində borc və 36.28 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, borc tələbi cavabdeh tərəfindən ödənmədiyi təqdirdə girov müqaviləsinə əsasən Cavabdeh mülkiyyətindəki 2 ədəd cəmi çəkisi 33.80 qr təşkil edən boyunbağı, 2 ədəd cəmi çəkisi 11.00 qr təşkil edən qolbaq, 3 ədəd cəmi 26.00 qr təşkil edən sırğa, 2 ədəd cəmi çəkisi 30.50 qr təşkil edən komplektdən ibarət qızıl-zinət əşyalarına yönəldilməli və həmin qızıl-zinət əşyaları açıq hərracda satılaraq borc ödənilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə müvafiq olaraq, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğveedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1120.02 manat əsas, 354.96 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hsablanmış 152.80 manat faiz borcu, cəmi 1627.78 (min altı yüz iyirmi yeddi manat yetmiş səkkiz qəpik) və ödənilmiş 36.28 (otuz altı manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh tərəfindən girov qoyulmuş 2 ədəd cəmi çəkisi 33.80 qr təşkil edən boyunbağı, 2 ədəd cəmi çəkisi 11.00 qr təşkil edən qolbaq, 3 ədəd cəmi 26.00 qr təşkil edən sırğa, 2 ədəd cəmi çəkisi 30.50 qr təşkil edən komplektdən ibarət qızıl-zinət əşyalarına yönəldilsin və açıq hərracdan satılsın. Əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilsin. Satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar